Məhkəmə qərarları › İş №2(076)-2563/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2563/2023

02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2563/2023 02.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı6, İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi), İddiaçı5 Cabvabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin, bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin, bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışlar. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə, JN–0013 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi 3 hissədən ibarət olmuşdur. Qeyd olunan torpaq sahəsini bir müddət istifadə etdikdən sonra müvəqqəti olaraq dayısı X8 istifadəsinə vermişdir. Hazırda dayısı və onun arvadı vəfat etmişlər. Son zamanlar ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair onun (İddiaçı1) adından razılıq ərizəsi düzəldilmiş, həmin ərizədə guya onun 1,36 ha torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə etirazı olmamışdır. Halbuki, həmin ərizədəki imza ona məxsus deyildir. Habelə qeyd olunan torpaq sahəsi tək onun deyil, bütün ailə üzvlərinin mülkiyyətindədir. Belə olan halda ailə üzvləri olmadan o, ərizə yaza bilməzdi. Hazırda torpaq sahəsindən həmkəndliləri Siyasət və Natiq adlı şəxslər istifadə edirlər. Onlar həmin torpaq sahəsini alqı–satqı müqaviləsi əsasında aldıqlarını bildirmişlər. Bundan sonra DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, oradan verilmiş xx.xx.2023–cü il tarixli məktubda 13 saylı konturda qeyd edilən 0,2174 ha torpaq sahəsinin Salman İsmayılovun, daha sonra arvadı Pakizə İsmayılovanın adına özgəninkiləşdirilməsi, 13K saylı konturda qeyd edilən 0,2947 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə, 13C saylı konturda qeyd edilən 0,2174 ha torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat olmadığı göstərilmişdir. Bundan sonra DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi vəkil soğrusuna cavabdeh verdiyi xx.xx.2023–cü il tarixli arayışında 13C saylı konturdakı 0,8442 ha hissəyə dair elektron kadastr bazasında məlumat olmadığını, 13 saylı konturdakı 0,2174 ha hissənin Salman İsmayılovun adına özgəninkiləşdirilməsini, onun adına ümumilikdə 43733,0 kv.m torpaq sahəsinə dair xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələrinin, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinin, xx.xx.2007–ci il tarixli “X33 və ölçüsü”nün və xx.xx.2011–ci il tarixli ********** nömrəli vərəsəlik şəhadətnaməsinin tərtib edilməsini göstərmişdir. Həmin arayış da yenə də onun razılıq ərizəsinin mövcud olması qeyd edilmişdir. Halbuki, həmin ərizə saxtadır. Həmçinin, 13 saylı konturdakı 0,2174 ha hissə onların məlumatı olmadan satılmış, bununla da onların mülkiyyətinə qəsd edilmişdir. Hesab edirlər ki, onların torpaq sahəsi ilə əlaqədar bütün müqavilələr etibarsızdır. Torpaq sahəsini qanunsuz olaraq ələ keçirmiş Salman İsmayılov və arvadı Pakizə İsmayılova vəfat etmişlər, Cavabdeh1 isə valideynlərinin vərəsəsidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki, JN–0013 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 13 saylı konturda qeyd edilmiş 0,2174 kv.m hissəsi üzrə Salman İsmayılov və arvadı Pakizə İsmayılovanın iştirakları ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələrinin, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinin və xx.xx.2011–ci il tarixli ********** nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə, JN–0013 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Düyərli kəndi ərazisində 1.36 hektar pay torpaq sahəsi onun, digər ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üç ayrı koordinantda yerləşmişdir. Qeyd olunan torpaq sahəsini bir müddət istifadə etdikdən sonra müvəqqəti olaraq mərhum dayısı X8 istifadəsinə vermişdir. Son zamanlar ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair onun adından razılıq ərizəsi düzəldilmiş, həmin ərizədə guya onun 1,36 ha torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə etirazı olmamışdır. Halbuki, həmin ərizədən onun məlumatı olmamış, o, notariat kontoruna gedərək belə bir ərizə yazmamışdır. Bu isə ona dəlalət edir ki, onun adından qanusnuz ərizə yazılmış və saxta imza ilə ərizə təsdiqlənmişdir. Bundan sonra araşdırma aparmış və məlum olmuşdur ki, onların mülkiyyətində olan torpaq sahəsinə dair onların xəbəri olmadan müqavilələr bağlanmışdır. Belə ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 13 saylı konturda qeyd edilmiş 0,2174 kv.m hissəsi üzrə Salman İsmayılov və arvadı Pakizə İsmayılovanın iştirakları ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.2004–cü il tarixli, 4ə– 515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələri, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsi və xx.xx.2011–ci il tarixli ********** nömrəli vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir. Hazırda qeyd edilən bütün əqdləri qanunsuz hesab edir. Belə ki, o, 1,36 ha torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə dair razılıq ərizəsi verməmiş, habelə tərtib edilmiş əqdlərdən məlumatları olmamışdır. Ümumiyyətlə onların mülkiyyətlərində olan torpaq sahəsinin satılması ilə bağlı niyyətləri olmamışdır. Bu hal isə bir daha təsdiq edir ki, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış bütün əqdlər saxta və qanunsuz olmuşdur. Hazırda qanunsuz tərtib edilmiş qədlərə görə onların mülkiyyət hüquqları pozulmuş və bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki, JN–0013 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 13 saylı konturda qeyd edilmiş 0,2174 kv.m hissəsi üzrə Salman İsmayılov və arvadı Pakizə İsmayılovanın iştirakları ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələrinin, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinin və xx.xx.2011–ci il tarixli ********** nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı6, İddiaçı2 və İddiaçı5 iddia tələbini müdafiə edərək əsasən İddiaçı1 ilə eyni məzmunlu izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini atası sağlığından notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında satın almışdır. Həmin vaxt hər hansı qanun pozuntusuna yol verilməmiş və müqavilələr qanuni əsaslarla bağlanmışdır. Atasının vəfatından sonra ondan qalan mirası anası, anasının vəfatından sonra isə digər bacı– qardaşları qəbul etmişdir. Onun tərəfindən hər hansı miras əmlak qəbul edilməmişdir. Hazırda ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Belə ki, ilk öncə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əqdlər onun tərəfindən bağlanmamış, həmçinin o, valideynlərinin vərəsəsi kimi onlardan qalan mirası qəbul etməmişdir. Bundan başqa qeyd edir ki, mübahisəli torpaq sahələri 20 ilə yaxındır ki, onların istifadəsində olmuşdur. İddiaçılar bunu bildikləri hallda ötən müddət ərzində susmuş, yalnız indi əsaslı olmayan iddia qaldırmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar əsassız varlanmaq niyyətinə düşmüşlər. Odur ki, iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı4, İddiaçı7 və cavabdeh Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh isə gəlməyən iddiaçıların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Düyərli kəndinin ərazisindən 1.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2006–cı il tarixli 7e–3747 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı1 JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında 3 yerdən verilmiş 1,36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə razı olmasını bildirmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli arayışından görünür ki, JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda qeyd edilən 13 saylı konturda qeyd edilən 0,2174 ha torpaq sahəsinin Salman İsmayılovun, daha sonra arvadı Pakizə İsmayılovanın adına özgəninkiləşdirilmiş, 13K saylı konturda qeyd edilən 0,2947 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə, 13C saylı konturda qeyd edilən 0,8442 ha torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat yoxdur. JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda qeyd edilən 1.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə dair İddiaçı1 razılıq ərizəsi mövcuddur. İşdə olan xx.xx.2007–ci il tarixli, A 003513 saylı “X33 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 43.733 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə– 574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələri və xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X8 adına qeyd edilmişdir. İşdə olan xx.xx.2004–cü il tarixli, 4ə–515 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X2 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 900.000 (köhnə pul vahidi ilə) manata X1. İşdə olan xx.xx.2004–cü il tarixli, 4ə–523 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X6 rayonu, Düyərli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2.500.000 (köhnə pul vahidi ilə) manata X1. İşdə olan xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X3 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3.000.000 (köhnə pul vahidi ilə) manata X1. İşdə olan xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X7 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1.000 manata X1. İşdə olan xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X4 rayonu, Düyərli kəndində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2.000 manata X1. İşdə olan xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, X5 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X12 bağışlamışdır. İşdə olan xx.xx.2011–ci il tarixli 2v–02–545 reyestr nömrəli vərəsəlik işindən görünür ki, xx.xx.2010–cu il tarixdə vəfat etmiş X8 vərəsəsi X9r və ona xx.xx.2011–ci il tarixli 2v– 01–224 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2011– ci il tarixli 2v–02v545 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(076)–2331/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 mərhum X10 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən, JN–0014 saylı Dövlət Aktında göstərilən 0,19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Düyərli kəndinin ərazisindən 1.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 mülkiyyətinə verilmiş, bu barədə adlarına JN–0013 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Eləcə də, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı1 xx.xx.2006–cı il tarixdə ərizə ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında 3 yerdən verilmiş 1,36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə razı olmasını bildirmiş, onun ərizəsi 7e–3747 reyestr nömrədə qeydə alınmışdır. Həmçinin, işin araşdırılmış halları ilə müəyyən edildi ki, xx.xx.2004–cü il tarixli, 4ə– 515 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən X2 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2004–cü il tarixli, 4ə–523 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən X6 rayonu, Düyərli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən X3 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli alqı– satqı müqaviləsinə əsasən X7 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqaviləsinə əsasən X4 rayonu, Düyərli kəndində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1. Eləcə də, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X5 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X12 bağışlamışdır. Bundan sonra cəmi 43.733 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd olunan müqavilələr əsasında X8 adına qeyd edilmiş və sonuncunun adına xx.xx.2007–ci il tarixdə A 003513 saylı “X33 və Ölçüsü” tərtib edilmiş, lakin Salman İsmayılovun torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Müqavilələr tərtib edildiyi vaxtdan etibarən həmin torpaq sahəsi X8 fasiləsiz və etirazsız olaraq istifadəsində və sahibliyində olmuş, onun vəfatından sonra arvadı X20 mərhumun vərəsəsi tanımmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda xx.xx.2004– cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələri, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsi və xx.xx.2011–ci il tarixli ********** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə iddiaçılar tərəfindən mübahisələndirilmişdir. İddiaçılar hazırkı vaxta qədər mübahisəli torpaq sahəsinə dair cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçılar qeyd edilən müqavilələrin və qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığını tələb etsələr də, bu barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçılar tərəfindən mübahisələndirilən müqavilələrin və qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə nəzərə alır ki, iddiaçı istinadla onun əvəzində saxta imza etməklə razılıq ərizəsinin rəsmiləşdirildiyinə dair tələblə çıxış etsə də, həmin halı təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı razılıq ərizəsinin mətnindən görünür ki, notarius ərizəni iddiaçının şəxsən özünün iştirakı ilə imzaladığını təsdiq etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə– 672 reyestr nömrəli alqı–satqı müqavilələrinin, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinin və xx.xx.2011–ci il tarixli ********** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələrini, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinn və xx.xx.2011–ci il tarixli ********** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçıların mübahisələndirdiyi müqavilə bağlanan zaman tərəflər öz iradələrini sərbəst şəkildə ifadə etmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, məhkəmə tərəfindən notariat işinə baxış keçirilmiş, müqavilələr bağlanarkən və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilərkən hər hansı qanun pozuntusunun olması müəyyən edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən qeyd edir ki, iddiaçı tərəf alqı–satqı müqavilələrinin, bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsələr də, onların etibarsızlığına əsas olan mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iş materiallarında belə sübutların olması təkzib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin, bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar