Məhkəmə qərarları › İş №2(076)-2372/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2372/2023

25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2372/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını hərtərəfli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasını tələb etməsində qanuna zidd hal müəyyən olunmur və bu hal hər hansı başqa şəxslərin hüquq və mənafelərinə toxunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170, 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar