Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2587/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «borcun silinməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110 (üç min yüz on) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailə üzvülərilə birlikdə yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 03 may 2023-cü il tarixində istifadəsində olan qaz sayğacının qapağının yan tərəfdən əzilməsi müəyyən olunmuş və onun iştirakı təmin olunmadan ******* nömrəli akt tərtib olunmuş və həmin akt əsasında ona 3110 (üç min yüz on) manat cərimə hesablanmışdır. Əsas olaraq göstərmişdirlər ki, guya onun tərəfindən sayğaca müdaxilə olunub. Lakin sayğac küçədə yerləşir və nəzarətçi həmin sayğaca istədiyi vaxt nəzarət edə bilir. 10 ildən çoxdur ki, sayğacdan problemsiz istifadə edir. Sayğac texniki baxışdan keçirilməyib və sayğacın təhlükəsizlik blompları üzərində olub. Hesablanmış borcun silinməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, qaz sayğacı onun evinin çöl hissəsində yerləşir və onun daimi nəzarətindən kənardadır. Buna görə də sayğacın hər hansı hissəsinin zədələnməsinə görə o məsuliyyət daşıya bilmir. Göründüyü kimi istifadəsində olan sayğacın zədələnməsinə görə o cavabdehlik daşımamalıdır. Buna görə də hesab edir ki, onun barəsində cavabdeh tərəfindən tərtib olunmuş akt nəticəsində ona hesablanmış borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini, onun evinə məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatı olaraq hesablanmış 3110 manat borcun silinməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, “Azəriqaz” İB-nin bölgə üzrə nəzarətçisi ona sayğacın işləməməsini bildirmişdir. O, isə sayğac işləmirsə gətirin sayğacı dəyişin demişdir. Lakin “Azəriqaz” İBnin əməkdaşları ona məlumat vermədən həmçinin onun iştirakı olmadan ona məxsus sayğacı dəyişmişlər və ona 3110 manat sayğacı işləmədiyi üçün cərimə hesablanmışdır. Onun sayğacı çox uzun müddər əvvəl təxminən 2013-cü ildə quraşdırılmışdır. O sayğacdan istifadə edərkən heç bir müdaxilə etməmişdir. Həmçinin ona sayğaca laborotoriyada baxış keçiriləcəyi barədə heç bir şifahi məlumat verilməmiş və rəsmi bildiriş təqdim edilməmişdir. O, mart və aprel aylarında qazdan istifadəyə görə “Azəriqaz” İB-nə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X6 çıxış edərək, iddianı qəbul etmədiklərini, İddiaçı məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatına görə ziyan məbləğinin qanuna uyğun yazıldığını və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının 3110.40 manat borcu var. Sayğacda qüsur olub, son 2 ay müddətində abonent sayğacdan keçməyən qazdan istifadə etmişdir. Sayğac 5-6 il əvvəl quraşdırılmış və istismar müddəti bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o nəzarətçinin köməkçisidir. xx.xx.2016-cı il tarixdən Azəriqazda işləyir. Şəmkir rayonu Düzqışlaq kəndində təxminən 2017-ci ildən işləyir. O, İddiaçı məxsus evə quraşdırılmış qaz sayğacına mütamadi olaraq hər ay yoxlamış və qazdan istifadəyə görə ona hesablama aparmışdır. 2023-cü ilin Fevral və Mart ayının bildirişləri vurularkən İddiaçı aid sayğacda hər şey qaydasında olmuş və sayğac aylıq sərfiyyatı qeydə almışdır. Lakin 2023-cü ilin Aprel ayında abonentin sayğacına aylıq sərfiyatı qeydə alan zaman, sayağacın işləmədiyini və aylıq sərfiyatı qeydə almadığı görmüşdür. Buna görə də ev sahibinin həmin evdə qalıb-qalmamasını soruşmuş, İddiaçı həmin evdə qalmasını bildirmişdir. Həmin vaxt o, İddiaçı evdə olan qaz işlədicilərini işə salmasını istəmiş, Rahib qazı yandırsada sərfiyyatın sayğacda qeydə alınmamasını görmüşdür. O daha sonra bu haqqda nəzarətçiyə məlumat vermişdir. Akt yazılıb sayğac çıxarılarkən və yenisi ilə əvəz edilərkən evə baxış keçirmələri mümkün olmamışdır. Belə ki, həmin zaman evin qapısı bağlı olmuşdur. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini, şahidi dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş, qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB Düzqışlaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 03 may 2023-cü il tarixli 14-2-2/3-5-4783/Q001 №-li Aktına əsasən G-4 markalı 10341296 №-li sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib, daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır.6x24x180=25920m3.Cəmi: 25920m3. İşdə olan abonentin (**********05080) saldosundan görünür ki, İddiaçı 2023-cü ilin akt üzrə 3110.40 manat borcu hesablanmışdır. İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-4783/Q001 saylı aktın surətindən görünür ki, 10341296 nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Qüsura görə nəticə qaz itkisi, müdaxilə. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X3 X7 İdarəsinin nümayəndələri İddiaçı məxsus Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4 markalı 10341296 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş və yerinə Zenner G-4 markalı **********7 nömrəli qaz sayğacı quraşdırılmış, bundan sonra xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması müəyyən edilmiş, bundan sonra “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən fərdi yaşayı evinin qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 25920m3 itirilmiş qaz sərfiyatına görə 3110.40 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Həmçinin məhkəmə iclasında şahid ifadəsi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus evə quraşdırılmış qaz sayğacına mütamadi olaraq hər ay cavabdeh “Azəriqaz” İBnin əməkdaşları tərəfindən baxış keçirilmiş və qazdan istifadəyə görə aylıq hesabat aparılmış, 2023-cü ilin aprel ayınadək qaz sayğacı aylıq sərfiyyat qeydə almış və İddiaçı aid sayğacda hər şey qaydasında olmuş və sayğac aylıq sərfiyyatı qeydə almışdır. Lakin 2023-cü ilin aprel ayında abonentin sayğacına nəzarətçi tərəfindən növbəti baxış keçirilərkən qazdan mart ayı üzrə istifadəyə görə sayğacın sərfiyyatı qeydə almaması, sayağacın işləməməsi aşkar edilmiş, sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, sayğacın iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırılmış və müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış həmin qüsurun yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri ilə istifadə etməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac iddiaçı olan abonent tərəfindən quraşdırılmamış və üzəri möhürlənməmişdir. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ASC-nin aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, abonentin evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunması və qaz sərfiyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının sayğaca müdaxilə edərək qazdan istifadə etməsini cavabdeh sübut edə bilməmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-2.-cü bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin “Qazdan istifadə Qaydalarının 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5- 1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin “Qazdan istifadə Qaydalarının 3.1.10.-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Həmin “Qazdan istifadə Qaydalarının 3.1.11.-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Məhkəmə qaz paylayıcısına vurulmuş zərərin məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın qeyd edilən tələbinə əsasən, sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olmadıqda qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə məişət abonentlərinə münasibətdə sutkanın on iki saat nəzərə alınmaqla hesablama aparmalı, həmçinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı olan cavabdeh tərəfindən qaz sayğacına sonuncu dəfə 2023-cü ilin mart ayında baxış keçirilərək fevral ayı üçün aylıq sərfiyyatın qeydə almasına və həmin vaxt sayğacın işləməsinə, növbəti ay 2023-cü ilin aparel ayının əvvəlində qaz sayğacının mart ayı üzrə sərfiyatı qeydə alınmamasının cavabdehin əməkdaşları tərəfindən aşkar edilməsinə və xx.xx.2023-cü il tarixdə sayğacın yenisi ilə əvəz edilməsinə, habelə məişət abonentinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesabat aparmalı olmasına əhəmiyyət verilməmiş, nəticədə qaz işlədicilərin iş rejimini 24 saat, hesabat müddətini 180 gün müəyyən edərək (6x24x180=25920m3) hesabat aparmaqda haqlı olmamışdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halların məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla, iş üzrə tərəflərin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair müəyyən edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, abonentin hər aylıq ödənişləri, 2023-cü ilin mart ayının qaz sərfiyatının və aprel ayının qaz sərfiyyatının sayğac tərəfindən qeydə alınmamasını, habelə iddiaçının məişət abonenti olduğundan qaz işlədicilərin iş rejimi sutkanın on iki saatı və hesabat müddəti 60 gün nəzərə alınmaqla 0.8x12x60=4320m3 olmaqla cəmi 4320m3 x 0.12 qəpk =518.40 manat sayğacın işləməməsi nəticəsində istifadə edilmiş qazın dəyəri abonentdən tutulmalı, artıq hesablanmış 2592 manat hissəsində hesablanmış borc abonent İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Odur ki, iddianın təin edilən hissəsinin qiyməti 2592 manat olması nəzərə alındıqda, 46 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc abonent İddiaçı (**********05080) hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2587/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2587/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver