Məhkəmə qərarları › İş №2(076)-2082/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2082/2024

13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2082/2024 13.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 10 oktyabr 2001– ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsinin və 10 oktyabr 2001–ci il tarixli texniki pasportun mərhum əri X6 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum əri X8 15 avqust 2010–cu il tarixdə vəfat etmişdir. Əri sağlığında 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 48.36 kv.m sahəsi olan mənzili X2 almışdır. Həmin mənzilə dair mərhum ərinin adına 10 oktyabr 2001–ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu tərtib edilmişdir. Lakin 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsində və 10 oktyabr 2001–ci il tarixli texniki pasportda mərhum ərinin adı səhvən “Zəkid” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda mərhum ərindən qalmış miras əmlakla bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsinin və ünvan 1 ünvanında yerləşən mənzilə dair 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun mərhum əri X6 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, həqiqətən ünvan 1 ünvanında yerləşən mənzili 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsi əsasında ərizəçinin mərhum əri X1. Həmin vaxt ərizəçinin ərinin adının Zahid olmasını bilmiş, lakin sənədləşmə işlərində texniki səhv olaraq onun adı “Zəkid” kimi yazılmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi arasında xx.xx.1969–cu il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsinin surətindən görünür ki, X7 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili 3.760.000 manata (köhnə pul vahidi ilə) X1. Həmin alqı–satqı müqaviləsində X5 adı səhvən “Zəkid” kimi yazılmışdır. İşdə olan ünvan 1 ünvanında yerləşən mənzilə dair 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun surətindən görünür ki, 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil X5 adına qeyd edilmişdir. Həmin texniki pasportda X5 adı səhvən “Zəkid” kimi yazılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 15 avqust 2010–cu il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir Rayon 1 saylı Notariat ofisinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, 15 avqust 2010–cu il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka dair xx.xx.2011–ci il tarixdə 18 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq Ərizəçi müəyyən edilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024– cü il tarixli imtina məktubundan görünür ki, 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsində düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən X7 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili 3.760.000 manata (köhnə pul vahidi ilə) X1. Həmin alqı–satqı müqaviləsində X5 adı səhvən “Zəkid” kimi yazılmışdır. Həmçinin, 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən mənzil X5 adına qeyd edilmişdir. Həmin texniki pasportda X5 adı səhvən “Zəkid” kimi yazılmışdır. X8 15 avqust 2010–cu il tarixdə vəfat etmiş, ondan qalmış miras əmlaka dair xx.xx.2011–ci il tarixdə 18 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq Ərizəçi müəyyən edilmişdir. Hazırda ərizəçi alqı–satqı müqaviləsindəki və texniki pasportdakı ad uyğunsuzluğu səbəbindən mərhum ərindən qalmış miras əmlakla bağlı hər hansı hüquqi hərəkət edə bilmir, vərəsəliklə əlaqədar hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsi və ünvan 1 ünvanında yerləşən mənzilə dair 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu ərizəçinin mərhum əri X6 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə miras əmlak üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən 10 oktyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsi və ünvan 1 ünvanında yerləşən mənzilə dair 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin, 10 oktyabr 2001–ci il tarixli, 4Ə– 128 reyestr nömrəli alqı–satqı müqaviləsinin və ünvan 1 ünvanında yerləşən mənzilə dair 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun mərhum əri X6 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2tyabr 2001–ci il tarixli, 4Ə–128 reyestr nömrəli alqı–satqı müqaviləsinin və həmin mənzilə dair 10 oktyabr 2001–ci il tarixli, 5138 inventar nörmrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun 15 avqust 2010–cu il tarixdə vəfat etmiş mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar