Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2623/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 noyabr 2019-cu il tarixli 4Ə- 2574 reyestr nömrəli alqı satqı müqaviləsinin, 05 noyabr 2021-ci il tarixli 4Ə-1813 reyestr saylı alqı-satqı müqaviləsinin, 05 noyabr 2021-ci il tarixli, 4Ə-1812 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilələr əsasında tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışın ləğv olunmasına, iddiaçılar X2, X3, X1 mərhum Gürzalı Alyarovdan miras qalmış, Şəmkir rayonunun Ələsgərli kəndində yerləşən 8.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsə tanınmasına dair qətnamə xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi iddiaçının nümayəndəsi kimi qeyd edilmiş Nümayəndə tərəfindən imzalanmış, Lakin iddia ərizəsinə onun səlahiyyətini təsdiq edəcək etibarnamə əlavə edilməmişdir. Buna görə də iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İddia ərizəsinin mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2623/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2623/2023
07.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver