Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2080/2024 04.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Elxan oğlunun Cavabdehlər: Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi və Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi və Çıxarışların ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021–ci il tarixli 3M–713 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş dövlət reyestrində xx.xx.2021– ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2023–cü il tarixli 4Ə– 1315 nömrəli reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş dövlət reyestrində xx.xx.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018–ci ildə Cavabdeh1 Şəmkir rayonu Çaykənd kəndində yerləşən torpaq sahəsini satın almış, həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 2024–cü il tarixdə Cavabdeh3 ona müraciət edərək qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu və torpaq sahəsindən çıxmasını tələb etmişdir. O, Cavabdeh3 nə əsasla torpaq sahəsinin onun olmasını iddia etməsini soruşduqda Cavabdeh3 həmin sahəni 2023–cü il tarixdə Cavabdeh2 satın aldığını, Cavabdeh2 isə Cavabdeh1 satın aldığını bildirmişdir. Bundan sonra məsələni aydınlaşdırmaq üçün Cavabdeh1 müraciət etdikdə sonuncu ona müqavilənin səhv bağlandığını, ona satdığı torpaq sahəsi üzrə bağlanmış alqı–satqı müqaviləsi həmin şəhədatənamədə göstərilən başqa bir torpaq sahəsi üzrə bağlandığını bildirmişdir. Bundan sonra digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məsələni aydınlaşdırmaq və düzəltmək üçün müraciət etmişdir. Lakin cavabdehlər onun tələbi ilə razılaşmayaraq torpaqdan çıxmasını tələb etmişlər. Qeyd edir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Cavabdehlər həmin torpaq sahəsindən istifadə etməmişlər. O, Cavabdeh1 qeyd olunan torpaq sahəsini satın almışdır. Hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış alqı–satqı müqavilələri etibarsız hesab edilməli və həmin müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilmədir. Odur ki, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021–ci il tarixli 3M–713 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş dövlət reyestrində xx.xx.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2023–cü il tarixli 4Ə–1315 nömrəli reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş dövlət reyestrində xx.xx.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021–ci il tarixli 3M–713 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş dövlət reyestrində xx.xx.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2023–cü il tarixli 4Ə–1315 nömrəli reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş dövlət reyestrində xx.xx.2023–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə İddiaçı xx.xx.2018–ci il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 3M–551 reyestr nömrəli alqı–satqı müqaviləsinin JN–0047 kod 50401018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında 47C sahəsində yerləşən 3.4403 ha torpaq sahəsinə aid edilməsi və həmin müqavilə əsasında verilmiş **********80 reyestr nömrəli qeydin (xx.xx.2018–ci il tarixli ********** qeydiyyat nömrəli) 3.4403 ha torpaq sahəsinə işlənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə Elxan oğlu iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 2018–ci ildə Cavabdeh1 Şəmkir rayonu Çaykənd kəndində yerləşən torpaq sahəsini satın almış, həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 2024–cü il tarixdə Cavabdeh3 ona müraciət edərək qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu və torpaq sahəsindən çıxmasını tələb etmişdir. Bundan sonra təmsil etdiyi şəxs araşdırma aparmış və məlum olmuşdur ki, Cavabdeh1 ilə alqı–satqı müqaviləsi onun faktiki istifadəsinə verilmiş torpaq sahəsinə görə deyil, başqa torpaq sahəsinə görə bağlanmışdır. Həmçinin, iddiaçı torpaq sahəsinin ölçüsünün 3 ha bilib almışdır. Həmin vaxt təmsil etdiyi şəxs diqqətsizlik edərək müqavilədə torpağın ölçüsünə baxmamışdır. Buna baxmayaraq, həmin torpaq sahəsindən 5 il müddətində iddiaçı təyinatına uyğun olaraq istifadə etmişdir. 2021–ci il tarixdə Cavabdeh1 həmin torpağı Cavabdeh2 satmış, sonuncu isə öz növbəsində 2023–cü il tarixdə digər Cavabdeh3 satmışdır. Bununla da təmsil etdiyi şəxsin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Cavabdeh1 iddiaçıya torpaq sahəsi satsa da, ona başqa sahənin yerini göstərmiş, iddiaçı da həmin sahədən illərlə istifadə etmişdir. Hazırda isə Cavabdeh3 iddiaçıdan həmin torpaq sahəsindən çıxmasını tələb edir. Bu səbəbdən iddiaçı məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021–ci il tarixli 3M–713 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş dövlət reyestrində xx.xx.2021– ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2023–cü il tarixli 4Ə– 1315 nömrəli reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş dövlət reyestrində xx.xx.2023–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə İddiaçı xx.xx.2018–ci il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 3M–551 reyestr nömrəli alqı–satqı müqaviləsinin JN–0047 kod 50401018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında 47C sahəsində yerləşən 3.4403 ha torpaq sahəsinə aid edilməsi və həmin müqavilə əsasında verilmiş **********80 reyestr nömrəli qeydin (xx.xx.2018–ci il tarixli ********** qeydiyyat nömrəli) 3.4403 ha torpaq sahəsinə işlənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh2 ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini tam qanuni əsaslarla, yəni notarial qaydada bağlanmış alqı–satqı müqaviləsi əsasında satın almışdır. Bundan sonra DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları Çıxarış vermək üçün torpaq sahəsini ölçüb ona təhvil vermişlər. Həmin zaman torpaq sahəsinin ölçülərində hər hansı koordinant pozuntusu olmamışdır. Bundan sonra adına xx.xx.2021–ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, iddiaçı onun iradəsi ziddinə 2 il müddətində onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etmişdir. Sonradan həmin torpaq sahəsi faktiki onun istifadəsində olmuş və o, özü torpaqdan istifadə etmişdir. Həmçinin, xx.xx.2023–cü il tarixdə mübahisəli torpaq sahəsini notarial qaydada bağlanmış alqı–satqı müaviləsi əsasında digər Cavabdeh3 satmışdır. Hesab edir ki, istər o, istərsə də Cavabdeh3 torpaq sahələrini satın alarkən tam qanuni əsaslarla sənədləşmə işləri aparılmışdır. İddiaçının hazırki iddiasının heç bir əsası yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh3 ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini tam qanuni əsaslarla, yəni notarial qaydada bağlanmış alqı–satqı müqaviləsi əsasında satın almışdır. Bundan sonra DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları Çıxarış vermək üçün torpaq sahəsini ölçüb ona təhvil vermişlər. Həmin zaman torpaq sahəsinin ölçülərində hər hansı koordinant pozuntusu olmamışdır. Bundan sonra adına xx.xx.2023–cü il tarixdə çıxarış verilmişdir. Hazırda da torpaq sahəsi onun öz istifadəsindədir. Hesab edir ki, o, torpaq sahəsini satın alarkən tam qanuni əsaslarla sənədləşmə işləri aparılmışdır. İddiaçının hazırki iddiasının heç bir əsası yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışından görünür ki, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində yerləşən torpaq sahəsi AİK–nın xx.xx.1997–ci il tarixli 44 nömrəli qərarı ilə JN–0047 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ayrılmış 5.56 ha torpaq sahəsinin 2.1240 ha hissəsi xx.xx.2018–ci il tarixli 3M–551 reyestr nömrəli alqı–satqı müqaviləsi əsasında İddiaçı xx.xx.2018–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 3.4403 ha hisssəsinə xx.xx.2021–ci il tarixli 3M–713 alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 xx.xx.2021–ci il tarixli ********** nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh2 3.4403 ha torpaq sahəsini xx.xx.2023–cü il tarixli 4Ə–1315 nömrəli alqı–satqı müqaviləsi əsasında Cavabdeh3 xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisində təsdiq olunmuş alqı–satqı müqavilələri üzrə notariat işlərindən görünür ki, xx.xx.2018–ci il tarixli 3M–551 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən Cavabdeh1 2.1240 ha torpaq sahəsini İddiaçı satmışdır. xx.xx.2021–ci il tarixli 3M–713 alqı–satqı müqaviləsinə əsasən Cavabdeh1 3.4403 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. İşdə olan xx.xx.2021–ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 3.4403 ha torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2023–cü il tarixli daşınmaz əmlakın alqı–satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 3,4403 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. İşdə olan xx.xx.2023–cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 3.4403 ha torpaq sahəsi üzərində Cavabdeh3 tam mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi və Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına “Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 3M-551 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında verilmiş **********80 reyestr nömrəli qeydin (xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli) 3.4403 ha torpaq sahəsinə işlənilməsi” hissəsinə münasibətdə xitam verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 5.56 ha torpaq sahəsinin 2.1240 ha hissəsini xx.xx.2018–ci il tarixli 3M–551 reyestr nömrəli alqı–satqı müqaviləsi əsasında İddiaçı, 3.4403 ha hisssəsini xx.xx.2021–ci il tarixli 3M–713 alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, bu barədə həmin şəxslərin adlarına Çıxarışlar tərtib edilmişdir. Cavabdeh2 da həmin torpaq sahəsini xx.xx.2023– cü il tarixli 4Ə–1315 nömrəli alqı–satqı müqaviləsi əsasında digər Cavabdeh3 satmış, bu barədə sonuncunun adına çıxarış tərtib edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Ondan sonra Cavabdeh2 da mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Hazırda iddiaçı müqavilələrin etibarsızlığını tələb etsə, də bu barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub– olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1–ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 140–cı maddəsinə əsasən reyestrin məzmununun qeyri–dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri–dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1–ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2–ci maddəsinə əsasən bu Məcəllənin 141.1–ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3–cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 149.2–ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə araşdıması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən alqı–satqı muqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Əqdlərin etibarsız sayılmasının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilmişdir. Həmin fəsilə aid olan 337.1–ci maddədə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, lakin bu norma ümumi normadır və qeyd olunan fəslə aid sonrakı normalarda etibarsız və əhəmiyyətsiz əqdlərin mahiyyəti, etibarsız sayılmanın əsasları və hüquqi nəticələri müəyyən olunur. Bu əsaslar Mülki Məcəllənin 339–cu maddəsində hakimiyyətdən sui– istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, 340–cı maddədə uydurma və yalan əqdlərin etibarsızlığı, 341–ci maddəsində qeyri–ciddi əqdin etibarsızlığı, 342–ci maddədə fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 343–cü maddədə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 344–cü maddədə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı və s. kimi sadalanmışdır. Bundan əlavə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vicdanlı alıcıdırlar. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 avqust 2019–cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020–ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Mübahisələndirilən alqı–satqı müqavilələrinin legitimliyi barəsində Cavabdeh2 və Cavabdeh3 hər hansı şübhə yaranmadığı üçün onlar vicdanlı alıcı olmuşlar. Bu səbəbdən də qeyd olunan alqı–satqı müqavilələrinin etibarsız hesab edilməklə, çıxarışların da ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi və Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(076)-2080/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2080/2024
04.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver