Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2070/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi) “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi) “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 11 avqust tarixli, JN-2477B Kod 50401004 saylı və JN-2477A Kod 50401004 saylı torpağın mülkiyyətə verilməsi dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi məhkəməyə ərizə təqdim edərək bilmişdir ki, o Şəmkir rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 11 avqust tarixli, JN-2477B Kod 50401004 saylı və JN-2477A Kod 50401004 saylı torpağın mülkiyyətə verilməsi dair Şəhadətnamənin ona məxsus olması tələbə ilə ərizə vermişdir. İndi isə həmin ərizəni və ona əlavə edilmiş sənədlərin ona qaytarılması xahiş edir. Ona görə ərizəni baxılmamış saxlanılması, ərizəni və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərar qəbul edimlsəin xahiş etmişdir. Məhkəmə, ərizəçi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, Ərizəçi “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi) ) “Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2070/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2070/2024
18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver