Məhkəmə qərarları › İş №2(076)-2077/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2077/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2077/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 03 oktyabr 2022-ci il tarixli ALY-1577 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 03 oktyabr 2022-ci il tarixli ALY-1577 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 aprel 2023-cü il tarixə 719,85 manat gecikdirilmiş əsas, 936.76 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 421.66 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 880 manat məbləğində pulun, ümumilikdə 2958,27 manat borc və ödənilmiş 49,99 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli ALY-1577 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA574316 ban, 0103 mühərrik nömrəli, boz metallik rəngli avtomobil 22460 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 18% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 552.31 manat, ümumilikdə isə 37638 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. 19 yanvar 2023-cü il tarixdə X7, X10 və İddiaçı MMC arasında ALY-1577 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 03 oktyabr 2022-ci il tarixli ALY-1577 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 19 yanvar 2023-cü il tarixdə X10, X6 və İddiaçı MMC arasında ALY- 1577 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 03 oktyabr 2022-ci il tarixli ALY-1577 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X4 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 aprel 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 880 manat dəyərində ziyan dəymişdir. X3 “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 aprel 2023-cü il tarixə 719.85 manat gecikdirilmiş əsas, 936,76 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 421,66 manat dəbbə pulu, cəmi 2078,27 manat borcu yaranmışdır. İddiaçı MMC nümayəndəsi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (lizinq verən) ilə X7 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli, ALY-1577 nömrəli Daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə götürməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Müqavilənin 9.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdiribsə lizinq verən müqaviləni icra etməkdən birtərəfli qaydada xitam verə bilər. Lizinq müqaviləsinin 9.2-ci maddəsinə əsasən bu müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və lizinq obyektindən istifadəyə görə edilmiş ödənişlər və digər məbləğ lizinq verəndən tələb edilə bilməz. Eyni zamanda müqavilənin 5.1ci bəndinə əsasən Lizinq obyektininin zərərinin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması və s. risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC-nin X7 (Öhdəlikləri ötürən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1577 nömrəli Daxili Lizinq müqaviləsi üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh (Öhdəlikləri qəbul edənə) “Öhdəlikləri qəbul edən”ə ötürür, “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “Öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan Təhvil-Təslin Aktından görünür ki, X8 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Azərmaş Alyans» MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 444 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks təqdirdə lizinq müqaviləsinin ləğvi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın daxili lizinq müqaviləsi üzrə 719,85 manat əsas borcu və 421,66 manat cərimə borcu, 936,76 manat mükafat borcu olmaqla, cəmi 2078,27 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ki, İddiaçı MMC (lizin verən) ilə X7 (lizinq götürən) arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini lizinq götürənin sahibliyinə və istifadəsinə vermiş, lizinq götürən isə lizinq obyektindən istifadə üçün müqavilənin şərtləri əsasında ödəniş etməklə lizinqə götürməyi öhdəsinə götürmüşdür. Bundan sonra X7 ilə X10 arasında, daha sonra A. C Cəlilov ilə cavabdeh arasında “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və “Lizinq müqaviləsi” üzrə bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq müqaviləsi üzrə yaranmış əsas borcu və onun əsasında yaranmış cərimə məbləğlərini tələb etməkdə haqlıdır. Bundan başqa iş materiallarından görünür ki, lizin müqaviləsi üzrə lizinq obyekti olan “Chevrolet Lacetti” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Akt-dan görünür ki, “Chevrolet Lacetti” minik markalı avtomobilə cəmi 880 manat zərər dəymişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 49,99 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1577 nömrəli Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ALY-1577 nömrəli Daxili lizinq müqaviləsi üzrə yaranmış 719,85 manat əsas borc, 936,76 manat gecikdirilmiş mükafat, 421,66 manat cərimə borcu və 880 manat məbləğində vurulmuş ziyanın əvəzi olmaqla, cəmi 2958,27 manat (iki min doqquz yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,99 (qırx doqquz manat doxsan doqquz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar