Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2505/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X18 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxslər: X2, X4 və X3 iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeniabad kəndi ərazisində 0.97 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun adı səhvən “X10” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı maraqlı şəxs X5 izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeniabad kəndi ərazisində 0.97 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında arvadı Ərizəçi soyadı səhvən “Əmirova” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı maraqlı şəxs X9 izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeniabad kəndi ərazisində 0.97 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında anasının soyadı səhvən “Əmirova” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı maraqlı şəxs X6 izahatında göstərdi ki, Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 0.97 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda anası Ərizəçi soyadı səhvən “Əmirova” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısının soyadı “Vəliyeva”dır. Buna baxmayaraq, JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda onun soyadı səhvən “Əmirova” kimi yazılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 da şahid X12 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etdi. İşdə olan JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998–ci il tarixli 52 saylı qərarı ilə Ərizəçi və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Yeniabad kəndi ərazisində 0.97 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət Aktında Ərizəçi adı səhvən “X10” kimi yazılmışdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi atası X13, anası X7 olmaqla, xx.xx.1967–ci il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967–ci il tarixdə doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi arasında xx.xx.1987–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan Şəmkir RİHB–nın Yeniabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025–ci il tarixli aktdan görünür ki, JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda Ərizəçi soyadı səhvən “Əmirova” kimi yazılmışdır. Əslində Ərizəçi kimi olmalıdır. X1 adlı şəxs olmamışdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli imtina məktubundan görünür ki, JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998–ci il tarixli 52 saylı qərarı ilə Ərizəçi və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeniabad kəndi ərazisində 0.97 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 3–cü sırasında Ərizəçi adı səhvən “X10” kimi yazılmışdır. Hazırda ərizəçi Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–119 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda hüquq subyekti kimi qeyd olunmuş “X10”na aid hissədə həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X20
Məhkəmə qərarları › İş №2(076)-2505/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2505/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver