Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2235/2025 24.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi1 nümayəndəsi (atası) X4 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 nümayəndəsi (atası) X9 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998–ci il tarixli 91 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 1.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında Ərizəçi1 adı səhvən “Maraqlı şəxs2” kimi, digər Ərizəçi2 adı səhvən “X13” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda ərizəçilər mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi2, maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə Ərizəçi2 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, gəlməyən ərizəçinin və maraqlı şəxslərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Xuluf kəndində yaşayır, Xuluf Bələdiyyəsinin üzvüdür. Ərizəçilər onun həmkəndliləridir və onları yaxından tanıyır. Belə ki, ərizəçilər Sahib Alıyevin övladlarıdır və başqa bacı–qardaşları yoxdur. JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda Ərizəçi1 adı səhvən “Maraqlı şəxs2” kimi, Ərizəçi2 adı səhvən “X13” kimi yazılmışdır. Həmçinin, Şəmkir rayonu, Xuluf kəndində Maraqlı şəxs2 və X13 adlı şəxslər yoxdur. İşdə olan JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998–ci il tarixli 91 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2 və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 1.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət Aktında Ərizəçi1 adı səhvən “Maraqlı şəxs2” kimi, Ərizəçi2 adı səhvən “X13” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi1 xx.xx.1994–cü il tarixdə, X5 xx.xx.1993–cü il tarixdə doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X5 arasında xx.xx.2016–cı il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Sabirli” soyadı verilmişdir. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx.xx.1994– cü il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1993– cü il tarixdə doğulmuşdur. İşdə olan Şəmkir RİHB–nın Xuluf kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023–cü il tarixli aktından görünür ki, JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda Ərizəçi1 adı səhvən “Maraqlı şəxs2” kimi, Ərizəçi2 adı səhvən “X13” kimi yazılmışdır. Bu ailədə Maraqlı şəxs2 və X13 adlı şəxslər yoxdur. İşdə olan təsərrüfat üzvlərinin siyahısından görünür ki, Xuluf kənd İƏD üzrə nümayəndəsi təsdiq etmişdir ki, X4 təsərrüfatında Maraqlı şəxs2 və X13 adlı şəxslər yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə göndərilmiş subyekt siyahısından görünür ki, X4 ailə üzvləri X1, Maraqlı şəxs2 və X6 ibarətdir. Bununla belə siyahıda X4 və X3 adı makina ilə yazılsa da, Maraqlı şəxs2 və X8 adı qələmlə qeyd edilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli imtina məktubundan görünür ki, JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998–ci il tarixli 91 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2 və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 1.66 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 3–cü sırasında Ərizəçi1 adı səhvən “Maraqlı şəxs2” kimi, 4–cü sırasında Ərizəçi2 adı səhvən “X13” kimi yazılmışdır. Hazırda ərizəçilər Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–596 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda hüquq subyekti kimi qeyd olunmuş “Maraqlı şəxs2”na aid hissədə həmin sənədin Ərizəçi1, “X13”na aid hissədə həmin sənədin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №2(076)-2235/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2235/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver