Məhkəmə qərarları › İş №2(076)-234/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-234/2025

07.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-234/2025 07.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndələri X2 və X1 Cavabdeh: Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə, Cavabdeh3 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Çıxarışların və Torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması, vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə, Cavabdeh3 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Çıxarışların və Torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması, vərəsəlik hüququnun tanınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçının nümayəndələri X4 və X3 məhkəməyə ərizə təqdim edərək, iddia tələbi ilə əlaqədar dəqiqləşməli halların olmasını, bu səbəbdən hazırda iddia ərizəsinə baxılmasını istəmədiklərini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh3 məhkəmənin hazırlıq iclası zamanı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndələrinin ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını hərtərəfli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının ərizənin qaytarılmasını tələb etməsində qanuna zidd hal müəyyən olunmur və bu hal hər hansı başqa şəxslərin hüquq və mənafelərinə toxunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170, 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə, Cavabdeh3 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Çıxarışların və Torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması, vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar