Məhkəmə qərarları › İş №2(076)-2065/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2065/2023

19.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2065/2023 19.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh və X4 iştirakları ilə, İddiaçı Cavabdeh və X5 qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 fevral 2006-cı il təvəllüdlü Coşqun adlı uşağı ilə birlikdə, RX seriyalı ******* saylı HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən fərdi yaşayış evindən olan istifadə hüququna 4000 (dörd min) manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğlu Sərkar Hüseynovun arvadı, iddiaçının isə gəlinidir. Cavabdeh onun oğlu ilə 05 may 2005-ci il tarixdə faktiki evlənməklə nikahlarını rəsmi qeyd elətdirmişdilər. Birgə nikah dövründə 16 fevral 2006-cı il təvəllüdlü Coşqun adlı uşaq dünyaya gəlmişdir. Cavabdeh evləndikdən sonra iddiaçıya məxsus yaşayış evində yaşamağa başlamışdır. Cavabdeh həmin evdə iddiaçının ailə üzvü kimi yaşamışdır. Cavabdehlə oğlu rəsmi qaydada nikahlarını pozmaqla ayrılıblar və ər-arvad münasibətləri kəsilmişdir. Bundan sonra ailəni bərpa edib birgə yaşamaqları mümkün deyil. Cavabdehlə oğlu ayrılan zaman cavabdeh Şəmkir Rayon Məhkəməsinin 17 may 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçının adına qeyd olunmuş ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin evdə cavabdehlə yaşamaqları qeyri-mümkündür. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə aralarında kəskin münaqişə yaranmışdır. Ona görə də iddiaçı cavabdehlərə RX seriyalı ******* saylı HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun əvəzində 4000 (dörd min) manat məbləğdə kompensasiya verməklə cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin ünvan 1ində yerləşən fərdi yaşayış evindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh və X7 ərizə təqdim edərək, iddiaçının mülkiyytində olan ünvan 1ində yerləşən fərdi yaşayış evindən istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 17 may 2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh bir nəfər azyaşlı uşağı ilə birlikdə İddiaçı adına qeyd olunmuş ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 05 may 2005-ci ildə nikaha daxil olaraq, mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahlarından bir uşaq doğulmuşdur. İddiaçının oğlu ilə cavabdeh arasında olan gərgin münasibətlər səbəbindən onların ailə kimi birlikdə yaşamaları mümkün olmamış, nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaq anasının (cavabdehin) yanında saxlanılmışdır. Cavabdeh bir uşağı ilə birlikdə mübahisəli evdə iddiaçı ilə birlikdə yaşayır və evdən istifadə edir. Cavabdehin mübahisəli evdən istifadə hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunmuşdur. Cavabdeh ilə aralarında olan münaqişələr səbəbindən, iddiaçı cavabdehin yaşayış sahəsindən olan istifadə hüququna kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 4000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin ünvan 1ində yerləşən fərdi yaşayış evinə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdehlər isə bildirmişdir ki, onlara təklif olunan kompensasiya məbləği ilə razıdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, cavabdehlər Cavabdeh və X4 isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, cavabdehlər təklif edilən kompensasiyanın məbləği ilə razılaşaraq istifadə hüquqlarına 4000 manat ödənilməklə xitam verilməsinə etiraz etməmişlər. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlər də həmin məbləğlə razılaşdığından, iddia təmin edilməli, İddiaçı tərəfindən 4000 manat kompensasiya verilməklə Cavabdeh və X4 ünvan 1ində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh və X3 tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh və X5 cəmi 4000 (dörd min) manat kompensasiya verilməklə onların ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh və X3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar