Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2115/2025 01.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli 44 nömrəli qərarı ilə verilmiş JN- 348, KOD 50415018 saylı Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, ona məxsus, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli 44 nömrəli qərarı ilə verilmiş JN-348, KOD 50415018 saylı Dövlət Aktı ilə 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin həmin Dövlət katında sənədində texniki səhv olaraq soyadı anasın soyadı kimi “Hüseynov” kimi yazılmışdır. O torpağı sənədləşdirmək məqsədi Dövlət Aktında olan sənəddə olan yanlışlığın aradan qaldırılması barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin şöbədən ona rəsmi məktubla bildirdilər ki, həmin sənəddə olan yanlışlıqla bağlı məhkəməyə müraciət edsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Ərizədə qeyd olunan torpaq sahəsi Ərizəçi verilmişdir. Qaradaşının soyadı “Qurbanov” kimi qeyd edilir, lakin səhvliklə rəsmi sənəddə Hüseynov kimi qeyd edilmişdir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi soyadı “Hüseynov” olaraq yazılmışdır. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan Çaparlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş aktdan görünür ki, JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi soyadı yalnış olaraq “Hüseynov” kimi qeyd edilmişdir. Əslində Ərizəçi olmalıdır. Həmin kənddə X2 adlı şəxs yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli 44 nömrəli qərarı ilə ərizəçiyə 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçi olan Ərizəçi soyadı “Hüseynov” olaraq yazılmışdır. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçi JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı soyad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli 44 nömrəli qərarına əsasən verilmiş, JN-348, KOD 50415018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2115/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2115/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver