Məhkəmə qərarları › İş №2(076)-2097/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2097/2024

18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2097/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi, X11, X20) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli JN-533A KOD 50400098 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum anası X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli JN-533A KOD 50400098 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,38 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin həmin şəhadətnamədə texniki səhv olaraq anası X8 atasının adı X6 yazılmışdır. O Şəmkir Notariat ofisinə lazımi sənədləri təqdim edib adına vərəsəlik işi açdırmışdır. Həmin vərəsəlik məktubunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. JN-533A KOD 50400098 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılan X8 atasının adı X6 yazılması yanlışlığı (texniki səhv olaraq) səbəbindən rəsmi məktubla bildiriblər ki, həmin şəhadətnamədə olan texniki səhvlə bağlı məhkəməyə müraciət etmək lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, qardaşı və bacısı aralarında olan şəxsi narazılıqlara görə ona həmişə olmuşlar. Qeyd edilənlərə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli JN-533A KOD 50400098 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum anası X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər X11 və X20 ərizəçinin izahatında qeyd etdiyi xüsusatları təsdiqləyərək Şəhadətnamədə “X19”nın ata adının səhvən “Əli” kimi, yəni qaynatasının adının qeyd edilməsini bildirmişlər. Məhkəmə ərizəçinin dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-533A KOD 50400098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X9, X15, X3 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində 0.38 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ 380965 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1967-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2676 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın təsdiq olunmuş surətindən görünür ki, X16 və X17 nikahı xx.xx.1955-ci il tarixdə 03 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “İbrahimov”, arvada İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan 1746 nömrəli xx.xx.2023-cü il tarixli Şəmkir rayon notariat ofisindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yaşayan Ərizəçi, X2 və X4 ərizəsinə əsasən mərhum xx.xx.2007-ci ildə vəfat etmiş X5 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2023-cü il tarixdə 8/0 saylı vərəsəlik işi açılmış məhrumun vərəsəsi Ərizəçi, X10 və X13 müəyyənləşmişdir. İş materiallarında olan 2676 nömrəli xx.xx.2023-cü il tarixli X14 tərəfindən verilmiş arayışdan görünür ki, X16 və X23 xx.xx.1955-ci ildə nikah bağlamışlar. Nikah bağlanan sonra ərə “İbrahimov”, arvada “İbrahimova” soyadı verilmişdir. Qeyd edilmişdi ki, Q. O. İbrahimovun xx.xx.2007-ci ildə ölməsi və T.V. İbrahimovanın isə xx.xx.1967-ci ildə ölməsi səbəbindən xitam verilmişdir. İş materiallarında olan AZ-İİ 360522 xx.xx.2023-cü il tarixli nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2007-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İV 888623 nömrəli xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə anadan olmuşdur. X1, anası X19 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X7 Ərizəçi nümayəndəsi X18 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu Sabirkənd kəndində yerləşən torpaq sahəsinin JN 533A KOD 50400098 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktan səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anasının adı, ona məxsus bütün sənədlərdə “X19” kimi göstərilsə də, JN-533A KOD 50400098 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı “X21” kimi göstərilmişdir. Aktda göstərilən “X21” ilə digər sənədlərdə göstərilən “X19”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – ölüm haqqında şəhadətnamənin surəti, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində vərəsəlik tanınması üçün ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-533A KOD 50400098 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-533A KOD 50400098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin mərhum X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar