Məhkəmə qərarları › İş №2(076)-235/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-235/2023

20.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-235/2023 20.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, iddiaçı X3, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 267434 nömrəli akt əsasında qanunsuz hesablanmış 459 (dörd yüz əlli doqquz manat) manat məbləğində borcun onun hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbi onunla əsaslnadırılmışdır ki, o ailəsilə birlikdə Şəmkir rayonu Qılıncbəyli kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 25 avgust 2022ci il tarixdə yaşadığı ünvanın elektrik sayğacına 267434 nömrəli akt tərtib etdilər və aktda qeyd etdilər ki, onun sayğacından şübhələnirlər. Şübhələndiyləri üçün sayğacı yeni elektron tipli sayğacla əvəz edib, köhnə tipli sayğacı laboratoriyaya yoxlama rəyinə təqdim etdilər. Onun heç bir sayğac günahı olmadığı üçün barəsində tərtib olunmuş qüsur aktına imza atdı. Lakin xx.xx.2022-ci ildə aktın icrası zamanı qanunda nəzərdə tutulmuş sayğac daşınması və rəyi prosessinə əməl olunmadı, onu rəyə dəvət etmədilər. Heç bir rəy protokoluna iştirakını təsdiqləyən imza atmadı. Cavabdeh təşkilatın özlərinin özbaşına yazdıqları rəyə əsasən ona 459 manat xəyalı hesablama 1 aparmışdır. Hörmətli məhkəmə, bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlıvaxtında ödəyir. Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindəndə görünür ki, o ay ərzində nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Əgər sayğaca müdaxilə etsəydi o ay ərzində cədvəldə göstəriləndan daha az elektrik enerjisi sərf edərdi. Bundan başqa cavabdeh idarə aktda göstərmişlər ki, sayğacda müdaxilə izləri hiss olunur. Bu da onu göstərir ki, cavabdeh idarə qərəzli şəkildə ona qarşı bu borcu yazmışlar. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmayıbdır. Qeyd olunanlara görə də məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən iddiaçı X6 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, Azərişıq ASC-nin Şəmkir rayon Elektirik Şəbəkəsinin cavabdehlər siyahısından çıxarlımasını və ona məxsus evə quraşdırılmış elektrik sayğacına hesablanmış 435 manat borcun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, elektirik sayğacı dəmir qutunun içərisində olsa da, həmin dəmir qutunun qapağı sınıq olub. O, Azərişıq ASC-nin əməkdaşlarının evinə quraşdırılmış sayğaca laborotoriyada baxılması üçün akt yazdıqlarını görmüş, ona sayğaca laborotoriya şəraitində baxış keçirilməsində iştirak etməsi bildirilmiş və o bu barədə olan aktı imzalamışdır. Bir müddət sonra sayğacı gəlib götürüb və yenisini qraşdırıb getmişlər, lakin o, laborotoriya şəraitində sayğaca baxış keçirilməsində iştirak etməmiş, bir müddət sonra 435 manat borc hesablandığını bilmişdir. İddianın təmin edilməsini, 435 manat hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçının elektirik sayğacına baxış keçirilərkən elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmiş və həmin tarixli akt tərtib edilmiş, akt abonent tərəfindən imzlanmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə sayğac çıxarılıb, yenisi ilə əvəz edilib və abonentə sayğaca laborotoriya şəraitində baxış keçirilməsində iştirak etməsi bildirilmişdir. Laborotoriyada sayğac yoxlanılarkən müdaxilə edildiyi və qüsur olduğu üçün itirilmiş elektirik enerjisinin bərpası ilə bağlı 435.73 manat hesabat aparılaraq borc hesablanmışdır. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, "xxxx" ASC-də uçota nəzarət və sayğacların quraşdılma şöbəsində texnik işləyir. X1 yaşadığı evə quraşdırılmış elektirik sayğacı ilə bağlı tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacın A ştampında müdaxilə ehtimalı olunduğu üçün sayğac sökülüb labaratoriyada yoxlanılmalıdır. O, sayğacı götürərkən abonent X6 iştirak etmiş və o, Ramin Cəfərova sabah üçün gəlib laborotoriya şəraitində sayğaca baxışda iştirak edəbiləcəyini diqqətinə çatdırmışdır. Həmçinin abonentlə oturub birlikdə çay içmişlər, sonra o çıxarılmış sayğacı götürüb getmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, Akt R № 267434 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində olan istehlakçı X4 məxsus ünvanda yoxlama zamanı elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmişdir. İşdə olan Şəmkir RİHB Qılıncbəyli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu, Qılıncbəyli kəndində yaşayır. İşdə olan 262120 saylı protokoldan görünür ki, X3 fərdi yaşayış evində ********** tipli sayğac çıxarılaraq 21749130 tipli sayğac quraşdırılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, Akt R № 267434 nömrəli akt əsasında tərtib edilmiş Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 007179 nömrəli AKTprotokolundan görünür ki, sayğacın zavod istehsalı olan A möhürləri pozulub, sayğacın daxilinə baxış zamanı hesab mexanizmi üzərində cızıq izləri aşkar olundu, sayğaca müdaxilə olunub. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, **********00126 saylı abonent X4 məxsus ünvanda yoxlama zamanı elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmişdir. W=1,1kvt x 24s x 0,7x365g - 1986kvt.s = 4759kvt.s W1=650 x 0,07; W2=191 x 0,11; W3=2000 x 0,08 W4=1000x0,09; Ws=912x0,13. Cəmi 435.73 Cəmi 435.73 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı X2 rayonu, Qılıncbəyli kəndində yaşayır və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində X3 adına qeydə alınmış sayğacdan istifadə edir. Azərişıq ASC-nin X8 əməkdaşları X1 yaşadığı evə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən elektrik sayğacın zavod istehsalı olan A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli, Akt R № 267434 nömrəli akt tərtib edilmiş və abonent tərəfindən imzalanmış, sayğac abonentin iştirakı ilə yenisi ilə əvəz edilmişdir. Bundan sonra laborotoriya şəraitində Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 007179 nömrəli AKT-protokolla xx.xx.2022-ci il tarixli, Akt R № 267434 nömrəli akt əsasında götürülmüş sayğaca baxış keçirilmiş və sayğacın zavod istehsalı olan A möhürləri pozulması, sayğacın daxilinə baxış zamanı hesab mexanizmi üzərində cızıq izləri aşkar olunduğu, sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla W=1,1kvt x 24s x 0,7x365g -1986kvt.s = 4759kvt.s W1=650 x 0,07; W2=191 x 0,11; W3=2000 x 0,08 W4=1000x0,09; Ws=912x0,13. Cəmi 435.73 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmışdır. Bununla da, iddiaçı X3 Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşadığı evə quraşdırılmış elektirik sayğacının zavod istehsalı olan A möhürlərinin pozulması, sayğacın daxili mexanizmi üzərində cızıq izləri aşkar olunmaqla sayğaca müdaxilə olunması öz təsdiqini tapmaqla yanaşı, həmin qusurların kənar təsir nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-cı bəndinə göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qanunun 7.19.-cu bəndinə əsasən, Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, itirilmiş enerjinin bərpası məqsədi ilə cavabdeh Azərişıq ASC tərəfindən W=1,1kvt x 24s x 0,7x365g -1986kvt.s = 4759kvt.s W1=650 x 0,07; W2=191 X 0,11; W3=2000 x 0,08 W4=1000x0,09; Ws=912x0,13. Cəmi 435.73 manat itirilmiş enerjinin bərpası məqsədilə 365 gün müddətinə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə və «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-cı bəndinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin elektrik qəbuledicilərinin gücü və sutkanın 24 saatı əsas götürülməli, son üç ay nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, üç aylıq dövr üçün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 145.24 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 290.48 manat hissəsi iddiaçının (abonent kodu: **********00126 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 290.48 manat (iki yüz doxsan manat qırx səkkiz qəpik) məbləğində borc məbləği X3 abunə hesabından (abunə kodu: **********00126 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar