Məhkəmə qərarları › İş №2(076)-2146/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2146/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2146/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İHakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, iddiaçı Ələşrəfova (Quliyeva) Mahirə Novruz qızının cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Ələşrəfova (Quliyeva) Mahirə Novruz qızı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən 0.28 hektar həyətyanı sahəsinə (JN-166A, kod-5********) dair Cavabdeh1 verilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və həmin torpaq sahəsinin içərisində olan fərdi yaşayış evinə, X1 və X2 adına paylı (ümumi birgə) qaydasında xx.xx.2022-ci il tarixli, **********16- 10301 reyestr nömrəli “Çıxarış”ın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Ələşrəfova (Quliyeva) Mahirə Novruz qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etmədiyini, tərəflər arasında eyni tələblə bağlı əvvəllər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğunu və hazırkı mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267- 268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Ələşrəfova (Quliyeva) Mahirə Novruz qızının cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar