Məhkəmə qərarları › İş №2(076)-2376/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2376/2023

29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2376/2023 29.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydasının pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1555,2 borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB-nin X2 Sahəsi tərəfindən iddiaçının yaşadığı evin qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacı dəyişdirildikdən bir müddət sonra iddiaçının hesabına 1555.20 manat borc yazılmışdır. Bundan sonra iddiaçı X2 Sahəsinə müraciət etdikdə ona “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt verilmişdir. Qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuşdur. Aktda qeyd olunmuşdur ki, “sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsi sınıb, sayğacın ekranının üst hissəsindən çatlayıb, sayğacın iş prinsipinə mane törətməsi mümkündür”. İddiaçı hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Bunu iddiaçının ərizəyə əlavə etdiyi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqləyir. Bu da onu göstərir ki, cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır və tərtib edilmiş akt qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, aktlarda və saldoda onun adı səhvən Yusif kimi qeyd edilmişdir. Hazırda “Azəriqaz” İB-nə müraciət edərək adının “Yunus” kimi qeyd edilməsini tələb etmiş və bundan sonra hazırda saldo Yunus kimi ona verilmişdir. Qeyd olunanları nəzərə alaraq ünvan 3 ünvanında yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 1555,2 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış ZENNER mexaniki tipli, 64T markalı, **********7 nömrəli qaz sayğacının istifadə müddəti bitdiyi üçün yeni elektron (Zenner) tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçının yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: xx.xx.2023-cü il tarixli MSK-14-2-213-5-571-1 saylı akta əsasən **********7 nömrəli sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsi sınması, sayğacın ekranı üst hissəsindən çatlamış, sayğacın iş prinsipinə maneə törətməsi müəyyən edilmişdir. İş materiallarında olan ünvan 3 ünvanında yaşayan abonent İddiaçının saldosundan görünür ki, iddiaçının abonent hesabına 1555,2 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitdiyi qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsur aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac abonentin iştirakı olmadan yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsi sınmış, sayğacın ekranının üst hissəsindən çatlar aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 13075 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,2 manat pul tələb edilir. Tərəflər arasında mübahisə ZENNER 64T markalı, **********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,2 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, sayğac çıxarılan zaman **********7 nömrəli qaz sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsi sınıq, sayğacın ekranının üst hissəsindən çatlar və digər qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,2 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında qaz sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsi sınıq, sayğacın ekranının üst hissəsindən çatlar və digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 1555,2 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar