Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2157/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Nəriman oğlunun iştirakı ilə, İddiaçı X5 Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat ofisi) “cavabdehlə atası X12 arasında 06 dekabr 2006-cı il tarixdə LN:686, kod 50407038 saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi” üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X13 Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat ofisi) qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlə atası X12 arasında 06 dekabr 2006-cı il tarixdə LN:686, kod 50407038 saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Qapanlı kəndində ona və ailə üzvlərinə ölkədə torpaq islahatı gedən zaman 3,69 hektar torpaq sahəsi verilmişdir. O hərbi xidmətdə olan zaman onun razılığı olmadan məlum ona və ailə üzvlərinə məxsus pay torpağı Cavabdeh satılmışdır. O torpağının satılması üçün heç kimə rəsmi razılıq ərizəsi verməmişdir, nə də paylı mülkiyyət satılan zaman ona payın satılması ilə bağlı rəsmi ərizə verilməmişdir. Ona görə də o atası ilə cavabdeh arasında 06 dekabr 2006-cı il tarixdə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,698 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmək məcburiyətindədir. O bu yaxın günlərdə bilmişdir ki, onun torpağı alqı-satqı ilə satılmışdır. Qeyd edilənlərə əsasən cavabdehlə atası X12 arasında 06 dekabr 2006-cı il tarixdə LN:686, kod 50407038 saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X13 iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək etirazında qeyd etmişdir ki, iddianı qəbul etmir. Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Akti əsasında iddiaçıya və digər ailə üzvlərinəataları Nəriman Məmmədova, anaları Nazirə Məmmədovaya, bacıları Gülzadə Quliyeva və X10 kəndinin ərazisində 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2006-cı ildə ona Nəriman Məmmədovun torpağını satmaq istədiyini bildikdə ona müraciət etmiş və 06 dekabr 2006-cı il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda torpaq sahəsinin 1,14 ha hissəsinin satılmasına dair aralarında müqavilə bağlamışdır. Onun ailə üzvləri, yəni arvadı və uşaqları, o cümlədən, hazırkı iddiaçı Sadiq Məmmədov da torpağın satılmasına dair razılıq ərizələrini vermişlər. Onlar müqavilə bağladıqdan sonra elə həmin gün X9 əsgərlikdə yaxşı yerə saldıracağı ilə əlaqədar torpağın qalan hissəsini də satmaq istədiyini bildirdi və onunla 7000 (yeddi min) manat müqabilində 3,69 ha torpaq sahəsinin hamısını ondan almağına dair alqı-satqı müqaviləsi bağladı. Həmin vaxtdan da 3,69 ha torpaq sahəsini bütövlükdə o istifadə etmişdir. 2010-cu ildə o alqı-satqı müqaviləsini Daşınmaz Əmlaka təqdim edərək 3,69 ha torpaq sahəsinə dair Reyestrdən çıxarış almışdır. Notariat işinin içində iddiaçı Sadiq Məmmədovun da razılıq ərizəsi vardır. İddiaçının bacıları X8 və X3 da hazırkı mübahisə ilə əlaqədar "Ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payımızın natura halında bölünməsi və faktiki sahibliyinə verilməsinə olan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı Sadiq Məmmədovun iddiası ilə bacıları Gülzadə Quliyeva və Nəzakət İsmayılovanın iddia tələbləri bir-biri ilə bağlıdır. Alqı-satqı müqaviləsinin bağlanmasından 18 il keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldıraraq alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. 2006-cı ildən hazıradək mübahisəli torpaq sahəsini o istifadə edir, 2010-cu ildən torpaq sahəsi onun sahibliyindədir. Odur ki, iddiaçı Sadiq Məmmədovun iddia tələbinin rədd edilməsinə dair qətnama çıxarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs Şəmkir raton 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxsin nümyəndəsi məhkəmə iclasında etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş mmateriallarında olan JN-686 KOD 50407038 saylı Dövlət Aktın təsdiqli surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha torpaq sahəsi X22 Komissiyasının 29 yanvar 1998-ci il tarixli 29 saylı qərarı ilə X6, X4, X1, X2 və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilən 06 dekabr 2006-cı il tarixli 4Ə-820 nömrəli notariat işinin təsqdiqli surətində olan müqavilə və ərizədən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi X12 tərəfindən Cavabdeh satılmışdır. İş materiallarında olan MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.5001 ha **********51 reyestr nömrəli torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3.1406 ha **********52 reyestr nömrəli torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.05 ha **********53 reyestr nömrəli torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh tam mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 06 dekabr 2006-cı il tarixli 4Ə-820 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3.69 ha torpaq sahəsi X14 tərəfindən Cavabdeh satılmışdır . Hal-hazırda iddiaçı həmin müqaviləni bir əsasla mübahisələndirir:
1. İddiaçı Nərimanov oğlu tərəfindən həmin torpaq sahəsinin satılmasına razılıq verməməsi. Qeyd edilən hala münasibətdə yəni müqavilə bağlanarkən iddiaçının qanunvericiliklə müəyyən edilmiş formada razılığının alınmaması əsasına məhkəmə aşağıdakıları qeyd edir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Belə ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023 cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2- ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu baxımdan iş üzrə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddia qaldırılınadək ötən 18 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçının əqd barədə məlumatsız olduğu barədə dəlillərini məhkəmə işin hallarına görə ağlabatan saymır. Belə ki, iddiaçı və cavabdeh eyni kənddə yaşayırlar və təsərüfatla məşğul olurlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçır torpağın cavabdehə satılmasından məlumatlı olmuşdur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair cavabdeh X11 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın hissəvi ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair bağlanmış xx.xx.2006-cı il tarixli 4Ə- 820 reyestr nömrəli alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpağa dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpağa dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Nəriman oğlunun Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat ofisi) “cavabdehlə atası X12 arasında 06 dekabr 2006-cı il tarixdə LN:686, kod 50407038 saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinin alqı-satqının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həvayət Məhəmmədi