Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2104/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB Şəmkir RQİİ-nin Şəmkir XS tərəfindən tərtib edilmiş ******* nömrəli AKT üzrə tətbiq edilmiş 1096 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcun iddia ərizəsində ümumi borc səhv olaraq 1096 manat qeyd olunmuşdur, həmin məbləğin 1036,80 manat olaraq nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi X1 ilə aralarında bağlanılmış 06 iyun 2019-cu il tarixli 44 nömrəli kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil sahibliyinə və istifadəsinə verilmişdir. Həmin mənzildən istifadə edərkən ona məlum olmuşdur ki, mənzilin əvvəlki istifadəçisi Zahid Əliyevin adına quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri olduğuna görə “Azəriqaz” İB Şəmkir RQİİ-nin Şəmkir XS tərəfindən ******* nömrəli AKT-a əsasən 1039 manat cərimə tətbiq etmişdir. Zahid Əliyev 20 iyul 2015-ci il tarixdə ölmüşdür. Onun arvadı X2 isə 01 yanvar 2020-ci il tarixdə ölmüşdür. “Azəriqaz” İB Şəmkir RQİİ-nin Şəmkir XS tərəfindən ******* nömrəli AKT 30.11,2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi Zahid Əliyev isə 20 iyul 2015-ci il tarixdə ölmüşdür, yəni onun bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurması mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 44 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin” kirayə müqaviləsinin surətindən görünür ki, Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış evi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Zahid Əliyevə məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin “Azəriqaz” İB-dən daxil olan xx.xx.2022-ci il tarixli MSK-2911710-03841-1 nömrəli akta əsasən ******* nömrəli Sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan ünvan 3 ünvanının abonenti Zahid Əliyevin saldosundan görünür ki, onun abonent hesabına 2022-ci il üçün 1036,80 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 380703 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il də Şəmkir rayonunda ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 060374 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci ildə Şəmkir rayonunda ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X5 (evin əvvəlki mülkiyətçisi) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zahid Əliyev xx.xx.2015-ci il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda kirayə müqaviləsi əsasında iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının istifadəsində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzilmiş və daxili qulaqlıqlarında əzik-cızıq izləri vardır. Buna görə cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Tərəflər G4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini istifadəçi tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini, yəni sayğacda olan qüsurların məhz abonent tərəfindən edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının yaşadığı evə itirilmiş qazın dəyərinə görə hesablanmış 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, iş materialları ilə iddiaçının sahibliyində olan yaşayış evinin keçmiş mülkiyyətçisi Zahid Əliyevin adına 2022-ci il üçün qaz sərfinə görə 1036,80 manat pul hesablanması, lakin Zahid Əliyevin 2015-ci ildə, arvadı Nəzirə Əliyevanın isə 2020-ci ildə öldüyü müəyyən edilir. Belə olan halda abonent Zahid Əliyev və ailə üzvü olan arvadı (cavabdeh tərəfindən başqa ailə üzvü olması barədə məlumat təqdim edilməmişdir) tərəfindən 2022-ci ildə qazdan istifadə qaydalarının pozulması mümkün deyildir. Bundan başqa iddia ərizəsi, iddiaçının izahatı və iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2019-cu ildən sözügedən fərdi yaşayış evində kirayə müqaviləsi əsasında yaşayır. Lakin, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, abonentə əlavə pul hesablanması yolverilməzdir. Odur ki, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun yaşadığı mənzilə hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə qaz sərfinə görə X3 adına hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2104/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2104/2023
12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver