Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2604/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, X7 Cəmiyyətinin Qərb RETSİ-nin 250086 saylı, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, Şəmkir rayonunun Xuluf (Keçili) kənd sakini İddiaçı elektrik enerjisindən kənardan müdaxilə etməklə istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş Akta əsasən, yazılmış 2853.35 manat cərimənin (borcun) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslnadırmışdır ki, xx.xx.2022-ci il tarixli, R No:250086 saylı AKT-a əsasən, Qərb X5ı İdarəsinin əməkdaşları, Şəmkir rayonunun Xuluf (Keçili) kəndində yaşayan İddiaçı barəsində yəni ona xx.xx.2022-ci il tarixli, R No-250086 saylı Akt-a əsasən, 2.853.35 manat, cərimə (borc) yazılmışdır. Şəmkir rayonunun Keçili kəndində yaşayan onun və ailə üzvülərinin xəbəri olmadan, hazırda yaşadığı fərdi yaşayış evində, işıq işçiləri tərəfindən gecə vaxtı quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacda heç bir qanun pozuntusu və blombun zədələnməsi, qırılması aşkar edilməmişdir. Lakin, buna baxmayaraq, fərdi yaşayış evinin dam hissəsində 2022-ci ilin yanvar ayında həmkəndlisi usta Şükür tərəfindən təmir işləri aparılan zamanı, külək onların evə gələn xəttin qırılmasını görmüş, onların xəbəri olmadan həmin xəttə digər kabel bağlayıb, evin dam hissəsində gördüyü işi tamamlamış və sonra çıxıb getmişdir. Hətta bir gün elektrik xəttindən sayğacdan kənar istifadəyə görə, Azərişığın Şəmkir rayon işıq idarəsinin sahə rəisinə 30 manat ödənilmişdir. O uzun müddətdir ki, ailə üzvülərilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə onun xəbəri və iştirakı olmadan ona qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında R No-250086 nömrəli Akt tərtib edilmişdir. Həmin Akta əsasən, guya o, elektrik sayğacından kənar, elektrik naqili vasitəsilə fərdi yaşayış evində istifadə etmişdir. Ona görə də elektrik enerjisi düzgün qeyd olunmur. Lakin, bu belə deyildir, sayğacdan kənar heç bir kənar xətlər vasitəsilə fərdi yaşayış evində də istifadə edilməmişdir. O, 25 ildir ki, həmin evdə yaşayır, heç vaxt sayğacdan kənar müdaxilə etməmişdir, heç vaxt o, sayğaca da müdaxilə etməmiş, kiminsə kənardan elektrik xəttindən də heç vaxt sayğacdan ayırıb, başqa yerdən istifadə etməsini görməmiş, buna da ehtiyac yoxdur. Lakin, fərdi yaşayış evində usta işləyən zamanı, işin yarımçıq qalmaması üçün küləyin qırdığı xətti müvəqqəti sayğacdan kənar bağlamış, işini qurtarandan sonra onlara deməyib çıxıb getmişdir. Həmin xəttdən onlar elektrik enerjisi kimi sayğacdan kənar istifadə etməmişdir. Buna baxmayaraq, həmin işıq işçiləri xəbəri olmadan, ona qarşı əsassız olaraq məlum aktı tərtib etmişdirlər. Lakin, buna baxmayaraq, ondan 2.853.35 manat cərimə pulunu istəyirlər. İşıq nəzarətçisi ona bildirib ki, həmin Akta görə 2.853.35 manat cərimə borcu vardır, ödəməsə işığını kəsəcəklər. Hesab edir ki, həmin Akt ədalətsiz,əsassız və qanunsuzdur. (Cərimə tədbiq edilən Akt-ın surətini xx.xx.2023-cü il tarixdə evinə verilmişdir.) Belə ki, xx.xx.2022ci ildə Qərb X5 İdarəsinin əməkdaşları Şəmkir rayonunun Keçili kəndində işıq pulu yazan sayğacları yoxlayarkən, onun da evinə gəlib, sayğaca baxış keçiriblər, sayğacda heç bir qüsur tapılmayıb, sayğacdan kənar istifadəsiz xətt aşkarlanıb, 2015-ci ildən bu günə kimi yaşadıqları bütün elektrik enerjisinin qiymətini hesablayıb, həmin əməkdaşlar əsassız, qanunsuz, olaraq,olaraq 2.853.35 manat cərimə yazmaqla hazırki Aktı tərtib ediblər. O işıq işçilərinə vicdanlı vətəndaş kimi işıq pulunu vaxtlı-vaxtında ödəniş etdiyini,xəbəri olan xətddən istifadə etmədiyini bildirsə də buna məhəl qoyulmadı, işığı kəsmək istədilər və qanunsuz, əsassız AKT-a əsasən cərimənin ödənilməsini tələb edirlər. Hesab edir ki, həmin Akt əsassızdır, qərəzlidir və qanunsuzdur ona görə də ləğv edilməlidir. Ondan qanunsuz cərimə tələb etmələri ilə əlaqədar X9 bölgəsi üzrə X5 və Satış İdarəsinin rəhbərliyinə məlumat verdilər. Həmin idarənin mütəxəssisi gəlib, sayğacdan kənar xəttə baxış keçirdilər, həmin xəttdən istifadə olunmasını yoxladılar. Yoxlama zamanı, onun fərdi yaşayış evinə dam hissəsindən asılmış istifadə olunmadığı aşkar edilmiş, **********5 nömrəli sayğacda heç bir qüsur olunmadığı, sxemin isə normal işlədiyi göstərilmişdir. Həmin əməkdaşlara təbii fəlakət nəticəsində fərdi yaşayış evinə gedən xətdən bir neçə saatlığa təmir işi aparan usta tərəfindən bağlanmış naqilin enerjidən istifadəyə görə hətta bir günlük elektrikdən istifadəyə görə sahə rəisinə 30 manat ödəniş edildiyini nəzərə almalarını xahiş etsə də, buna baxmayaraq, ondan tələb edilən qanunsuz yazılan cərimə silinməmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o prokat mağar verir. O 1997-ci ildən bu işlə məşğul olur. O hər il nəzarətçilərə pul verib 1 aylıq mağarları təmir etmək üçün əlavə xətt alır. "xxxx" ASC-nin əməkdaşı Kəmalə xanım, Sərxan və Kamil adlı şəxslər onun çayçısında birlikdə çay içmişlər. Həmin vaxt kəndin poçt şöbəsi işləməmiş, Kəmalə ona çayçının elektrik enerjisindən istifadə edilməsinə görə 300 manat borcu olduğunu demiş, Kəmalə Kamilin yanında ona pulu ona verməsini onun özünün ödəyəcəyini demişdir. O da, Kəmaləyə 200 manat pul vermişdir. Daha sonra ona 100 manat borcu qalıb onu da verməsini demiş, o da Kəmaləyə 100 manatı da vermişdir. Lakin uzun müddət çek istəməsinə baxmayaraq ödəniş edib çeki ona verilməmişdir. O daha sonra Kəmaləya əlavə xəttə görə 30 manat pul vermişdir ki, o da ona 1 aylıq icazə versin. Kəmalə Azər adlı mantiyoru onun evinə əlavə xətti qoşmaq üçün göndərmişdir. Azər adlı mantiyor gəlib əlavə xətti qoşmuşdur. Daha sonra o mağarları təmir etməyə başlamışdır. Bundan sonra nəzarətçi Kamil ona əlavə xəttdən istifadə etməsini soruşanda, o ona Kəmalə xanımın xəbəri olmasını demişdir. O isə işini qutardıqdan sonra sökməsini demişdir. O həmin kənar xəttdən 27 gün istifadə etmişdir. Daha sonra "xxxx" ASC-nin əməkdaşları onun yaşıdığı evə kəçilmiş kənar xətti aşkar etmiş, akt tərtib edilmişdir. Borc məbləği yüksək hesablanıb, iddianın təmin edilməsini hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, xx.xx.2018-ci ildə Bakı Azərişıq ASC tərəfindən sayğaca baxış keçirilərkən onda qüsur aşkarlanıb və 443 manat akt yazılıb. İddiaçıya bu günədək 4 dəfə akt yazılıb. İddiaçı kənar xəttdən istifadə edib. Onlar hesablamanı 6 ay üzrə aparmışlar. Hazırda 1700 manat borcu qalıb iddiaçının. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o 2020-ci ilin noyabrın 16-dan Zəyəm qəsəbəsi ərazisində işləyir. 2016-2020-ci illərdə Keçili kəndində işləmişdir. İşilə əlaqədar Kamranı tanıyır. O 2022-ci ildə Kamrana əlavə xətt qoşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 01 il 08 aydır 2022-ci ilin fevral ayından Keçili kəndində nəzarətçi mühəndis işləyir. İddiaçıı tanıyır. Onun ərazisi çox böyükdür təxminən 2000-nə yaxın sayğac mövcuddur. O Kamranın çayçısında olanda ona kənar xəttdən istifadə etməsini və sökməsini bildirmiş, həmin kənar xətt gözlə görünən yerdə olmuşdur. Kamran ona rəhbərliyin məlumatı olmasını bildirmişdir. Lakin o, kənar xətti görməsi haqda rəhbərliyə məlumat verməmişdir. Bundan sonra 18 aprel 2022-ci il tarixdə o, ərazidə olarkən Kəmalə ona zəng vurub və Kamranın əlavə xəttdən istifadə etdiyini aşkar etdiklərini və ona aktı imzalamasını demişdir. Əlavə olaraq bildirir ki, o Kamranın evində akt yazılmamışdan 2-3 gün əvvəl kənar xətt görmüşdür və Kamrana kənar xətti sökməsini bildirmişdir. Kənar xətt gözlə görülən yerdə olmuş, sayğacdan gələn xəttən götürülmüş və təxminən insan boyu hündürlüyündə olmuşdur. O, əvvəlki aylarda Kamranın evində əlavə xətt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O, Azərişıq ASC-də 5 ildir ki, hazırkı vəzifəsində yəni aparıcı mühəndis işləyir. Azərişıq ASCnin özündə isə 19 ildir işləyir. Qeyd olunan ərzidə isə 2-ildir ki, işləyir. O iddiaçı Kamranın obyektində yemək yemiş və çay içmişdir. Kamranı işlədiyi ərazi ilə bağlı tanımışdır. O Kamrana heç bir əlavə xətt verməmişdir. Əksinə olaraq Kamrana əlavə xəttlə bağlı akt tərtib etmişdir. Kamranın istifadə etdiyi kənar xətt gözlə görülən yerdə olmuş və tərəflərindən müəyyən edilmişdir. Kənar xətt müəyyən edilərkən həmin bölgə üzrə nəzrətçi işləyən Kamil onların yanında olmamış, o həmin vaxt ərazidə olmuş onlar zəng vuraraq onu çağırmışlar. Nəzarətçi Kamil əvvəlcə də həmin kənar xətti görmüş və Kamrana həmin kənar xətti ləğv etməsini bildirmişdir. O, Kamrana əlavə xəttən istifadəyə icazə verməmişdir. Aktın tərtibatçıları arasında oda olmuşdur və akt kənar xəttin ləğvi ilə bağlı yazılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli AKT R 250086 №-li nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Keçili kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı elektrik sayğacından kənar xəttdən istifadə aşkar edilmişdir. İşdə olan abunə haqqından görünür ki, İddiaçı 1906.89 manat borcu var. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, **********00312 saylı abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı elektrik sayğacından kənar xəttdən istifadə aşkar edilmişdir. W=6,16kvt x 24saat x 0,7x180gün=18628 kvt.s. W1=1200 kvt.s x 0,08 manat; W2=600 kvt.s x 0,09 manat; W3=16828 kvt.s x 0,13. Cəmi 2337.64 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Keçili kəndində yaşayır və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. Azərişıq ASC-nin X2 əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən elektrik sayğacından kənar xəttdən istifadəsi aşkar edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli AKT R 250086 №-li akt tərtib edilmiş və abonent tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli AKT R 250086 №-li akt əsasında "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində elektirik xəttindən keçən enerjinin yükü nəzərə alınmaqla W=6,16kvt x 24saat x 0,7x180gün=18628 kvt.s. W1=1200 kvt.s x 0,08 manat; W2=600 kvt.s x 0,09 manat; W3=16828 kvt.s x 0,13. Cəmi 2337.64 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə etməsi gözlə görünən nöqsan olmaqla, xx.xx.2022-ci il tarixli AKT R 250086 №-li akt tərtib olunmamışdan əvvəl abonentin elektrik sayğacına cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş, həmin vaxt gözlə görünən nöqsan aşkar edilməmiş və aylıq sərfiyyat yazılaraq abonentə bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı istehlakçı tərəfindən sayğacdan kənar xəttdən uzun müddət əvvəl istifadə etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşı nöqsanın aşkar olunmasından əvvəl sayğaca baxış keçirərkən gözlə görünən qeyd edilən nöqsanı aşkar edilməməsinə baxmayaraq, aylıq sərfiyyatın dəyəri nəzərə alınmadan 180 gün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarını və abonentin aylıq sərfiyyat məbləği nəzərə alınmaqla altı aylıq dövr nəzərə alınmaqla itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, sayğaca nəzarətçi tərəfindən əvvələr baxış keçirilməsi və bundan sonra qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin aylıq sərfiyyatı əsas götürülməli, son iki ay nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, iki aylıq dövr üçün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 573.20 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 1764.44 manat hissəsi iddiaçının (abonent kodu: **********00312 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1764.44 (bir min yeddi yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində borc məbləği İddiaçı abunə hesabından (abunə kodu: **********00312 olan) silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2604/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2604/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver