Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2631/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, X6 İddiaçınun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş təbii qazdan istifadə qaydasının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edir və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. İstifadə etdiyi mavi qazın sərfiyyatını ölçən, zavod nömrəsi ******* olan Elster Zenner markalı qaz sayğacı Azərbaycan Metrologiya İnstitutunun Metrologiya Departamentinin əməkdaşları tərəfindən diafraqma tipli qaz sayğaclarına baxış keçirmək bəhanəsi ilə xx.xx.2023-cü il tarixdə baxış keçirmələri barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli Aktda aparılmış yoxlamanın nəticəsi olaraq qeyd edilmişdir ki, “sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əlimiş və daxili qulaqcıqlarında əzik-cızıq işləri var, sayğac istismara yarasızdır, hesablama mexanizmi keçən qazın sərfini qeydə almır, sayğac açılaraq daxilə baxış keçirildi və sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildi”. Həmin sayğacın cavabdehin əməkdaşları tərəfindən quraşdırıldığı əvvəlki yerindən sökülüb çıxarılarkən oğlu həmin sayğacın telefonla videogörüntüsünün çəkilməsini təklif etdikdə əməkdaşlar ona imkan verməyərək manə olmuşlar. Nəticədə həmin sayğacda əslində heç bir müdaxilənin, kənar təsirlərin olmadığı halda həmin sayğaca onun iştirakı olmadan özləri tərəfindən baxış keçirilərkən aktda qeyd olunan qüsurların aşkar edilməsini qeyd etmişlər. Digər tərəfdən həmin aktda istifadəsində olmuş və dəyişdirdikləri sayğacdan guya qazın keçməsi, ancaq hesablama mexanizmi tərəfindən qeydə alınmamasına görə sayğacın istifadəyə yararsız olması qeyd edilməsinə baxmayaraq, ona təqdim edilmiş qaz sərfiyyatına dair saldoda 2023-cü ilin əvvəlindən evində istifadə etdiyi 3 ədəd deyil, 2 ədəd qaz istifadəsinə dair alətlərinin istifadə etdiyi qazın həcmi və qaz sərfinə görə ödəməli olduğu məbləğ qeyd olunaraq yanvar ayında 26,64 manat, fevral ayında 22,68 manat, mart ayında 17,16 manat, sayğacın dəyişdirildiyi aprel ayında 8,88 manat sayğıcan dəyişdirilməsindən sonra isə guya normal işləyən sayğacın may ayında qeydə aldığı məbləğ isə 4.20 manat, iyun ayında isə 3,60 manat olmuşdur. Həmin saldoda aparılan qeydlər bilavasitə sübut edir ki, əslində dəyişdirilməmiş, sayğac sərf etdiyi qazı normal qeydə almış və istifadəyə tam yararlı olmuşdur, həmin sayğacı dəyişdirmiş əməkdaşlar sayğacda guya aşkar etdikləri qüsurları onun iştirakı olmadan özləri həmin sayğacda yaratmış və əsassız olaraq 2023-cü ilin aprel ayı üçün 3110,40 manat məbləğində borc tərtib etmişlər. Ancaq, bu barədə istehlakçı olaraq heç bir vaxt ona bildirilməmiş, nə də həmin sayğaca onun iştirakı olmadan baxış keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddianın məzmununa uyğun izahat verərək, qazdan istifadəyə görə hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacının istifadə müddəti bitdiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Elster tipli, S-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməsi qeyd edilməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-2787-1 nömrəli akta əsasən ******* nömrəli sayğacdan qaz kecir, hesablama mexanizmi kecən qazın həcmini qeyid etmir . Sayğacın hesablama mexanizminin qoruycu qapağı sınıqdır. İş materiallarında olan Şəmkir rayonu Düyərli kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına akt üzrə 3110,40 manat borc hesablanmışdır. Tərəflər arasında mübahisə G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, qaz sayğacı çıxarılarkən aktda onun sayğacda hər hansı qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X5 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın qaz keçirir, hesablama mexanizmi keçən qazın həzmini qeyd etməməsi, sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağı sınıq olması, sayğac istismara yararsız olması və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu Düyərli kəndi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında İddiaçı adına hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2631/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2631/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver