Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2483/2025 21.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 oğlunun, Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 oğlunun, Ərizəçi1 və Ərizəçi3 (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 68 saylı qərarı Torpağın mülkiyyətə verilməsinə dair JN-413A KOD 50401004 saylı Şəhadətnamənin ərizəçilərə- yəni İsmayılova Mǝkurə Hüseyn qızına, X7, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 68 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair YN-413A KOD 50401004 saylı Şəhadətnaməyə əsasən Şəmkir rayonu, Yeni Posanlı kəndi ərazisində 0,05 ha torpaq sahəsi onların: X4, İsmayılova Mǝkurə Hüseyn qızının, Ərizəçi2man Səhrət oğlunun, Ərizəçi3, X8, X9 və Ərizəçi2 xüsusi mülkiyyətinə verilmişdir. X15 11 sentyabr 2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmişlər. Orada bildirildi ki, torpağın sənədində adında, ərinin adında, oğlanlarının ata adında, həm də gəlininin adında səhvik mövcuddur, həmin səhvlər düzəldilməlidir. Belə ki, ad və ata adım şəxsiyyət vəsiqəsində "Məkurə Hüseyn qızı" olduğu halda, sənəddə "Məvkürə Shüseyn qızı", ərinin adı “Səhrət” əvəzinə "Sərhəd", oğlanlarının Arzuman və Arzunun ata adı "Səhrət" əvəzinə "Sərhəd” gəlininin Zəminənin adı isə "Samirə" kimi yazılmışdır. Ad və ata adında olan səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin, səhv yazılmış ad və soyadın düzəldilməsinin səlahiyyətinə aid olmadığını bildirən DƏDRX düzəlişdən imtina etdi. Hazırda o və ailə üzvlərim ad və ata adının, ərinin və gəlininin adının, oğlanlarının ata adının səhv yazılması üzündən mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmirlər. Hüquqlardan istifadə edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Qeyd edilənlərə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 68 saylı qərarı Torpağın mülkiyyətə verilməsinə dair JN-413A KOD 50401004 saylı Şəhadətnamənin ərizəçilərə- yəni İsmayılova Mǝkurə Hüseyn qızına, X7, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli AZ-T 295765 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Ana qrafasında X6, ata qrafasında X3 qeyd edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli AZ-T 023333 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X15 və X5 xx.xx.1981-ci il tarixdə nikah bağlamışdırlar. Nikah bağlanan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materialında olan xx.xx.1999-cü il tarixli Vİ-ЖГ 495610 nömrəli nikahın bağlanması barədə şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi2 və Ərizəçi3 xx.xx.1999-cu il tarixdə nikah bağlamışdılar. Nikah bağlanan sonra ərə “İsmayılov”, arvada “Rzayeva” soyadı verilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli AZ-İİ 380728 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materialında olan JN-413A KOD 50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X10, X1, Ərizəçi2man Sərhəd oğluna, X11, X12, X13 və Ərizəçi2 Sərgəd oğluna Şəmkir rayon, Yeni Posanlı kəndinin ərazisində 0.05 ha olan torpaq sahəsi verilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarilxi 3-21-3-40/2-i-00xx-xx/2025 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir şəhərində yerləşən 0.05 ha torpaq sahəsinə dair verilmiş JN-413A, kod-50401004 nömrəli "Şəhadətnamə"də olan mülkiyyətçinin ad və ata adı ilə "şəxsiyyət vəsiqələri"ndə olan ad və ata adı arasında səhvlik mövcuddur ki, bu da, 1999-cu il 28 dekabr tarixli, 780-İQ nömrəli Mülki Prosessual Məcəlləsinin 307.2.5 və 308ci maddəsinə əsasən başqa məna kəsb edir. Ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı edilmiş müraciətin icrası idarə üçün mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə və mərhum X7 məxsus bütün sənədlərdə “Ərizəçi2, Ərizəçi1, X15 və Ərizəçi3” kimi göstərilsə də, JN-413A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları “X2, Ərizəçi2man Sərhəd oğlu, X16 və X18” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X2, X16, Ərizəçi2man Sərhəd oğlu və X18” ilə doğum haqqında və nikah haqqında şəhadətnamələrində və digər sənədlərdə göstərilən “Ərizəçi2 oğlu, Ərizəçi1, X15 və Ərizəçi3” nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı JN-413A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-413A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi2 oğluna, X7, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-413A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi2 oğluna, X7, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2483/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2483/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver