Məhkəmə qərarları › İş №2(076)-2383/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2383/2025

18.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2383/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh "Azərişıq” ASC–nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası ərizəsi ilə mürəcyyət edərək, cavabdeh təşkilat olan "xxxx" Açıq Səmdar Cəmiyyəti tərəfindən ona qanunsuz və əsası olmayan haqsız yerə yazılmış 1115.72 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şəmkir rayonu, Könüllü kəndi, X5 küçəsi ev 35 ünvanında yaşayır. Yaşadığı ünvanda quraşdırılan işıq sayğacı qapıdan çöldə yerləşdirilmişdir. "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən ona 1115.72 manat cərimə hesablanmışdır. Cərimənin bir hissəsi idarənin təqdim etdiyi sənəddə qeyd edilmiş və həmin sənədin “Akt” hissəsində 2006-cı il üzrə 675.74 manat cərimə göstərilmiş, yerdə qalan pulun isə hansı sənəd üzrə hesablandığı barədə iddiaçının məlumatı olmamışdır. Bu vaxta qədər onun haqqında yazılan cərimədən xəbəri olmamışdır. İddiaçı yaşlı qadın olduğu üçün işıq sayğacına müdaxilə etməsi mümkün deyildir. Belə ki, bu elektrik cərəyanı olan bir cihazdır və iddiaçı qorxusundan işıq cihazına toxuna bilmir. İddiaçı yaşlı qadın olaraq işıq sayğacına müdaxilə edə bilməz, heç nədən başı çıxmır. Ona yazılan cərimə tamamilə qanunsuzdur. Çünki işıq sayğacı evin daxilində deyil, qapıdan kənarda (çöldə) quraşdırılmışdır. İddiaçı bir vətəndaş kimi çöldə olan sayğac üçün məsuliyyət daşımır və cavabdeh təşkilata məxsus sayğacı qorumaq onun borcu deyildir. Sayğac cavabdeh təşkilat tərəfindən çöldə quraşdırılmış və hər kəsin görəcəyi yerdədir. Buna görə də işıq sayğacına müdaxilə etməsi barədə iddia iddiaçıya qarşı iftira xarakteri daşıyır. Hesab edir ki, cavabdeh təşkilat olan "Azərişıq” ASC işçiləri ona əsassız olaraq 1115.72 manat məbləğində cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat olan "xxxx" Açıq Səmdar Cəmiyyəti tərəfindən ona qanunsuz və əsası olmayan haqsız yerə yazılmış 1115.72 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o işıqdan müddətində istifadə etmiş və mütəmadi olar işlətdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Onun işlətdiyi elektrik enerjisinə görə borcu yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı iddia etdiyi hal mövcud deyildir. Belə ki, iddiaçının barəsində heç bir protokol və akt tərtib edilməmişdir. İddiaçıya hesablanmış borc onun sərf etdiyi elektrik enerjisinə görə hesablanmış borcdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan abunə haqqından görünür ki, Şəmkir rayon Könüllü kənd sakini İddiaçı adına olan sayğacda xx.xx.2024-cü il tarixdə işıq sərfiyyatı müəyyən edilmir. xx.xx.2015-ci il tarixli aktına əsasən, “inteqrasiya dövr borcu” görə 671.92 manat və digər limitindən artıq sərfiyyata görə xx.xx.2024-cü il tarixə ümumilikdə 727,32 manat borc hesablanmışdır. İddiaçı mövcud olan borcu 816 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonunun Könüllü kəndində yaşayır və yaşadığı ünvanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına rəsmiləşdirilmiş sayğacdan istifadə edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc, məhz iddiaçının faktiki olaraq istifadə etdiyi elektrik enerjisi sərfiyyatı nəticəsində yaranmışdır. Həmin borc üzrə cavabdeh tərəfindən ayrıca protokol və ya akt tərtib olunması müəyyən edilməmişdir. Araşdırmalarla həmçinin müəyyən olunmuşdur ki, göstərilən borc üzrə iddiaçı tərəfindən mütəmadi ödənişlər həyata keçirilmiş, lakin nəticə etibarilə iddiaçının ümumi borc məbləği 816 manat təşkil etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə borcun məhz sayğaca müdaxilə olunması nəticəsində borcun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.4–cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materialları ilə müəyyən olunduğu kimi iddiaçı barəsində cavabdeh tərəfindən hər hansı protokol və ya akt tərtib edilməmişdir. Belə ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği yalnız onun elektrik enerjisi sərfiyyatından yaranmış borcdan, həmçinin 2006-cı ildə sayğacın dəyişdirilməsi zamanı köhnə sayğac üzrə mövcud olmuş borcdan ibarətdir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar