Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-215/2024 19.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili X25 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-1147C kod 50402016 saylı şəhadətnamənin xx.xx.2023-cü ildə vəfat etmiş X13, xx.xx.1980-ci ildə anadan olmuş Maraqlı şəxs2 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 60 saylı qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsinin ərazisindən 0.8 ha həyətyanı torpaq sahəsi mərhum X5nun, mərhum anası X10, bacıları X3, X6, X7 X18 və ərizəçinin mülkiyyətinə verilmiş və onların adına torpağın mülkiyyətə verilməsinə dair JN- 1147C, KOD 50402016 saylı Şəhadətnamə verilmişdir. X5 xx.xx.2023-cü ildə və anası X26 xx.xx.2023-cii ildə vəfat etmişlər. Valideyinləri vəfat etdikdən sonra ərizəçi notariat orqanına müraciət etmişdir. Sonra müvafiq olaraq həyatyanı torpaq sahəsinə və üzərində yerləşən torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmişdir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsində müvafiq araşdırma apardıqda ona bildirildi ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum anası X11 adı səhv olaraq “Məcdi" kimi, bacım Maraqlı şəxs2 adı "Çeviyyə" kimi və mənim adım "Nailə" kimi qeyd olunmuşdur. Qeyd olunan səhvlərin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi nümayəndəsi və vəkili X35 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 əvvəlki məhkəmə iclasında onun da adında yanlışlıq olduğunu və məhkəmədən həmin sənədin ona da məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi və Maraqlı şəxs3, X19 və Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar və publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə müraciət edən zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan şəxsiyytət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992ci ildə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə anadna olmuşdur, X5dur, anası X15r. İş materiallarında olan arayışdan görünür ki, X30 ilə X31 xx.xx.1980-ci ildə anadan olmuşdur, nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X31 xx.xx.1956-cı ildə anadan olmuşdur, anası X32 olmuşdur, X27 xx.xx.2023-cü ildə vəfat etmiş və onun ölümü xx.xx.2023-cü ildə 292 nömrəli akt qeydi ilə Şəmkir rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2023-cü il tarixində ölmüşdür. İş materiallarındaolan ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2023-cü ildə vəfat etmişdir. İş materiallarında olan arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1980-ci ildə anadna olmuşdur, X5, anası isə X26 olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 xx.xx.1983-cü ildə anadan olmuşdur, atası X28, anası X15r. İş materiallarında doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1984-cü ildə anadan olmuşdur, X5, anası X16r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs5 xx.xx.1986-cı ildə anadan olmuşdur, X5, anası X26 olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 840 saylı arayışdan görünür ki, X1 ailə üzvləri yoldaşı mərhum X26, qızı Maraqlı şəxs2, qızı Maraqlı şəxs3, qızı Maraqlı şəxs4, qızı Maraqlı şəxs5, qızı Ərizəçi ibarətdir. İş materiallarında olan Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi xx.xx.2023-cü il tarixli, 912 nömrəli arayışdan görünür ki, JN-1147C Kod 50402106 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə X1 yoldaşı X11 ata adı səhv olaraq X21, qızı Maraqlı şəxs2 adı səhv olaraq X17, Ərizəçi adı isə X2 qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixili məktubundan görünür ki, JN 1147C kod- 50402016 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda ad və soyadlarda olan hər hansı səhvliyin düzəliş edilməsi və yaxud eyniliyin təsdiq edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Buna görə də adiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan JN-1147C KOD 50402016 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 60 saylı qərarı ilə 0.70 ha torpaq sahəsi X22, X12, X8, Maraqlı şəxs3, X4 , X9 və Maraqlı şəxs5 mülkiyyətinə verilib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X30 ilə Zeynalova (Abbasova) Minayə Məcid qızı nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Zeynalova soyadı verilmiş, onların bu nikahlarından Maraqlı şəxs2, Maraqlı şəxs3, X19, Maraqlı şəxs5, Ərizəçi anadan olmuşdur. JN 1147C kod-50402016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair”şəhadətnamədən isə isə görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 60 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi X23, X12, X8, Maraqlı şəxs3, X4, X9 və Maraqlı şəxs5 mülkiyyətinə verilib. Göründüyü kimi şəhadətnamədə adların fərqli yazılması onların mülkiyyət hüququnlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçilər ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli və JN 1147C kod-50402016 saylı olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2 və X13 məxsus olması faktı tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN 1147C kod-50402016 saylı olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13, Ərizəçi və Maraqlı şəxs2 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-215/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-215/2024
19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver