Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2074/2023 27.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 3240 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Şəmkir rayon Qaz İstismar İdarəsinin əməkdaşları iddiaçıya məxsus evdə yerləşən Elster tipli, 10600660 saylı sayğaca baxış keçirərkən 21 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən mənşəyi məlum olmayan sayğac aşkar olduğu qeyd edilmişdir. Hesablama mexanizminin lövhəsinin dəyişdirilməsi ehtimalı, müdaxilə ehtimalı, hesablama mexanizminin sağ yuxarı künc hissəsinin gövdədən aralandığı, faktiki xüsusi nömrəli plombun nömrəsinin bazada olan nömrə ilə fərqli olduğu və sayğac nömrəsinin QR kodunu oxuyarkən nömrəsinin bazada olan nömrə ilə fərqli olduğu №55255141 olduğunun aşkar olunması qeyd edilmişdir. Buna görə də sayğac yenisi ilə əvəz edilmiş, iddiaçının ziyan vurtma səbəbi ilə 3240 manat maddi ziyan hesablanmışdır. Qeyd edilənlərə ******* saylı qüsur aktı üzrə hesablanmış 3240 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3240 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: xx.xx.2023-cü il tarixli akta əsasən mənşəyi məlum olmayan sayğac aşkar olunmuşdur. Hesablama mexanizminin lövhəsinin dəyişdirilməsi ehtimalı, müdaxilə ehtimalı, hesablama mexanizminin sağ yuxarı künc hissəsinin gövdədən aralandığı, faktiki xüsusi nömrəli plombun nömrəsinin bazada olan nömrə ilə fərqli olduğu və sayğac nömrəsinin QR kodunu oxuyarkən nömrəsinin bazada olan nömrə ilə fərqli olduğu №55255141 olduğunun aşkar olunmuşdur. Dəymiş ziyan hesablansın və ödənilsin. (akt istehlakçı tərəfindən imzalanmamışdır) İş materiallarında olan ünvan 1 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 3240 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə quraşdırılmış sayğac istehlakçının iştirakı olmadan yenisi ilə əvəzlənmişdir. Həmin vaxt çıxarılan qaz sayğacının mənşəyinin müəyyən olunmadığı qeyd edilmiş, hesablama mexanizminin lövhəsinin dəyişdirilməsi ehtimalı, müdaxilə ehtimalı, hesablama mexanizminin sağ yuxarı künc hissəsinin gövdədən aralandığı, faktiki xüsusi nömrəli plombun nömrəsinin bazada olan nömrə ilə fərqli olduğu və sayğac nömrəsinin QR kodunu oxuyarkən nömrəsinin bazada olan nömrə ilə fərqli olduğu №55255141 olduğunun aşkar olunmuşdur. Buna görə, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3240 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, 10600660 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3240 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, 10600660 nömrəli qaz sayğacına baxış keçirilərkən abonent İddiaçı məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3240 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli aktda sayğac çıxarılan zaman istehlakçının iştirakının təmin olunmaması və onun dəvət edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması yalnız X1 əməkdaşlarının iştirakı ilə aşkar olunduğundan, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında mənşəyi məlum olmayan sayğacın aşkar olunması və o sayğacın kim (məhz istehlakçı) tərəfindən həmin ünvanda quraşdırılması öz təsdiqini tapmadığından, hesablama mexanizminin lövhəsinin dəyişdirilməsi ehtimalı, müdaxilə ehtimalı, hesablama mexanizminin sağ yuxarı künc hissəsinin gövdədən aralandığı, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3240 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2074/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2074/2023
27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver