Məhkəmə qərarları › İş №2(076)-2645/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2645/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2645/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «borcun silinməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Şəmkir Reqional Qİİ-nin ******* nömrəli aktın etibarsız sayılmasına və müvafiq borcun 1569.10 manatın silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh “Azəriqaz” X6 №-0379687 saylı xx.xx.2023-cü il tarixli aktında göstərilir; X2 Qaz sayğaclarına nəzarət komissiyasının aktına əsasən 10330029 nömrəli sayğacın qapağı yan tərəfdən əzilib, qulaqcıqlarında əzik-cızıq izləri olduğundan sayğac yararsız hesab edilir,ona görə də sayğaca müdaxilə edilməsi şübhəsi yaranmışdır. Buna görə də sayğaca müdaxilə edildiyi müəyyən edilməsi şübhəsinə görə 1.569.10 manat cərimə (borc) ödənilsin. Aktın surətini xx.xx.2023-cü ildə aldı. xx.xx.2023-cü il tarixdə Şəmkir XS-nin nümayəndələri tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən guya itirilmiş qazın dəyəri olan 1.569,10 manat məbləğində abonent koduna daxil edilmişdir. Eyni onun adına olan sayğacı dəyişdirilərək, 91.21 qəpik ödənilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Bu barədə X8 İdarəsinin Şəmkir şəhəri,Qaryağdı yaşayış massivi üzrə qaz nəzarətçiləri bildirmişlər. O onlardan soruşanda ki, onun adına olan mexaniki sayğacdan qanusuz istifadə etməmiş və qaz xəttinə müdaxilə edilməmişdir. Qaz sayğacının blombu yerindədir, adını bilmədiyi nəzarətçi dedi ki, ola bilsin, qaz sayğacını dəyişəndə küçədə çəkilən qaz xətti borusunu çəkəndə və ya həmin sayğacı maşına atıb, laboratoriyada yoxlanması üçün aparanda zədələnmişdir. O onlara irad tutdu ki, o nə qaz xəttinə, nə də sayğaca müdaxilə etməmiş, hətta ərizə ilə Şəmkir rayon Reqional İdarənin rəhbərliyinə şikayət etdi. Onlar da ona məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Ona görə də o məhkəməyə müraciət etməli oldu. O hesab edir ki, X8 İdarəsinin əməkdaşlarının hərəkətləri qanunsuzdur, onların tərtib etdiyi Akt etibarsız sayılmalıdır, onun adına yazılmış 1.569.10 manat borc (cərimə) silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi və onun evinə məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatı olaraq hesablanmış 1569.10 manat borcun silinməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, sayğac dəyişdirilərkən o iştirak etməmiş və qaz sayğacına onun tərəfindən heç bir təsir göstərilməmişdir. Onun fərdi yaşayış evində olan sayğac çox uzun müddətdir ki quraşıdırılmışdır. O bağça müəlliməsi olmaqla uzun müddətdir ki, qızı və nəvələri ilə birgə yaşayır. O tək qadın kimi sayğaca heç bir təsir göstərməmişdir. Həmçinin aktda olan imza ona aid olsa da “Azəriqaz” İstehasalat Birliyinin işçiləri ona sayğacında qüsur olmasını bildirməmişlər, ona sayğacın dəyişdirilməsi üçün imza atmalı olması bildirilmişdir. Həmçinin onun fərdi yaşayış evinə məxsus sayğac Azəriqaz” İstehasalat Birliyinin əməkdaşları tərəfindən istismar müddəti bitməsi əsası ilə sökülərkən onun sayğacında hər hansı qüsur olması ona bildirilməmiş, həmçinin ona sayğaca laboratoriyada baxış keçirilməsi ilə bağlı məlumat verilməmiş və sayğaca laboratoriyada baxış keçirilməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə bildirdi ki, sayğac istismar müddəti bitdiyinə görə dəyişdirilmişdir. Lakin laboratoriya müayinəsi zamanı sayğacda qüsur olması aşkar edilmiş və onun əsasında abonentə AKT tərtib edilərək, 1555.20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş, qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-03843-1 saylı aktın surətindən görünür ki, G-4 markalı 10330029 nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Qüsura görə nəticə qaz itkisi, müdaxilə. İşdə olan abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyun ayı daxil olmaqla 1555.20 manat borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 08 dekabr 2022-ci il tarixli 29/1710-03843-1 №-li Aktına əsasən G-4 markalı 10330029 Ne-li sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.6x24x90=12960m3, cəmi: 12960 m3 . Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X5 X7 İdarəsinin nümayəndələri İddiaçı məxsus Şəmkir rayonu, F.Rəhimov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4 markalı 10330029 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixli, ******* saylı nömrəli aktla istismar müddətinin bitməsi səbəbli yenisi ilə əvəz edilməsi üçün çıxarılmış və yerinə Zenner tipli G-4 markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmış, bundan sonra xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması müəyyən edilmiş, bundan sonra “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən fərdi yaşayı evinin qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 12960 m3 itirilmiş qaz sərfiyatına görə 1555.20 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Lakin çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, “Azəriqaz” İstehsalat Birliyinin aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent İddiaçı iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçrilərkən aşçarlanmış qüsurların yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, sayğacın iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırılmış və müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış həmin qüsurun yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri ilə istifadə etməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac iddiaçı olan abonent tərəfindən quraşdırılmamış və üzəri möhürlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istismar müddətini başa vurması və yeni tipli sayğacla əvəz edilməsi əsası ilə dəyişdirilmiş qaz sayğacının sərfiyyatı düzgün hesablamaması və qaz itikisinin baş verməsi abonentin təqsirli hərəkəti kimi qəbul edilməsi əsassızdır. Belə ki, göstərilən sayğacın iddiaçının mülkiyyətində olan ərazidə yox, yolda və əl çatan yerdə quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt onu imzalamış şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonentin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ASC-nin aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, abonentin evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunması və qaz sərfiyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, «Azəriqaz» X3 Saidə Kazım qızı barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1555.20 manat ziyan məbləği İddiaçı abunə hesabından silinməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı oğlu istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Odur ki, 35 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc abonent İddiaçı (**********00000) hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar