Məhkəmə qərarları › İş №2(076)-2258/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2258/2025

10.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2258/2025 10.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073.60 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, o ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. “Azəriqaz“ X1 X5 İdarəsinin Şəmkir rayon Xidməti satışın əməkdaşları tarixin dəqiq müəyyən etməsə də fərdi yaşayış evin mülkiyyətçisi onun adına Abonent **********00560-li sayğac Zinner G-4 zavod nömrəsi 10005089-li sayğac təbii qaz xəttinə qoşularaq müqavilə əsasında istifadəyə verilmişdir. Məlumdur ki, hər bir abonentin barədə baza məlumatları var, avtomatlaşdırılmış informasiya sisteminə daxil olub kimin nə vaxtı nə qədər qaz işlədiyini, pul ödədiyini izləmək olur. Üstündən illər keçdikdən sonra cavabdehin nümayəndələri yaşadığı ünvan 1 ünvanında olan fərdi yaşayış evində işlədilən cihazlara baxış keçirmək üçün icazə istəmişlər, 26 fevral 2024-cü il tarixində razılığını bildirdi, işlədiyi cihazları Azəriqazın nümayəndələri №0399474-li Akt əsasında göründüyü kimi 1 (bir) ədəd xörək peçi PQ-3, 1 (bir) ədəd ceyran peçi qeyd etmişlər sonluqda əldə heçnə etmədikləri üçün sayğacdan bir neçə metr ara məsafəsi olan yer altı keçən qazın xəttinə şübhəli kimi yanaşmışlar amma ona heçnə bildirmədən yaşlı insanın savadsızlığından istifadə edərək akta imza etdirmişlər. Bir neçə aydan sonra saldoda göründüyü kimi “Azəriqaz“ İstehsalat Birliyinin nümayəndələri itirilmiş qazın dəyərini aradan qaldırmaq üçün ona 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat istehlakçı olaraq ona borc yazmışlar. Möhtərəm hakim Cavabdeh Şəmkir X5 İdarəsinə fikrini bildirdi, onun qaza borcu olmamış saldoda göründüyü kimi, amma onun adında 2073.60 manat borc göstərilmişdir. Nümayəndələr tərəfindən bildirilmişdir ki, cərimə Azərbaycan Respublikasının Dölət X2 İstehsalat Birliyinə daxil olan İnformasiya Texnologiyaları Rabitə-Metrologiya İdarəsinin rəyinə əsasən yazılmışdır. O bunların hərəkət və hərəkətsizliyi ilə razılaşmamış, pulu borc kimi qanunsuz və əsassız yazdıqları üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında göstərdi ki, cavabdehin nümayəndələri ona məxsus evə gələrək, quraşdırılmış sayğaca baxış keçirilmiş daha sonra 2073.60 manat borcunun olmasını bildirmişlər. Bundan sonra məsələni aydınlaşdırmaq üçün Cavabdeh İB–nin Şəmkir X5 Sahəsinə getmiş, orada məlum olmuşdur ki, məlumatı olmadan cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin borc hesablanmışdır. Həmin akta əsasən guya sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Halbuki, o, tərtib edilmiş aktla razılaşmamışdır. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatları olmamışdır. Əlavə olaraq qeyd edir ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Sayğaca heç bir müdaxilə etməmiş, bununla bağlı hüquq-mühafizə orqanlarında heç bir araşdırma aparılmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki iddianın təmin edilərək, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073.60 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X3nın pozulmasına dair” xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən ünvan 1 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024–cü ilin fevral ayına ünvan 1 ünvanın sakini olan abonent İddiaçı adına 2073.60 manat borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2024-cü il tarixdə baxış zamanı sayğacdan kənar əlavə xətt aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə qaz xəttinin sayğacdan kənar istifadəsi və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X4” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X3”nın pozulması ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının qanunsuz təbii qazdan istifadə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X3nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə, həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğacdan kənar xəttin çəkilməsi ağlabatan və inandırıcı hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X3nın pozulmasına görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (**********00560 Abunə kodu) xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073.60 (iki min yetmiş üç manat, altmış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar