Məhkəmə qərarları › İş №2(076)-2414/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2414/2025

31.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2414/2025 31.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların atasının Cavabdeh olmasının müəyyən edilməsinə, Cavabdeh iki nəfər Elnarə və Rəşad adlı uşağın yetkinlik yaşına çatanadək hər ay uşaqların hər birinə 250 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 55 manatın, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun alınıb onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə 2012-ci ildə faktiki evlənmiş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 2 nəfər uşaqları doğulmuşdur. Cavabdehlə öz istəyilə ailə qurmuş, lakin sonradan ailə münasibətləri cavabdehin təqsiri ucbatından pozulmuşdur. Belə ki, cavabdeh azyaşlı uşaqlarına və ona qayğı göstərmirdi, heç vaxt onlarla maraqlanmamışdır. Cavabdehin anası isə onu azyaşlı uşağıla birlikdə evdən çıxartmışdır. O məcbur olub, kənd bələdiyyəsindən torpaq sahəsi almış, qarğıdan bir otaq tikmiş uşaqlarıla orada yaşamışdır. Hazırda azyaşlı uşaqları Elnarə və Rəşad onun himayəsində yaşayırlar. Cavabdehlə rəsmi nikahları olmadığından, həmçinin, cavabdeh könüllü olaraq uşağa öz soyadını vermək üçün Qeydiyyat Şöbəsinə müraciət etmədiyindən Elnarə və Rəşad adlı uşaqların doğum haqqında şəhadətnaməsində soyadı onun soyadıla «Məmmədova» kimi qeyd edilmişdir. Cavabdeh uşağın saxlanmasında ona heç bir maddi köməklik etmir. Uşağın saxlanması üçün cavabdehin maddi yardımına ehtiyacı vardır. Cavabdehin isə qazancı sabit deyil, dəyişkəndir. Belə ki, cavabdeh fərdi əməklə, sahibkarlıqla məşğul olur, yaxşı qazanc əldə edir. Cavabdehin uşağına aliment ödəməyə maddi imkanı vardır. O özü oğlum İflic xəstəsidir, həm də azyaşlı olduğuna görə heç bir yerdə işləmir. Azyaşlı uşaqların saxlanmasında çətinlik çəkir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə 2012-ci ildə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə qeyri– rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrılarkən azyaşlı uşaqlar onun yanında qalmışdır. Cavabdehlə rəsmi nikahları olmadığından uşaqların atalığı müəyyən edilməmiş qalmışdır. Cavabdeh isə uşaqlarına münasibətdə qeydiyyat orqanına gedərək atalığını etiraf etməkdən imtina etmişdir. Həmçinin, azyaşlı uşaqların saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, mövcud vəziyyətdə azyaşlı uşaqların tələbatlarını tək başına qarşılaya bilmir. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən uşaq üçün heç bir maddi yardım göstərmir. Odur ki, cavabdehin faktiki nikah münasibətlərində olduqları vaxt anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 55 manatın, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun alınıb onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən, cavabdeh ilə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişlər. Birgə qeyri–rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə iddiaçı ilə ayrılmışlar və ayrılarkən azyaşlı uşaqları iddiaçının yanında qalmışdır. Hazırda iddianı qismən qəbul edir. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqlar onun uşağıdır. Lakin iddiaçıya yüksək məbləğdə aliment ödəməyə imkanı yoxdur. Odur ki izahatında göstərdiklərini nəzərə alaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə qeyri–rəsmi nikahından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuş, tərəflərin rəsmi nikahları olmadığından doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli məktubdan görünür ki, Cavabdeh qeydiyyat orqanına gəlmədiyi üçün atalığın müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişlər. Birgə qeyri–rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar, ayrılarkən azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1–ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Belə olan halda məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan doğulmuş xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların atasıdır.Həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi də qismən təmin olunmalıdır. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmamış uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024–cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,47 misli həddində(400X0,47=188) sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə həmçinin, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların atası hesab edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 55 (əlli beş) manat məbləğində mediasiya xərci İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar