Məhkəmə qərarları › İş №2(076)-2625/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2625/2023

06.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2625/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi (vəkil) X2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və HDQH DƏDR-dən çıxarışın ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və HDQH DƏDR-dən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bacısıdır. Cavabdehin təşkilatçılığı ilə mərhum anası X9, Şəmkir Rayon Məhkəməsində cavabdeh olaraq ona və üçüncü şəxslər ARƏMDKY DƏDRX-nin 11 saylı Şəmkir İdarəsinə və Şəmkir rayon 2 saylı Notariat Kontoruna qarşı iddia qaldıraraq Şəmkir rayon 2 saylı Notariat X1 ilə onun, yəni İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 4Ə-01-73 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,03 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı HDQH DƏDR-dən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Şəmkir rayon 2 saylı Notariat X1 ilə onun, yəni İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 4Ə-01-73 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etirasız hesab edilmiş və həmin müqavilə əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,03 ha həyətyanı torpaq sahəsi üzərindəki İddiaçı mülkiyyət hüququna dair xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı HDQH DƏDR-dən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Onun tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)2265/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin qətnamən Gəncə Apellyasiya Məhkəməsi Mulki Kollegiyasının xx.xx.2022-cı il tarixli, 2(204) 1860/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Şəmkir rayon Məhkəməsının xx.xx.2016-cı il tarixli 2(076) 2265/2016 saylı qətnaməsi ləğv edilmiş, Çəmən Zeynalovanın iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(204)-1860/2022 saylı qətnaməsindən iddiaçı X4 hüquqi varisi Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü tarixli, 2(102)-833/2023 saylı qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasıya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(204)-1860/2022 sayli qətnaməsi dəyişdirilmədən qüvvəsinə saxlanılmışdır. Onun Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsinin icrasında dönüş edilməsi və əmlakın qətnamə çıxarılmasından əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1860/2022 saylı qərardadı ilə təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(204)-1860/2022 saylı qətnaməsi ilə ləğv edildiyindən icrada dönüş edilərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,03 ha həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququna dair verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi qərara alınmış və icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətininin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ünvanına göndərilmiş, qərardad icra olunmuş, hazırda mübahisəli mülkün hüquqi vəziyyəti 11 saylı Ərazi İdarəsinin nümayəndəmə xx.xx.2023-cü il tarixli arayışına əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evi Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4ə-648 reyestr nömrəli bağışlama müqaviləsi əsasında bütövlükdə Cavabdeh1 adına özgəninkiləşdirilərək Cavabdeh1 həmin mülk üzərində tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli ********** qeydiyat nömrəli reyestrdən çıxarışın tərtib edilməsi bildirilmişdir. Hazırkı vəziyətdə mərhum anam-X6 məxsus olmuş, ünvan 2 ünvanda yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 bağışlanmasına əsas olmuş, anasının həmin ev üzərində mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli X10 Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1860/2022 saylı qərardadı ilə icrada dönüş qaydasında ləğv edildiyindən həmin evin mərhum anası Çəmən Zeynalova tərəfindən Cavabdeh1 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4ə-648 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi bağlandığı andan etibarsız olmuşdur, həmin bağışlama müqaviləsi əsasında mülk üzərində bütövlükdə Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış da ləğv edilməlidir. ünvan 2 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinin mərhum X3 Cavabdeh1 bağışlanmasına dair Şəmkir rayon 1 saylı notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4ə-648 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında mübahisəli mülk üzərində Cavabdeh1 tam mülkiyət hüququna dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, həmin mülkün əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin və Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili X8 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, mərhum anası X9 xx.xx.2018-ci il tarixli, 4Ə-648 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixli, **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.03 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evini ona bağışlamışdır. Hesab edir ki, həmin əmlak qanuni əsaslarla onun mülkiyyətinə verilmişdir. Ona görə də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmaısnı xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 4Ə-648 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmasına dair notariat işinin təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixli, **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.03 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1860/2022 saylı, 01 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 cavabdeh İddiaçı, Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 06 yanvar 2012-ci il tarixli, **********54-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1860/2022 nömrəli mülki iş üzrə 1 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1860/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)-2265/2016 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli 2(104)-1860/2022 nömrəli qətnaməsi ilə ləğv edildiyindən icrada dönüş edilmiş və Şəmkir rayonu Təzəkənd kəndi E.Rəcəbov küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsinə dair X4 adına verilmiş 01 mart 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən X7 məxsus olmuş ünvan 3 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsini və üzərindəki ümumi sahsi 130.9 kv.m olan fərdi yaşayış evi Şəmkir rayon 1 saylı Notariat Kontorunun 06 aprel 2018-ci il tarixli, 4Ə-648 reyestr nömrəli bağışlama müqaviləsi əsasında bütövlükdə Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə 07 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Beləliklə, araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X9 mülkiyyətində olmuş ünvan 3 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evini 29 dekabr 2011-ci il tarixli,4Ə-01-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı bağışlamış və onun əsasında İddiaçı həmin əmlaka dair 06 yanvar 2012-ci il tarixli, **********54-10301 reyestr nömrəli çıxarış verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)- 2265/2016 saylı qətnaməsi ilə X9 ilə İddiaçı arasında bağlanmış 29 dekabr 2011-ci il tarixli,4Ə-01-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmuş və onun əsasında verilmiş 06 yanvar 2012-ci il tarixli, **********54-10301 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1860/2022 saylı, 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1860/2022 nömrəli mülki iş üzrə 1 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1860/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)-2265/2016 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli 2(104)-1860/2022 nömrəli qətnaməsi ilə ləğv edildiyindən icrada dönüş edilmiş və Şəmkir rayonu Təzəkənd kəndi E.Rəcəbov küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsinə dair X4 adına verilmiş 01 mart 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Ona görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinin mərhum X3 Cavabdeh1 bağışlanmasına dair Şəmkir rayon 1 saylı notariata Kontorunda xx.xx.2018-ci il tarixdə 4ə-648 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında mübahisəli mülk üzərində Cavabdeh1 tam mülkiyət hüququna dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsini, həmin mülkün əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk növbədə əqdin, yəni sözügedən mübahisəli bağışlama müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər, bu səbəbdən də mərhum X4 Cavabdeh1 ilə bağladığı bağışlama müqaviləsi özü özlüyündə əhəmiyyətsiz əqddir. Onun bu əqdi bağlamağa subyektiv hüququ olmamışdır. X11 həmin əmlaka dair bir dəfə sərəncam vermək hüququ olmuşdur, o da 29 dekabr 2011-ci il tarixli,4Ə-01-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı bağışlamış və onun əsasında İddiaçı həmin əmlaka dair 06 yanvar 2012-ci il tarixli, **********54-10301 reyestr nömrəli çıxarış verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsi ilə X9 ilə İddiaçı arasında bağlanmış 29 dekabr 2011-ci il tarixli,4Ə-01-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunaraq, onun əsasında verilmiş 06 yanvar 2012-ci il tarixli, **********54-10301 reyestr nömrəli çıxarış ləğv edilməsi qət edilmiş olsa da, sonradan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1860/2022 saylı, 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(076)-2265/2016 saylı qətnaməsi ləğv edildiyindən, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1860/2022 saylı, 1 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1860/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə icrada dönüş edilərək, Şəmkir rayonu Təzəkənd kəndi E.Rəcəbov küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsinə dair X4 adına verilmiş 01 mart 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edildiyindən iddiaçının isə 29 dekabr 2011-ci il tarixli,4Ə-01-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında verilmiş 06 yanvar 2012-ci il tarixli, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən Şəmkir rayonu Təzəkənd kəndi E.Rəcəbov küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsi iddiaçının müalkiyyətində olduğundan sərəncam hüququnu həyata keçirmək üçün o hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X9 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi özlüyündə etibarsız əqd olduğundan, həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin iddianın mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına və yuxarıda sadalanan Qanunvericilik normalarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinin X3 Cavabdeh1 bağışlanmasına dair Şəmkir rayon 1 saylı notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-648 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2018-ci il tarixdə 4Ə-648 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edildiyindən ünvan 2 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 357- 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinə dair X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 4Ə-648 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar