Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2332/2025 02.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi (Şəmkir Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o ailə üzvlərilə birlikdə Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşayır. X1 ilə birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı üç övladı vardır. Övladlarından xx.xx.2006-cı il təvəllüdlü X7 adlı uşaq anadangəlmə daun sindromu xəstəliyindən əziyyət çəkir. Övladı Aysel ağır xəstəliyi ilə bağlı daim həkim müayinə və müalicələrində olur. Lakin, aparılmış müalicələrin heç bir nəticəsi olmamışdır. Övladı böyüdükcə onun xəstəliyi daha da ağırlaşmışdır. Hazırda övladı Aysel Hüseynova 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsində müalicə alır. Övladına həmin xəstəliyə görə birinci dərəcə əlillik təyin edilmişdir. Ovladı Aysel hərəkətlərinin mahiyyətini başa düşmür, davranışlarını bilmir, ümumiyyətlə danışa bilmir. Etdiyi hərəkətlərin baş verəcəyi nəticələri dərk etmir. O, bu və ya digər orqanda və ya təşkilatda öz hüquqlarını həyata keçirə bilmir. Daim müalicə olunsa da səhhətində heç bir dəyişiklik olmamışdır. Hətta qızı Ayselin 18 yaşı tamam olduqdan sonra ona 1 qrup əlillik təyin edildi. Əlillik təyin edildikdən sonra ona təyin edilmiş sosial müavinəti belə ala bilmir. Belə ki, qızının psixi və davranış pozuntuları olduğuna görə onlar onun sosial müavinət kartını da bankdan götürə bilmirlər. Yalnız qəyyumu olarsa həmin sənədi təqdim edəcəklərini bildirirlər. Lakin, o hazırki vəziyyətlə bağlı onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında heç bir sənəd əldə edə bilməmişdir. O bununla bağlı hətta müxtəlif orqanlara da müraciət etmişdir. Lakin, ondan ancaq qızının fəaliyyət qabiliyyəti olmaması barədə sənədi təqdim etməyi tələb edilir. O isə həmin sənədi məhkəmədən kənar qaydada əldə edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, məhkəmədən ərizənin təmin edilərək, xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X12 məhkəmə iclasında göstərdi ki, iş materiallarında olan ekspert rəyi ilə şəxsin fəaliyyət qabiliyəti olmaması təsdiq edilmişdir. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmirlər. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 atası Ərizəçi, anası X6 olmaqla, xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 X11 Şöbəsinin xx.xx.2025-ci il tarixli 420 saylı ambulator məhkəmə– psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X3 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAUN SİNDROMU VƏ DAVRANİŞ POZUNTULARİ İLƏ” (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, nitqinin olmaması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin zəif olması və sair) sübut edir. xx.xx.2006-cı ildə doğulmuş X7 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAUN SİNDROMU VƏ DAVRANİŞ POZUNTULARİ xəstəliyindən əziyyət çəkir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə–psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 ağı zəifliyi nəticəsində onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci və 217.4– cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.2006-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nazlı Heydərova