Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-216/2024 12.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan ” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ona məxsus olan iddia ərizəsində qeyd olunan 12.600 manat dəyərində qızıl-zinyət əşyalarının naturada, bu mümkün olmaqdıqda onların dəyərinin, 55 mnat mediasiya xərcinin və 73+1 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının əridir. Digər Cavabdeh2 isə qayınanasıdır. İddiaçı cavabdeh Babək Vüqar oğlu ilə 2012-ci ildə el adətincə nikahlarını rəsmi qeydə aldırmaqla ailə qurmuşdur. Onların nikahı 2023-cü ildə məhkəmə qaydasında pozulub. Uşaqlar iddiaçının himayəsində saxlanılıb. Birgə nikahlarından bir uşağı doğulmuşdur: X6 - xx.xx.2013. İddiaçı Babəklə öz istəyi ilə ailə qurmuşdur. Onların toyu olan vaxt iddiaçıya toy və nişan hədiyyəsi olaraq bir neçə qızılziynət əşyaları cavabdehlər tərəfindən hədiyyə verilmişdir. Eyni zamanda öz valideynləri də ona toy hədiyyəsi olaraq çoxlu sayda cehiz əşyaları vermişdir. Cavabdehlərlə aralarında olan narazılığa görə iddiaçını uşaqla birlikdə evdən qovdular. Həmin vaxtdan ata evində yaşayır. Uşaqlar iddiaçının himayəsindədir. Cavabdehlər ona məxsus olan qızıl-zinyət işləri onun razılığ olmadan lombarda qoymuşdur. Həmin qızıl-zinyət əşyalarını cavabdehlər kpnüllü olaraq mənə qaytarmaqdan imtina edirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehlərdə qalan qızıl-zinyət əşyaları aşağıdakılardır: 1) bir ədəd qızıl sep, reket formalı, 30 qramlıq, 585 əyarlı qızıldan toyda alınmışdır-2400 manat; 2) bir ədəd qızıl üzük və bir cüt sırğa dəsti, romb formalı, 585 əyarlı qızıldan, brilyant qaşlı 17 qramlıq- 2600 manat; 3) bir ədəd nişan üzüyü, halqa formasında, qaşsız, 8 qramlıq, 585 əyarlı-600 manat; 4) bir ədəd üzük, brilyant qaşlı, 6 qramlıq – 1000 manat; 5) bir ədəd üzük, bir cüt sırğa, bir ədəd kolye, bir ədəd qolbağı və zümrüd qaşlı, ağ qızıldan 583 əyarlı, 35 qramlı, 1.5 karatlıq dəst- 6000 manat. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, bildirmişdirlər ki, 2012-ci ildən iddiaçının qızıllarını cavabdehlər dəfələrlə banka qoyub, pul götürmüş, hazırda qızılların cavabdehdə olduğunu, buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, ikinci gəlinin qızılları ilə birlikdə iddiaçının da qızılllarını, banka qoyub, pul götürmüşdür. Həmin pulun 700 manatını Leylaya, qalan hissəsini isə özünə götürmüşdür. Sonradan isə qızılı Leyla bankdan götürmüşdür. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara və işdə iştirak etmiş şəxslər tərəfindən verilmiş izahatlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli 21880 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən kreditor borcalana 1500 manat məbləğində 12 ay müddətinə azalan balansla illik 36% maraq faizi tətbiq etməklə “kənd təsərrüfatı” krediti vermişdir. İş materiallarında olan 21880 saylı, xx.xx.2016-cı il tarixli girov müqaviləsindən görünür ki, İddiaçı tərəfindən 2 ədəd brilyant boyunbağı, 1 dəst brilyant qaşlı dəst, 3 ədəd brilyant qaşlı qövsvari üzük, 2 ədəd qaşlı üzük girova qoyulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 21880 saylı zaminlik müqaviləsindən görünür ki, X5 borcalan İddiaçı kredit öhdəliyinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşş və xx.xx.2023-cü ildə 89 nömrəli akt qeydi ilə ŞƏkir Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclaısnda şahid qismində X4 ifadəsində bildirimişdir ki, o, iddiaçının anasıdır. Qızının qızılları bir neçə dəfə girov qoyulub, götürülmüşdür. Sonuncu dəfə qızılın bankda nə vaxt qalması tarix baxımından yadında deyildir. Sırğa,üzük və sair qızıllar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Leylanın dediyinə görə cavabdehlər tərəfindən əlindən alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus olan iddia ərizəsində göstərilən əşyaları, mümkün olmadığı təqdirdə dəyərini cavabdehdən geri tələb etdiyi üçün həmin əşyaların mövcud olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması xüsusatlarını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Lakin iddiaçı qeyd etdiyi əşyaların alınıb ona qaytarılmasını məhkəmədən xahiş etsə də, həmin əşyaların faktiki olaraq mövcud olmasına, mövcud olduğu halda isə qarşı tərəfin sahibliyində olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbləri sübuta yetirilmədiyi üçün təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan ” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(076)-216/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-216/2024
12.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver