Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2127/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0138, KOD 50407038 saylı Dövlət aktının xx.xx.2023-cü ildə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə Şəmkir rayonu Qapanlı kənd ərazisindən 3.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, mərhum X3 (arvadı), X6 (oğlu), X8 (oğlu), X9 (oğlu), X10 (oğlu) mülkiyyətinə verilmiş və onların adına Torpağa Mülkiyyət Hüququna dair JN-0138, KOD 50407038 saylı Dövlət Aktı verilmişdir. X1 xx.xx.2023-cü ildə vəfat etmişdir. O qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin İdarədən bildirildi ki, dövlət aktında mərhum X1nın ata adı yazılmamışdır. Qeyd olunan səhvlərin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-0138, KOD 50407038 saylı Dövlət aktının xx.xx.2023-cü ildə vəfat etmiş X4 və ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Həmin sənəddə onun ata adı səhvən Mansır olaraq göstərilmişdir, halbuki rəsmi sənəddə onun ata adı Mansurdur. Həmçinin həmin sənəddədə vəfat etmiş arvadının isə ata adı ümumiyyətlə qeyd edilməmişdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0138, KOD 50407038 saylı Dövlət aktının xx.xx.2023-cü ildə vəfat etmiş X4 ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi onun atasıdır. Ona, atasına, qardaşlarına, anasına Torpağa Mülkiyyət Hüququna dair JN-0138, KOD 50407038 saylı Dövlət aktı əsasında torpaq sahəsi verilmişdi. Həmin torpaq sahəsində onun anası X3 ata adı qeyd edilməmişdir. Halbuki anasının ata adı bütün sənədlərdə “Hüseynqulu” kimi qeyd edilmişdir.Həmçinin atasının adındada yalnışlığa yol verilmişdir, belə ki, həmin sənəddə atasının ata adı Mansır kimi qeyd edilmişdir, halbuki atası Ramizin ata adı Mansurdur. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X2 Natiq Ramiz oğlu ilə eyni məzmunlu ifadə verərək dediklərini bir daha təsdiq etmişdir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi ata adı “Mansır” kimi qeyd edilmiş, mərhum X1nın ata adı isə yazılmamışdır. İşdə olan AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 nömrəli qərarı ilə ərizəçi və ailə üzvlərinə 3.78 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçi olan Ərizəçi ata adı “Mansır” kimi qeyd edilmiş, mərhum X1nın ata adı isə yazılmamışdır. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçi JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçiyə və mərhum X4 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-0138, KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi və X4 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 nömrəli qərarına əsasən verilmiş, Torpağa mülkiyyət hüququna dair JN-0138, KOD 50407038 saylı Dövlət aktının xx.xx.2023-cü ildə vəfat etmiş X4 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2127/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2127/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver