Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-228/2024 29.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi X1 iclas katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2014-cü il tarixli 4Ə-2921 reyestr saylı bağışlama müqaviləsinin etbarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adına tərtib olunmuş RX ******* saylı, **********31-10301 reyestr nömrəli mülkiyyət hüququna dair Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Salaman oğlu doğma oğludur. O, ondan ayrı yaşayır və öz ailəsi, evi vardır. Onun 5 övladı olmasına baxmayaraq, bütün övladları ailə qurub və ondan ayrı yaşayırlar. Onun oğlu, hazırkı iddia üzrə Cavabdeh Salam oğlu da ailə qurub və onun təsərrüfatından ayrılıb. Öz ailəsi ilə birlikdə ondan ayrı yaşayır. Cavabdeh ona özü təklif etdi ki, torpaq sahəsini ona versin, əvəzində o da ona ölənə kimi saxlayacaq. Bütün maddi ehtiyaclarını ödəyəcəyək. O da ona inandı və bütün əmlaklarını notarial qaydada ona bağışladı. Sonradan ona məlum olub ki, cavabdeh onu aldadıb. O, onun ona bağışladığı yaşayış evinə görə öz adına mülkiyyət hüququna dair çıxarış alandan sonra bir dəfə də onun yaşadığı evə gəlmədi. Onun heç bir qayğısını çəkmədi. Ona qulluq etmədi. O qoca adamdır evinin altında tək-tənha, xəstə vəziyyətində yaşayır. Cavabdeh isə ona baxacağına vəd versə də ona baxmır. Bir dəfə də olsa qapısını açmır. O hesab edir ki, cavabdeh onu aldatdığı üçün mübahisə predmeti olan bağışlama müqaviləsi etibarsız hesab olunmalı və həmin bağışlama müqaviləsi əsasında cavabdeh oğlu Cavabdeh adına tərtib olunmuş mülkiyyət hüququna dair çxarış ləğv olunmalıdır. Çünki bu müqavilə onu çox ağır vəziyyətə salıb və onu mülkiyyətində olan əmlaklardan məhrum edib. Yuxarıda qeyd etdiyi əsaslara görə hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən cavabdeh oğlum Cavabdeh adma tərtib olunmuş mülkiyyət hüququna dair çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2101/2018 saylı qətnamənin surətindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı “14 sentyabr 2014-cü il tarixli 4Ə-2921 reyestr saylı bağışlama müqaviləsinin etbarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adma tərtib olunmuş RX ******* saylı, **********31-10301 reyestr nömrəli mülkiyyət hüququna dair Çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyildir. Belə ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, bundan sonra tərəflərin aralarında dəyişiklik olmadığından eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-228/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-228/2024
29.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver