Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-259/2023 10.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Bayramov Vüsal Rafik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-0067 kod 50400058 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1952- ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onlara 0.97 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0067 kod 50400058 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ata adı Zeynalabdı kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN-0067 kod 50400058 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etdi. Lakin 23 sentyabr 2022-ci il tarixli **********37 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Tofiq atası, İntizar isə anası, Nailə isə bacısı, Tacəddin qardaşıdır. Ona və ailə üzvlərinə Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onlara 0.97 ha torpaq sahəsi verilmişdir, JN-0067 kod 50400058 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında atasının ata adı Zeynalabdı kimi qeyd edilmişdir, əslində adı Zeynaldı, aralarında həmin əmlakla bağlı və qeyd edilən faktın müəyyən edilməsi ilə bağlı mübahisələri yoxdur. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-0067 kod 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın surətindən görünür ki, Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Ərizəçibdı oğlu, X2, X8, X3, X7 0.97 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir RİHB Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə doğulmuşdur. X1, atası X5r. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.97 ha torpaq sahəsi ümumibirgə mülkiyyətdədir və həmin torpaq sahəsinə dair JN-0067 kod 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” qeydiyyata alınmışdır. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, X8 xx.xx.2006-cı il tarixdə və X2 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Ərizəçi, X2, X8, X3, X7 0.97 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0067 kod 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçinin ata adı Zeynalabdı kimi yazılmışdır. Hazırda ərizəçi dövlət aktında ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə və dövlət qeydiyyatına aldıra bilmir. Həmin sənədin “Ərizəçi’’na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş şəmkir rayon AİK artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçilər olması nəzərə alınaraq, JN-0067 kod 50400058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-259/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-259/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver