Məhkəmə qərarları › İş №2(076)-2474/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2474/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2474/2024 20.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Şəmkir rayon, Yuxarı Seyfəli kənd İDƏ-si) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Seyfəli kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfat başına kitabında X1 adına verilmiş 1144/1131 nömrəli şəxsi hesabın (sənədin) ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1957-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuşdur. Hazırda Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yaşayır. O Şəmkir rayonunun Seyfəli sovxozunda fəhlə işlədiyi vaxtlarda 1978-cı ildə ona fərdi qaydada ev tikdirmək üçün 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin vaxtdan torpaq onun istifadəsində olmaqla, ev tikib yaşayır. Şəmkir rayonu, Seyfəli kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfat başına kitabında 1144/1131 nömrəli şəxsi hesabında onun adına diqqətsizlikdən səhvən "Rabil" yazılmışdır. Hansı ki, onun istər doğum şəhadətnamədəsində, istərsə də, şəxsiyyət vəsiqəsində adı "Ravil"-dir. Qeyd etdikləri doğum şəhadətnaməsini əvəz edən arayış və şəxsiyyət vəsiqəmlə də tam təsdiq olunur. Hazırda Şəmkir rayonu Seyfəli kənd İnzibati ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfat başına kitabında X1 adına verilmiş 1144/1131 nömrəli şəxsi hesabın ona, yəni Ərizəçi məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Şəmkir rayon Yuxarı Seyfəli kənd İcra Nümayəndəsi sənəddə düzəliş aparmaqdan imtina etmişdir. Həmin faktın müəyyən edilməsi həmin illər fərdi ev tikdirmək üçün ona verilmiş 0.25 ha həyətyanı torpaq sahəsini adına sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, Şəmkir rayonu, Seyfəli kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfat başına kitabında X1 adına verilmiş 1144/1131 nömrəli şəxsi hesabın (sənədin) ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2024-cü il tarixli 398 nömrəli X2 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. İş materiallarında olan 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında 1144/1131 nömrəli şəxsi hesabından olan çıxarşdan görünür ki, 1957-ci il təvəllüdlü X1 xüsusi milliyyətində 0.25 ha torpaq sahəsi olmuşdur. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli 3-21-3-40/2-Ə-0049-35/24 nömrəli Ərizəçi müraciətinə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubundan görünür ki, ərizəçinin ərizəsinə baxılmışdır. Lakin o təqdim etdiyi “ arxiv arayışında” heç bir ad, soyadı, ata adı dəyişilməsi onların səlahiyyətində deyil. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 193 nömrəli Şəmkir rayon İcra Hakimiyəti Başcısının Yuxarı Seyfəli kənd İƏD üzrə nümayandəlik tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X3 rayonunun Yuxarı Seyfəli kənd İƏD- də daimi Qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Qeyd edilir ki, X5 Rayon Yuxarı Seyfəli kənd İƏD- üzrə nümayəndəliyin Təsərrüfatbaşına kitabının 1144-1131-nömrəli şəxsi hesabında X4 yazılmışdır. Bu da illər öncə bundan əvvəl yazıldığına görə araşdırma mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında 1144/1131 nömrəli şəxsi hesabından adı müvafiq olaraq “X6” kimi göstərilmişdir. Həmin sənətdə göstərilən “X4” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında 1144/1131 nömrəli şəxsi hesabından çıxarışdan, Şəmkir Rayon Qeydiyyat Şöbəsinin tərəfindən verilmiş arayşdan, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Şəmkir rayonu Seyfəli kəndi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X1 adına verilmiş 1144/1131 nömrəli şəxsi hesabın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şəmkir rayonu Seyfəli kəndi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X1 adına verilmiş 1144/1131 nömrəli şəxsi hesabın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar