Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2445/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-i tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında 3172 manat ziyan borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcun iddia ərizəsində ümumi borc səhv olaraq 3172 manat qeyd olunmuşdur, həmin məbləğin 3110 manat olaraq nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azəriqaz İB-i tərəfindən onun adına akt tərtib olunaraq bildirilmişdir ki. müəssisəyə 3172 manat ziyan vurmuşdur. Bildirildi ki, həmin ziyanı ödəməsə təbii qazın təminatı dayandırılacaqdır. Yaşayış sahəsində **********9 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra X1 ******* saylı aktla onun köhnə sayğaca müdaxilə etdiyi bildirmişdir. Lakin o, həmin sayğaca heç bir müdaxilə etməmişdir. Belə ki, aktda göstərmişdir ki, sayğaca kənar təsir nəticəsində yararsız hala düşmüşdür. Lakin bildirir ki, həmin sayğac təbii fəlakət nəticəsində yararsız hala düşmüşdür. Belə ki, güclü külək əsməsi nəticəsində işıq dirəyinin qırılıb sayğacın üzərinə düşməsi ilə sayğac yarasız hala düşmüşdür. Azəriqaz İB-i tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra belə müəyyən etmişlər ki, onun köhnə sayğaca müdaxiləsi olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə etməsi ilə bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Bu baxımdan da onunla həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və o sayğaca müdaxilə etməmişdir. Hesab edir ki, sayğaca müdaxilə olunub olunmaması, olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub-olunmaması müəyyən edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yerləşən yaşayış sahəsində qazdan stifadəyə görə onun adına hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı çıxarılan zaman sayğacın hesablama mexanizminin qırıldığı, kənar təsir nəticəsində yararsız hala düşdüyü qeyd edilmişdir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması” barədə xx.xx.2023-cü il tarixli MSK- 14-2-2-13-5-4510-Q001 nömrəli aktın surətindən görünür ki, Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, sayğacın plastmas qapağının sındığı, zavod plastmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan löhvə gövdənin üzərində olmadığı aşkar olunmuşdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2-13- 5-4510-Q001 nömrəli akta əsasən **********0 nömrəli sayğacın plastmas qapağı sınıqdır. Zavod plastmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il üçün 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə güclü külək əsməsi nəticəsində elektrik dirəyinin aşması ilə qaz sayğacı yararsız hala düşmüşdür. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzləmə” qeyd edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın plastmas qapağı sınıb, zavod palstmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Buna görə, itirilmiş qazın 26989 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsədə, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə güclü külək əsməsi nəticəsində elektrik dirəyinin aşması ilə qaz sayğacı yararsız hala düşmüşdür. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman ona məhz abonent tərəfindən müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın sayğacın plastmas qapağı sındığı, zavod palstmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində olmadığı sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3110 manat (üç min yüz on manat) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2445/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2445/2023
12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver