Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2183/2024 16.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Məmmədyarov” adına YAİK-nın sədri vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin illərin sığorta iş stajına hesablanması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Milli Arxiv İdarəsinin Şəmkir Rayon Filialının xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Ərizəçi “Məmmədyarov” adına YAİK-nın xx.xx.2000-ci il tarixli 01 nömrəli əmri ilə YAİK-nın sədri vəzifəsinə təyin edilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, hazırki ərizəyə hüquqi əhəmiyyətli fakt qaydasında baxılması mümkün deyildir. Ona görə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində hüquqi əhəmiyyətli faktlara baxılması o zaman mümkün sayılmışdır ki, ərizəçi ona lazım olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Halbuki, ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışı ilə ərizəçinin xx.xx.2000-ci il tarixdə YAİK-nın sədri vəzifəsinə təyin edilməsi faktı artıq müəyyən edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs kimi işə cəlb etsə də, bununla bağlı həmin orqanlara müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçinin hazırki tələbi barədə ərizə ilə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(076)-2183/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2183/2024
16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver