Məhkəmə qərarları › İş №2(076)-2646/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2646/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2646/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış 2376 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X3 RQİİ tərəfindən Qeyri - əhali qaz sayğacının 10 yanvar 2023 cü il tarixli ******* saylı AKT tərtib edilərək sayğacı müayinə üçün götürmüşlər. Bir ay sonra xx.xx.2023 cü il tarixdə sayğacı müayinə üçün lazımı quruma göndərmişlər. İki ay sonra xx.xx.2023-cü il tarixdə isə Metrologiya qurumu tərəfindən sayğacın yararsız olması aşkar edilmişdir. Bütün bu zaman ərzində aparılan proseslər barədə istehlakçı olaraq ona heç bir məlumat verilməmiş və onun iştirakı təmin olmadan rəy verilmişdir. Bu isə Azəriqaz tərəfindən tərtib edilmiş Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi qaydalarının 2.1,2.3, 2.4, 2.5 ci bəndlərinin pozulması deməkdir. Nəticədə MS-14-2-2/3-5-1357-44 nömrəli AKT na əsasən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmişdir. Aktda qüsur kimi “mexaniki sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi qeyd edilmişdir. Bu deşilmə nəticəsində isə qaz itkisinin olması göstərilmişdir. Necə olur ki, çıxışda qaz itkisi nəticəsində Azəriqaza zərər dəymiş olur? Barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş AKT qanunsuz və əsassız olduğundan “Azəriqaz” X3 X8 İdarəsinin xidmət sahəsi tərəfindən tələb edilən 2376 manat cərimə borcunun ödənilməsini ondan tələb etməsi əsassızdır, çünki mexaniki sayğaca hər hansı bir müdaxilə olnmamış və dəyişdirildiyi günədək qüsursuz işləmişdir. Əgər qüsur olmuş olsaydı, o zaman vaxtında nəzarətçilərin bundan məlumatı olardı və aidiyyatı qurum tərəfindən bu barədə qüsur aktı tərtib edilmiş olardı. Yaradılan bu kimi hallar Azərbaycan respublikası Prezidentinin Ölkənin neft asıllığından aradan qaldırılması üçün kənd təsərrüfatının inkişafını sürətləndirilməsi, ölkə başçısının yürütdüyü ölkədə ərzaq bolluğunun yaradılması siyasətini, infiliyasiyanın qarşısının alınması üçün məhsul istehsalının artırılması üçün sahibkarlara yaradılmış münbit şəraitə-süni əngəllər kimi qiymətləndirmək olar. Odur ki, ondan tələb edilən məbləğ əslində mütəmadi sayğaclara nəzarət edən əməkdaşlardan alınmalıdır. Çünki, necə ola bilər ki, sayğacda Aktda qeyd edilmiş qüsurlar olsun, lakin onlar bunu görə bilməsinlər. Yaxud qüsur olmuşsa, onlar bu barədə aidiyyatı üzrə nə səbəbə vaxtında məlumat verilməmişlər. Bütün bu kimi hallar, Aktı şübhə altına almırmı? Sayğac qüsursuz işlədiyi üçün, yəni aktda göstərilən qusur sayğacın düzgün işləməsinə maneə yaratmadığından nəzarət edən əməkdaşların qüsur barədə aidiyyatına məlumat verməsinə zərurət olmamışdır. Bu hal Abonentin saldosundakı sayğac göstəriciləri ilə də öz təsdiqini tapmaqdadır (saldodakı sərfiyyat miqdarı müqaisə edildikdə bu öz təsdiqini tapır). Eləcə də labaratoriya şəraitində sayğacın zədələnib-zədələnməməsi araşdırılarkən onun (abonentin) iştirakı təmin olunmamışdır. Əslində sayğacın yenisi ilə əvəz edilməsi zamanı sayğacda gözlə görünən qüsur olmasına şübhə olarsa, o zaman həmin sayğac ayrıca qablaşdırılmalı və möhrlənməli, yoxlanılması üçün aidiyyatı üzrə təhvil verilməli və açılarkəndə onun da iştirakı üçün şərait yaradılmalı idi. Lakin bununla bağlı ona heç bir şifahi və rəsmi məlumat verilməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi təmin edilməli və ona “Azəriqaz” X3 Qaz İstismar İdarəsinin xidmət sahəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarına görə hesablanmış 2376 manat vəsait üzərindən silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sifarişçi İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-6 markalı, 28261475 nömrəli “Qaz sayğacı “X5” məqsədilə Elster tipli, G-6 40383241 nömrəli sayğac ilə müvəqqəti əvəz edilmişdir. Aktda qeyd edilmişdir ki, çıxarılan Elster tipli, G-6 markalı, 28261475 nömrəli qaz sayğacı çıxarılan zaman çıxış borusunun deşik olmaq ehtimalı var. Çıxış qaynaq izləri var. İş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 14-2- 2/3-5-1357-44 nömrəli aktdan görünür ki, G6 markalı mexanika tipli 28261475 nömrəli qaz sayğacına xx.xx.2023-cü ildə baxış keçirilmişdir. Aktda qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil. İş materiallarında olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin abonenti İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il üçün 2376 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “X6” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında çıxış borusunun deşik olmaq ehtimalı olması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2376 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-6 markalı, 28261475 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 2376 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 2376 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X7 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın çıxış plasmas borusunun deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1i ünvanı üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 2376 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar