Məhkəmə qərarları › İş №2(076)-2306/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2306/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2306/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı MMC–nin Cavabdeh qarşı lizinq müqavilsiənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqavilsiənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul tələbinə Şəmkir Rayon Məhkəməsində dair iddia qaldıraraq, 13 sentyabr 2021–ci il tarixli MAS–4374 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC–yə geri qaytarılması, cavabdehdən daxili lizinq müqaviləsi üzrə 1.219,72 manat əsas borc, 1.014,88 manat mükafat və 214,83 manat cərimə borcu olmaqla, cəmi 2.449,43 manat məbləğində pulun və 100,40 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cəmiyyət tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə lizinqə verilmişdir. Ödəniş qrafikinə əsasən lizinq alan illik 24,5 faiz hesablanmaqla, 48 ay müddətinə hər ay 447,15 manat, ümumilikdə 24.864 manat pulu İddiaçı MMC–nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, xx.xx.2023–cü il tarixə ödənilməmiş cəmi 2.449,43 manat borcu qalmışdır. Cavabdehə əlavə vaxt verilməsinə, borc məbləğini ödəməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cəmiyyətə olan borcundan heç bir ödəniş etməmişdir. Öhdəliyi vaxtında icra etmədiyinə görə cavabdehə cərimə borcu hesablanmışdır. Odur ki, 13 sentyabr 2021–ci il tarixli MAS–4374 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC–yə geri qaytarılması, cavabdehdən daxili lizinq müqaviləsi üzrə 1.219,72 manat əsas borc, 1.014,88 manat mükafat və 214,83 manat cərimə borcu olmaqla, cəmi 2.449,43 manat məbləğində pulun və 100,40 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC–yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan qismən edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 saylı daxili lizinq müqaviləsindən görünür ki, 1 ədəd 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmiş, cavabdeh isə müqavilə imzalandığı gün 3.400 manat lizinq ödənişi etmiş, qalan pulu illik 24,5 faiz hesablanmaqla, 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və tərəflər arasında razılaşdırılmış ödəmə qrafikindən görünür ki, Cavabdeh xx.xx.2021–xx.xx.2025–ci illər ərzində müqavilədə göstərilən lizinq obyektinin dəyərini hissə–hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 13 sentyabr 2021–ci il tarixli X1 görünür ki, 1 ədəd 17.000 manat dəyərində “Khazar SD” markalı avtomobil Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cəmiyyət cavabdehdən öhdəliklərini yerinə yetirərək müqavilə üzrə ödəniş aparılmasını tələb etmiş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 1.219,72 manat əsas kredit borcu, 1.014,88 manat mükafat borcu, 214,83 manat cərimə borcu olmaqla, cəmi 2.449,43 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 nömrəli daxili lizinq müqaviləsinə əsasən dəyəri 17.000 manat olan 1 ədəd 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmiş, cavabdeh isə müqavilə imzalandığı gün 3.400 manat lizinq ödənişi etmiş, qalan pulu illik 24,5 faiz hesablanmaqla, 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərinə əməl etməmiş, nəticədə onun 1.219,72 manat əsas borcu, 1.014,88 manat mükafat borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 214,83 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1–ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3–cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748–1.12–ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizin verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununlada lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəlləninn 750–ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələblər irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 saylı lizinq müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, həmçinin ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasında boyun qaçırmışdır. Ona görə də lizinq verən qismində çıxış edən iddiaçı cəmiyyətin lizinq alan qismində çıxış edən cavabdehdən bütün ödəniş məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdeh iddiaçı cəmiyyət qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh lizinqə verilmiş texnikanın dəyərini xx.xx.2021– xx.xx.2025–ci illər ərzində hissə–hissə ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, borcunu ödəməkdən yayınmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1–ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 nömrəli lizinq müqaviləsinin 7.2–ci bəndində göstərilmişdir ki, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cəmiyyətin lizinq müqaviləsinin ləğv edilməklə həm müqavilə məbləğinin tam ödənilməsini tələb etmək, həm də lizinqə verilmiş texnikanın qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 nömrəli lizinq müqaviləsinin 8.1.1–ci bəndində göstərilmişdir ki, lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə müqavilə lizinq alanın təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748–2.1–ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Göründüyü kimi tərəflərin razılaşmasına əsasən cavabdeh öhdəliklərini tam icra edənə qədər lizinqə verilmiş texnika üzərində mülkiyyət hüququ iddiaçı cəmiyyətdə saxlanılmışdır. İddiaçı cəmiyyət müqavilənin ləğv edilməsi ilə müqavilə məbləğlərinin ödənilməsini tələb etməklə bərabər, həm də texnikanın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2–ci maddəsində göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 748–1.8–ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh üzrlü səbəblər olmadan öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də 13 sentyabr 2021–ci il tarixli MAS–4374 nömrəli lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC–yə geri qaytarılmalı, cavabdehdən daxili lizinq müqaviləsi üzrə 1.219,72 manat əsas borc, 1.014,88 manat mükafat və 214,83 manat cərimə borcu olmaqla, cəmi 2.449,43 manat məbləğində pul və 100.40 manat dövlət rüsumu alınıb İddiaçı MMC–yə verilməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021–ci il tarixli MAS–4374 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə Cavabdeh 1.219,72 manat əsas borc, 1.014,88 manat mükafat borcu və 214,83 manat cərimə borcu olmaqla, cəmi 2.449,43 (iki min dörd yüz qırx doqquz manat qırx üç qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC–nə verilsin. Lizinq obyekti olan 2021–ci il buraxılışlı, ağ rəngli, “Khazar SD” markalı, 77–PD–390 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC–yə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100,4 (bir yüz manat qırx qəpik) manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar