Məhkəmə qərarları › İş №2(076)-2071/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2071/2024

04.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2071/2024 04.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X20 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndələri (vəkil) Nümayəndə1 və Nümayəndə2 Cavabdeh: Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 Üçüncü şəxslər: X2 və X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış V–142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli HDQH DƏDRX–dən Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN–565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ata nənəsi– xx.xx.2020–ci ildə vəfat etmiş X6 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış və V–142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlak olaraq ona verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu Qapanlı kəndinin ərazisində yerləşir. Bundan əlavə qeyd edir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 47 saylı qərarı ilə və JN–564 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ailəsinin mülkiyyətinə 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpağın 2,32 ha hissəsi ilk vaxtlardan ailəsinin mülkiyyətində və faktiki sahibliyindədir. Qalan 1.80 ha hissəsi isə yolun digər tərəfində olmaqla həmin sahənin 1.66 ha hissəsini həmkəndlisi X5 istifadəsinə vermişlər, lakin satmamışlar. Həmin sahənin 0.13 ha hissəsi də ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Həmin 1.66 ha torpaq sahəsinə bitişik vəziyyətdə isə mərhum ata nənəsi Qənirə Cəfərovanın mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsi yerləşir. Həmin 0.4515 ha torpaq sahəsini nənəsi özü vəfat edənədək istifadə etmişdir. Nənəsinin vəfatından sonra Raqif Süleymanov onun anasına müraciət edərək özünün istifadəsində olan, lakin onun ailəsinin mülkiyyətindəki 1.66 ha torpaq sahəsi ilə Cavabdeh1 atası Müsbət Həsənov özünün mülkiyyətində olan və onların ailəsinin mülkiyyətindəki torpaq sahəsini qonşuluqda yerləşən torpaq sahəsinin bir hissəsi ilə dəyişdirmək istəməsini bildirmişdir. Anası Nümayəndə2 da Müsbətin təklifi ilə razılaşdıqdan X25 torpaqları, yəni Raqif Süleymanovun istifadəsində olan 1.66 ha torpaq sahəsinin dəyişdirilməsi üçün Torpaq Aktlarını evlərindən Müsbət Həsənov və Raqif Süleymanov aparmışlar. Ancaq həmin vaxt anası Nümayəndə2 RF–nın Sankt–Peterburq şəhərində bacısının ərinin vəfatına görə hüzr mərasimində iştirak etmək üçün Rusiyaya getmişdir. Anası Rusiyadan qayıtdıqdan X25 torpaqların dəyişdirilməsi üçün lazım olan sənədlərin hazırlanmasını özü təşkil edərək Rusiyadakı bacısından etibarnamə gətizdirdi və sonunda onların ailə üzvüləri notariat kontoruna aparıldı. Orada müvafiq sənədlərə imza etdirildikdən sonra evə qayıtmışlar, Raqiflə Müsbət onlara “biz aldığımız yerin çıxarışını özümüz tərtib etdirmişik, siz də özünüzün torpağınızın çıxarışını almalısınız”– demişlər. Sabahı gün anası Nümayəndə2 ailələrinin pay torpağının aktlarını vətəndaşlara verilən subsidiyanın alınması üçün Kənd Təsərrüfatı idarəsinə təqdim etmişdir. Həmin vaxt orada işləyən əməkdaşlar anasına bildirmişlər ki, nənəsinin miras 0.4515 ha torpağı və Raqifin istifadəsində olan, onlara məxsus 1.66 ha torpaq sahəsi ailəsinin mülkiyyətindən çıxarılmış, Müsbət Həsənov tərəfindən isə onlara heç bir torpaq sahəsi satılmamışdır. Onu da əlavə edir ki, notariat kontorunda işləyən əməkdaşlar ona "xxxx"dan qəbzlə pul gəlməsi barədə verilən məlumat əsasında Müsbət Həsənovla o, birlikdə "xxxx"a daxil olmuş və həmin qəbz əsasında bankdan verilən pulu Müsbət Həsənov özü götürmüş, notariat kontoruna qayıtdıqda həmin pulu Müsbət Həsənov özü ilə götürüb avtomaşında Raqif Süleymanova vermişdir. Yəni, onun adına tərtib edilmiş qəbzlə olan və miqdarını bilmədiyi pul ona verilməmiş, bankdan da Müsbət Həsənov özü götürüb küçədə dayanmış avtomaşınlarında Raqifə vermişdir. Hadisənin səhəri Raqif Süleymanovu və Müsbət Həsənovu evə çağırmışlar. Anası onlardan nəyə görə onları aldatmalarını, guya torpaq dəyişdirmək adı ilə nənəsinin və ailəsinin torpağını onlardan almaları barədə sənədlərə aldatma yolu ilə imza etdirmələrini və onun adına qəbz tərtib edilmiş pulun da Raqifə verilməsinin səbəbini soruşduqda, Müsbət Həsənov həmin pulun guya özünün mülkiyyətində olan meyvə ağaclarına görə Rusiyada olan oğlu Rabil tərəfindən onun adına göndərilməsini, ancaq həmin pulun ona deyil, onun özünə çatmalı olmasını, həmçinin Raqif Süleymanov da ona acıqla lazım olan sənədləri tərtib etdirmələrini, artıq hara şikayət etsələr də, nəticəsinin olmayacağını tənəli şəkildə bildirmişdir. Bundan sonra məcbur olub məhkəməyə müraciət etmişdir. Bir daha qeyd edir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN–565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ata nənəsi, xx.xx.2020–ci ildə vəfat etmiş X6 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış, V–142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlak olaraq ona verilmiş 0.4515 ha torpaq sahəsini könüllü olaraq iradəsi əsasında Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixli 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı– satqı müqaviləsi əsasında cavabdehə satmamışdır. Həmin müqaviləyə ailəsinə məxsus və Raqif Süleymanovun istifadəsinə verdikləri 1.66 ha torpaq sahəsinin Müsbət Həsənova məxsus eyni həcmdəki torpaq sahəsi ilə dəyişdirilmək məqsədi ilə dəyişmə müqaviləsi olaraq imza etdirilmişdir. Nədə ki, sonradan müqavilə ilə tanış olarkən ona məlum olan və həmin müqavilədə qeyd olunan 4.000 (dörd min) manat pul cavabdehin özü və ya etibarnamə üzrə nümayəndəsi–atası Müsbət Həsənov tərəfindən ona verilməmiş, həmin pul qeyd etdiyi kimi həmkəndlisi Raqif Süleymanova verilmişdir. Beləliklə, cavabdehlə və onun etibarnamə üzrə nümayəndəsi Müsbət Həsənovla aralarında torpaq alqı–satqısı barədə hər hansı razılaşma olmamış, yalnız torpaqların dəyişdirilməsi barədə onların təklifinə ailəsi razılaşmış, ona görə həmin dəyişməyə dair sənədləşməyə imza etməsi üçün notariat kontoruna dəvət edilmiş və bu adla ona təqdim edilən sənədlərə imza etmişdir. Həmin vaxt nə cavabdehin nümayəndəsi, nə də notariatın əməkdaşları ona torpağı satmasına dair sənədlərə imza etməli olmasını bildirməmişlər. Eyni zamanda cavabdehin əvəzindən sənədlərə imza edən nümayəndəsi də ona guya satdığı torpağa görə hər hansı məbləğdə pul ödəməmiş, formal olaraq alqı–satqı kimi sənədləşdirilmiş müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ancaq onun vərəsəlik qaydasında mülkiyyətinə verilmiş 0.4515 ha torpağına müqavilə əsasında və faktiki olaraq sahiblənmişdir. Belə olan halda hesab edir ki, xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış və V–142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras olaraq ona verilmiş 0.4515 ha torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixli 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsi onun iradəsi ziddinə aldatma yolu ilə tərtib edilməsinə görə etibarsız hesab edilməli, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Odur ki, məhkəmədən Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış V–142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli HDQH DƏDRX–dən Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ünvanlayaraq, Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış V–142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli HDQH DƏDRX–dən Çıxarışın ləğv edilməsi və vəkilə ödənilmiş 550 (beş yüz əlli) manat xidmət haqqının cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN–565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçının ata nənəsi X1 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023–cü il tarixdə 2V– 1810 saylı reyestrlə qeydə alınmış və V–142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlak olaraq iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna dair xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Bundan başqa, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 47 saylı qərarı ilə və JN– 564 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçının ailəsinin mülkiyyətinə 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpağın 2,32 ha hissəsi ilk vaxtlardan ailəsinin mülkiyyətində və faktiki sahibliyindədir. Qalan 1.80 ha hissəsi isə yolun digər tərəfində olmaqla həmin sahənin 1.66 ha hissəsini X5 istifadəsinə vermişlər, lakin satmamışlar. Həmin sahənin 0.13 ha hissəsi də ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Həmin 1.66 ha torpaq sahəsinə bitişik vəziyyətdə isə iddiaçının mərhum ata nənəsi Qənirə Cəfərovanın mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsi yerləşir. Həmin 0.4515 ha torpaq sahəsini nənəsi özü vəfat edənədək istifadə etmişdir. Nənəsinin vəfatından sonra Raqif Süleymanov onun anasına müraciət edərək özünün istifadəsində olan, lakin onun ailəsinin mülkiyyətindəki 1.66 ha torpaq sahəsi ilə Cavabdeh1 atası Müsbət Həsənov özünün mülkiyyətində olan və onların ailəsinin mülkiyyətindəki torpaq sahəsini qonşuluqda yerləşən torpaq sahəsinin bir hissəsi ilə dəyişdirmək istəməsini bildirmişdir. Anası Nümayəndə2 da Müsbətin təklifi ilə razılaşmışdır. Bundan sonra iddiaçı və anası notariat kontoruna aparılmışdır. Notariat orqanına gedərkən iddiaçınnı niyyəti və məqsədi torpaq sahələrinin dəyişdirilməsindən ibarət olmuşdur. Orada nə cavabdehin atası, nə də notariat orqanın əməkdaşları alqı–satqı müqaviləsi tərtib edildiyini iddiaçıya bildirməmişlər, yəni iddiaçıya aldadılma yolu ilə müqaviləyə imza etdirilmişdir. Nəticə etibarı ilə iddiaçının nənəsindən miras qalmış 0.4515 ha torpaq sahəsini iddiaçı könüllü olaraq alqı–satqı müqaviləsi əsasında cavabdehə satmamışdır. Həmin müqaviləyə ailəsinə məxsus və Raqif Süleymanovun istifadəsinə verdikləri 1.66 ha torpaq sahəsinin Müsbət Həsənova məxsus eyni həcmdəki torpaq sahəsi ilə dəyişdirilmək məqsədi ilə dəyişmə müqaviləsi olaraq imza etdirilmişdir. Habelə, həmin müqavilədə qeyd olunan 4.000 (dörd min) manat pul cavabdehin özü və ya etibarnamə üzrə nümayəndəsi–atası Müsbət Həsənov tərəfindən ona verilməmiş, həmin pul həmkəndlisi Raqif Süleymanova verilmişdir. İddiaçı əlinə hər hansı məbləğdə pul ümumiyyətlə dəyməmişdir. Beləliklə, cavabdehlə və onun etibarnamə üzrə nümayəndəsi Müsbət Həsənovla iddiaçının arasında torpaq alqı–satqısı barədə hər hansı razılaşma olmamış, yalnız torpaqların dəyişdirilməsi barədə onların təklifinə ailəsi razılaşmış, ona görə həmin dəyişməyə dair sənədləşməyə imza etməsi üçün notariat kontoruna dəvət edilmiş və bu adla ona təqdim edilən sənədlərə imza etmişdir. Belə olan halda hesab edir ki, 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsi etibarsız hesab edilməli, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli HDQH DƏDRX–dən Çıxarışın ləğv edilməlidır. Odur ki, iddianın təmin olunaraq, Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış V–142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli HDQH DƏDRX–dən Çıxarışın ləğv edilməsi və vəkilə ödənilmiş 550 (beş yüz əlli) manat xidmət haqqının cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (anası) Nümayəndə2 iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həmkəndlisi X8 Cəfərova müraciət edərək, Müsbət Həsənovun onlara məxsus torpaq sahəsini başqa torpaq ilə dəyişdirmək istəməsini demişdir. Bu barədə oğlu ona məlumat vermiş, o da Müsbətin təklifi ilə razılaşmışdır. Bundan sonra dəyişdirmə müqaviləsi bağlamaq üçün Raqif, Müsbət, oğlu Elçin və o, birlikdə Şəmkir Rayon 1 saylı Notariat ofisinə getmişlər. Lakin orada oğlu aldadılmış və dəyişdirmə deyil, alqı–satqı müqaviləsinə imza etdirilmişdir. Həmin vaxt onlara müqavilənin alqı– satqı barəsində olmasına dair heç bir söz deməmişlər. Həmçinin, həmin vaxt Müsbət oğlu Elçini "xxxx" ASC–yə aparmış və onun adına pul olmasını bildirmişdir. O, Müsbətə “torpağı dəyişdiririksə, niyə oğlumun adına pul vurmusuz ?”– deyə soruşmuş, Müsbət isə həmin pulun mülkiyyətində olan meyvə ağaclarına görə Rusiyadan oğlu Rabil tərəfindən onun adına göndərilməsini, torpağa heç bir aidiyyətinin olmamasını demişdir. Göründüyü kimi onların torpaq sahəsini satmaq niyyətləri olmamışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədn xahiş edir. Həmçinin, Nümayəndə2 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirdi ki, xx.xx.2023–cü il tarixdə həmkəndlisi Raqif Süleymanovdan 2.12 ha torpaq sahəsinin alqı–satqısı ilə əlaqədar Raqifə 1 manat da olsun, pul verməmişlər. Məhkəmə iclası zamanı Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı öz sərbəst iradəsini ifadə etməklə notariat kontoruna alqı–satqı müqaviləsini imzalamışdır. Həmin torpaq sahəsinin pulunu cavabdeh Rusiya Federasiyasında olduğundan atası Müsbət Həsənov vasitəsilə göndərmişdir. Hazırda hesab edir ki, müqavilənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Belə ki, cavabdeh nümayəndəsi vasitəsilə xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsi əsasında 0.45.15 ha torpaq sahəsini iddiaçıdan almış, bundan sonra qanuni əsaslarla adına Çıxarış almışdır. O və ya hər hansı dövlət orqanı heç bir saxtakarlığa yol verməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı üçüncü şəxs qismində cəlb edilmiş X7 izahatında göstərdi ki, şəxsi mülkiyyətində olan ailə təsərrüfatında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olur. Oğlu Cavabdeh1 mülkiyyətində 40 ha kənd təsərrüfatı torpaq sahəsi olmuşdur. Həmin əraziyə bitişik 2.11 ha torpaq sahəsini Süleymanov Raqif əkib–becərirmişdir. Bu torpaq sahəsi onların mülkiyyətində olan torpaq sahəsinin suvarılmasına maneçilik törədəcəkdir, çünki orada meyvə bağı salmaq istəmişdir. Ona görə Raqifə təklif etmişdir ki, 2.11 ha torpaq sahəsini onlara satsın. Raqif bildirmişdir ki, həmin torpaq sahəsi Qənirə Cəfərova, Nümayəndə2 və onun ailə üzvlərinin mülkiyyətindədir. O, Raqifdən soruşmuşdur ki, 2.11 ha torpaq sahəsini hansı əsasla əkib–becərir, Raqif ona məxsus 2.12 ha torpaq sahəsindən də Nümayəndə2 və onun ailə üzvlərinin istifadə etməsini demişdir. Hətta onlara məxsus ferma da Raqifin mülkiyyətində olan 2.12 ha torpaq sahəsinin üzərində yerləşmişdir. Raqif demişdir ki, rəsmiləşdirməyə pulları yoxdur. O, Raqifə demişdir ki, özü rəsmiləşdirməni həll edər, Raqif öz torpağını ona versin, o da Raqifə başqa yerdən torpaq versin. Raqif demişdir ki, Nümayəndə2 və onun ailə üzvləri ilə danışıb cavab deyəcəkdir. Safura və oğlu Elçinlə danışdıqda, onlar da təsdiqləmişlər ki, torpaqlarını Raqiflə dəyişib istifadə edirlər. Son razılıqları belə olmuşdur ki, Raqif mülkiyyət hüququ ilə ona məxsus olan 2.12 ha torpaq sahəsini alqı–satqı müqaviləsi əsasında Safuranın adına keçirir, Safura və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha torpaq sahəsini cavabdeh və oğlu olan Cavabdeh1 satırlar. Alqı–satqı müqaviləsində göstərilən məbləği də Raqifə vermişdir. 0.4515 ha torpaq sahəsi 4.000 (dörd min) manata, 1.66 ha torpaq sahəsi isə 33.600 (otuz üç min altı yüz) manata Cavabdeh1 satılmışdır. Bankdan götürülən 33.600 (otuz üç min altı yüz) manat və əldən alınan 4.000 (dörd min) manatı Raqifə vermişdir. Dediklərini təsdiq edən alqı–satqı müqavilələri vardır və onları məhkəməyə təqdim etmişdir. İddiaçı tələbinin əsası kimi göstərir ki, guya 4.000 (dörd min) manatı almamışdır, 4.000 (dörd min) manat Banka qoyulmamışdır. Əslində isə iddiaçı bu dəlili ilə əsassız varlanmaq istəyir. Notariat haqqında qanunvericiliyə əsasən, 4.000 (dörd min) manat banka qoyulmalı deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı üçüncü şəxs qismində cəlb edilmiş X10 izahatında göstərdi ki, Cavabdeh1 mülkiyyətində olan 40 ha torpaq sahəsinə bitişik 2.11 ha torpaq sahəsini əkib–becərmişdir. Rabilin atası Müsbət Həsənov ona bildirmişdir ki, gələcəkdə öz torpaq sahəsində bağ salmaq istəyir, lakin onun torpaq sahəsi suvarılmada maneçilik törədəcəkdir. Müsbət Həsənov ona təklif etmişdir ki, 2.11 ha torpaq sahəsini onun oğlu Rabilə satsın. O, isə torpaq sahəsinin Qənirə Cəfərovanın, Nümayəndə2 və onun ailə üzvlərinin mülkiyyətində olmasını bildirmişdir. X25 soruşmuşdur ki, torpaq sahəsini hansı əsasla əkib–becərir. O, mülkiyyət hüququ ilə ona məxsus 2.12 ha torpaq sahəsindən də Nümayəndə2 və onun ailə üzvlərinin istifadə etməsini demişdir. Hətta onlara məxsus ferma da mülkiyyətində olan 2.12 ha torpaq sahəsinin üzərində yerləşir. Müsbət Həsənov bildirmişdir ki, həmin 2.11 ha torpaq sahəsini oğluna almaq istəyir. O da bu barədə Nümayəndə2 və onun ailə üzvləri ilə danışıb ona cavab deyəcəyini bildirmişdir. Müsbət Həsənova, Nümayəndə2 və onun oğlu İddiaçıla birlikdə danışıqlar olmuş, son razılıqları belə olmuşdur ki, o, mülkiyyət hüququ ilə ona məxsus olan 2.12 ha torpaq sahəsini alqı–satqı müqaviləsi əsasında Safuranın adına keçirir, Safura və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha torpaq sahəsini Cavabdeh1 satırlar. Alqı–satqı müqaviləsində göstərilən məbləğ də ona veriləcəkdir. 0.4515 ha torpaq sahəsi 4.000 (dörd min) manata, 1.66 ha torpaq sahəsi isə 33.600 (otuz üç min altı yüz) manata Cavabdeh1 satılmışdır. Bankdan götürülən 33.600 (otuz üç min altı yüz) manat və əldən alınan 4.000 (dörd min) manatı Elçin şəxsən özu ona vermişdir. Dediklərini təsdiq edən alqı–satqı müqavilələri vardır və onları məhkəməyə təqdim etmişdir. İddiaçı alqı–satqı müqaviləsinin etibarsızlığı kimi göstərir ki, guya 4.000 (dörd min) manatı almamış, 4.000 (dörd min) manat Banka qoyulmamışdır, Bank vasitəsilə həmin məbləği almalı idi. Əslində isə iddiaçı bu dəlili ilə əsassız varlanmaq istəyir. İddiaçı alqı–satqı müqaviləsində torpaq sahəsini 4.000 (dörd min) manata satdığını qeyd etmişdir. Notariat haqqında qanunvericiliyə əsasən, 4.000 (dörd min) manat banka qoyulmalı deyildi. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN–565 saylı Dövlət Aktından görünür ki, Şəmkir rayon AİK– nın xx.xx.1998–ci il tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi X3 adına verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ X6 adına qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli 2V–344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi İddiaçı miras əmlakdan – Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.25 ha olan torpaq sahəsinin ona düşən hissəsindən və fərdi yaşayış evindən pay almışdır. İşdə olan xx.xx.2023–cü il tarixli 2V–1810 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi İddiaçı miras əmlakdan – Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə dair sənəd əsasları: X1 adına AİK–nın xx.xx.1998–ci il tarixli 47 nömrəli qərarı ilə JN–565 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ayrılmış 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,27 ha hissəsinə xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, 0.4515 ha hissəsinə xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı 2V–1810 reyestr nömrəli xx.xx.2023–cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında 3M–1012 reyestr nömrəli xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsi əsasında Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İşdə olan 3M–1012 reyestr nömrəli xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsindən görünür ki, İddiaçı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsini 4.000 manata Cavabdeh1 satmışdır. İşdə olan xx.xx.2023–cü il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin məhkəmə sorğusuna xx.xx.2024– cü il tarixli 1152 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 74–cü maddəsinin 4–cü hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 nömrli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın Xİ fəslin 160–1 hissəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğində 5.500 manatdan artıq vəsait tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilir. Müqavilədə göstərilən məbləğ az olduğundan pul vəsaiti üzrə hesablaşmalar notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsindən görünür ki, X11, X9, İddiaçı, X13, X10 mülkiyyətlərində olan 2.3238 ha torpaq sahəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1 maddəsinə uyğun olaraq adı çəkilən torpaq sahəsində mərhum xx.xx.2018–ci il tarixdə vəfat etmiş X4 aid Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023–cü il tarixdə 2V–2600, 2607, 2608, 2609 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki miras payını Nümayəndə2 5.000 manata satmışlar. İşdə olan xx.xx.2023–cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Nümayəndə2 və onun digər ailə üzvlərinin Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.3238 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin payı 0.033969 ha olmaqla, mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, həmin çıxarışla müəyyən edilir ki, xx.xx.2023–cü il tarixdə 2.3238 ha torpaq sahəsinin 2.12 ha hissəsi X5 adına qeyd edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsindən görünür ki, X11, İddiaçı, X9, X13, Nümayəndə2 mülkiyyətlərində olan 1.6633 ha torpaq sahəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1 maddəsinə uyğun olaraq adı çəkilən torpaq sahəsində mərhum xx.xx.2018–ci il tarixdə vəfat etmiş X4 aid Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023–cü il tarixdə 2V–2596, 2598, 2601, 2602 və 2603 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki miras payını 33.600 manata Cavabdeh1 satmışlar. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı öz xüsusi mülkiyyətində olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən ümumi 0.4515 ha olan torpaq sahəsini 28 avqust 2023–cü il tarixdə 4.000 manata Cavabdeh1 satmış, bununla bağlı Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023–cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 ilə arasında bağlanmış torpaq sahəsinə dair alqı–satqı müqaviləsinin aldadılaraq, yəni torpaq dəyişdirmək məqsədi ilə dəyişmə müqaviləsi əvəzinə rəsmiləşdirilməsi və ona pul verilməməsi səbəbindən etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Lakin iddiaçı müqavilənin etibarsızlığını tələb etsə, də bu barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1–ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140–cı maddəsinə əsasən reyestrin məzmununun qeyri– dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri–dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 354.2–ci maddəsinə əsasən bu Məcəllənin 347.1–ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74–cü maddəsinə əsasən pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsi daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160–1–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə nəzərə alır ki, iddiaçı istinadla müqaviləni torpaq sahələrini dəyişdirmək adı ilə ona imza etdirilməsinə və torpaq sahəsini satmaq niyyətinin olmamasına dair tələblə çıxış etsə də, həmin halı təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı alq–satqı müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 28 avqust 2023–cü il tarixli müqaviləinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 28 avqust 2023–cü il tarixli müqaviləini mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən 0.4515 ha torpaq sahəsinə dair mülkiyyət hüququ X6 adına qeydiyyata alınmışdar. Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 nömrəli reyestrlə qeydə alınmış və V– 142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsinə əsasən sonuncu həmin torpaq sahəsini 4.000 manata Cavabdeh1 satmış və nəticədə xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, iddiaçı Raqif Süleymanovun istifadəsində olan 1.66 ha torpaq sahəsinin cavabdehin eyni həcmdə torpaq sahəsi ilə dəyişdirilməsinə, lakin cavabdeh tərəfindən ailəsinə heç bir torpaq sahəsinin satılmamasına və 0.4515 ha torpaq sahəsinə dair də alqı–satqı müqaviləsində göstərilən 4.000 manat pulun ona verilməməsinə istinad etmişdir. Bu baxımdan iddia tələbinin maddi–hüquqi əsası kimi Mülki Məcəllənin 337.1 və 339.2–ci maddələri çıxış edir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə edilən əqd onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqddir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə–bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni ,müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019–cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə, iddiaçının dəlilləri üzrə araşdırma aparmış və həmin dəlillərin əsassız olduğunu müəyyən etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı təqdim olunmuş alqı–satqı müqavilələrindən həmçinin, müəyyən olunmuşdur ki, tərəflər və üçüncü şəxslər arasında rəsmiləşdirilmiş alqı–satqı müqavilələri mahiyyətcə dəyişmə müqavilələri olmuşdur. Üçüncü şəxs Raqif Süleymanov mülkiyyət hüququ ilə ona məxsus 2.12 ha torpaq sahəsini alqı–satqı müqaviləsi əsasında iddiaçının anası Nümayəndə2 adına keçirmiş, Nümayəndə2 və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha (0.4515 ha + 1.66 ha = 2.11 ha) torpaq sahəsini Cavabdeh1 satmışlar. Alqı–satqı müqaviləsində göstərilən məbləğ Raqif Süleymanova verilmişdir. İddiaçının mülkiyyətinə nənəsindən vərəsəliklə keçmiş 0.4515 ha torpaq sahəsi 4.000 (dörd min) manata, iddiaçının ailə üzvləri ilə birgə ümumi mülkiyyətlərində olan 1.66 ha torpaq sahəsi isə 33.600 manata Cavabdeh1 satılmışdır. Əvəzində iddiaçının ailəsinə Raqif Süleymanovun mülkiyyətində olan 2.12 ha torpaq sahəsi satılmış, yəni faktiki olaraq torpaq dəyişmə əsasında verilmişdir. Raqif Süleymanova isə X7 tərəfindən 37.600 manat ödənilmişdir. Göründüyü kimi, X7 iddiaçıdan sahəsi 1.66 ha və 0.4515 ha torpaq sahəsi almış, lakin əvəzində iddiaçıya pul verilməyib, Raqif Süleymanovun mülkiyyətində olan 2.12 ha torpaq sahəsi satılmışdır, yəni faktiki dəyişmə olmuşdur. İş materialındakı alqı–satqı müqavilələri və üçüncü şəxslər X5 və X2 izahatı və təqdim etdikləri müqavilələrlə bu hal öz təsdiqini tapmışdır. Məhkəmə, iddiaçının iddia tələbinin əsası kimi göstərilən – “4.000 (dörd min) manatı almamışdır, 4.000 (dörd min) manat Banka qoyulmamışdır” barədə bildirir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160–1–ci bəndinə əsasən, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Odur ki, iddia tələbinin qanuni əsası kimi göstərilən hal əsassızdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2023– cü il tarixli alqı–satqı müqaviləsi formal xarakter daşımış, eyni zamanda müqavilədə göstərilən 4.000 manat yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən 5.500 manatdan az olduğundan banka qoyulmamışdır. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Göründüyü kimi, etibarsız əqdlərin hər birinə münasibətdə qanunverici fərqli qayda müəyyən etmişdir, yəni onların yaratdığı hüquqi nəticələr fərqlidir. Ona görə də ümumi olaraq hər hansı əqd barəsində “etibarsızdır” demək düzgün deyildir. İddia tələbinin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli HDQH DƏDR–dən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, çıxarış mübahisəli alqı–satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı– satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin müqavilə qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar