Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2170/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sərfinə görə cavabdeh tərəfindən ona əsassız olaraq yazılmış 259 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 may 2023-cü ildə cavabdeh X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. 31 iyul 2023-cü ildə X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, "Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100 % nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır". Dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın həcmi 2160 m3 hesablanmışdır. Həmin akta əsasən onun guya hazırda qaz idarəsinə 259 (iki yüz əlli doqquz) manat məbləğində borcu vardır. Hesab edir ki, həmin akt tamamilə əsassız və qanunsuzdur. Hazırda da cavabdehin əməkdaşları dəfələrlə evinə gələrək ondan tələb edir ki, 259 (iki yüz əlli doqquz) manat məbləğində borcu ödəməlidir, əks təqdirdə, qaz təminatı dayandırılacaqdır. Halbuki, qaz sayğacına onun tərəfindən heç bir müdaxilə olunmamışdır, sayğac cavabdehin əməkdaşları tərəfindən quraşdırılmışdır, onun yararsız olması onun təqsiri deyildir. Sərf etdiyi qazın pulunu hər ay ödəmişdir. Hesab edir ki, qaz sayğacında olan pozuntu onun təqsiri ucbatından yaranmadığı üçün, cavabdeh tərəfindən əsassız yazılmış debitor borc silinməlidir. Həmin məbləği ödəməyə heç cür imkanı yoxdur. Təqaüdçüdür, başqa heç bir yerdən gəliri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 259 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********2 nömrəli qaz sayğacı, yeni Zenner tipli G-4 markalı, **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Digər qeydlərdə “ sayğac sərfiyyatı qeyd etmir” yazılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinə qoşulmuş sayğaca baxış keçirilmişdir. Aktda aşağıdakılar qeyd olunmuşdur: xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-5622/Q001 saylı akta əsasən **********2 nömrəli sayğaca ümumi baxış keçirilmiş, minimal sərfiyyatda 100 % nisbi xəta ilə işlənməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, Şəmkir rayon Kür qəsəbəsi ünvanında yerləşən sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. Ona görə 2160 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Şəmkir rayonu Kür qəsəbədə yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ildə iyul ayında 259,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğac xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda -100% nisbi xetayla işlənməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilməməsi aşkar olunmuşdur. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Buna görə, itirilmiş qazın 2160 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 259,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, **********2 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 259,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 259.20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli qüsur aktında sayğacın minimal sərfiyyatda-100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi göstərilərək, həmin akt əsasında da ziyan hesablanmış olsa da, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən abonent İddiaçı adına hesablanmış 259 (iki yüz əlli doqquz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2170/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2170/2024
25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver