Məhkəmə qərarları › İş №2(076)-267/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-267/2025

12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-267/2025 12.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (arvadı) X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan xx.xx.2018–ci il tarixdə akt tərtib edərək 768,35 manat, xx.xx.2019–cu il taridə akt tərtib edərək 640,31 manat cərimə yazmışlar. Həmin aktları əsassız hesab edir. Belə ki, o və ya ailə üzvləri sayğaca hər hansı müdaxilə etməmişlər. Eləcə də, cavabdehin əməkdaşları həmin aktları tərtib edərkən onun və ya ailə üzvlərinin iştirakını təmin etməmişdir. Bu hal isə aktların əsassız şəkildə tərtib edilməsinə dəlalət edir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən hesablanmış 1.408,66 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi barədə” əlavə ərizə təqdim edərək, NDM 014113 nömrəli akt əsasında hesablanmış 768,35 manat borcun, NDM 014416 nömrəli akt əsasında hesablanmış 640,31 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (arvadı) X5 iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, onlar ailəliklə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları onları məlumatlandırmadan xx.xx.2018–ci il tarixdə və xx.xx.2019–cu il tarixdə iddiaçıya məxsus sayğaca baxış keçirmiş və guya iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə aktlar tərtib etmişlər. Eləcə də, həmin aktlar əsasında təmsil etdiyi şəxsə borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, təmsil etdiyi şəxs istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları aktları tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən iddiaçını və ya digər ailə üzvlərini dəvət etməmiş, sayğaca onların iştirakı olmadan baxış keçirərək qanunsuz aktlar tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, habelə barəsində əsassız aktlar tərtib edilərək, ona borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac iddiaçının evinin daxilində deyil, küçədə yerləşir. Belə olan halda, onun aşikar vəziyyətdə sayğaca müdaxilə etməsi ağlabatan sayıla bilməz. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan hesablanmış borcun ödənilməsini tələb edir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018–ci il tarixli NDM 014113 nömrəli akt əsasında hesablanmış 768,35 manat borcun, xx.xx.2019–cu il tarixli NDM 014416 nömrəli akt əsasında hesablanmış 640,31 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018–ci il tarixli NDM 014113 saylı aktdan görünür ki, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın sxemindən kənar xətt daxil olması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli NDM 014416 saylı aktdan görünür ki, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın xüsusi açar vasitəsilə dayandırılması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan abunə haqqından görünür ki, iddiaçının EİQ pozulması nəticəsində xx.xx.2018–ci il tarixə 768,35 manat, xx.xx.2019–cu il tarixə 640,31 manat borcu yaranmışdır. İşdə olan X3 xx.xx.2024–cü il tarixli 762 saylı məktubundan görünür ki, İddiaçı müraciəti əsasında Şəmkir EŞ–nin əməkdaşları tərəfindən Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, məlum olmuşdur ki, **********00744 saylı abonent kodu və **********62 saylı sayğac göstərilən ünvanda yerləşir və şəbəkənin komputer bazasında abonentin ata adı səhv olaraq “Zaman” kimi qeyd edilmişdir. İşdə olan Şəmkir RİHB–nın Mahmudlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 368 saylı arayışdan görünür ki, İddiaçı məxsus abonent kodu **********62 olan işıq sayğacında vətəndaşın ata adı səhvən “Zaman” kimi göstərilmişdir. İşdə olan və "xxxx" ASC–nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İddiaçı fərdi yaşayış evi üçün sayğac quraşdırılarkən ETAİS informasiya məlumat satış bazasına abunə kodu işlənən vaxt atasının adı mexaniki olaraq səhvən “Zaman” kimi qeyd edilmişdir. Tərəflər arasında göstərilən məsələ ilə bağlı heç bir mübahisə baş verməmişdir. İddiaçı yaxud İddiaçı Zaman oğlu eyni şəxsdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin sayğac quraşdırılarkən ETAİS informasiya məlumat satış bazasına abunə kodu işlənən vaxt iddiaçının atasının adı mexaniki olaraq səhvən “Zaman” kimi qeyd edilsə də, tərəflər arasında göstərilən məsələ ilə bağlı heç bir mübahisə baş verməmiş, İddiaçı ilə İddiaçı Zaman oğlunun eyni şəxs olması müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda xx.xx.2018–ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı NDM 014113 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 768,35 manat borc hesablanmışdır. Eləcə də, iddiaçının yaşadığı ünvanda xx.xx.2019–cu il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın xüsusi açar vasitəsilə dayandırılması müəyyən olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı NDM 014416 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 640,31 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonunu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Elektroenergetika haqqında qanunun 19.16–cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, kənar xətdən istifadə etməsi, habelə elektrik enerjisinin sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də aktlar əsasında iddiaçıya "xxxx" ASC–nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə iddiaçının tələbi ilə bağlı həmçinin qeyd edir ki, Şəmkir rayonu Mahmudlu kəndində tərtib edilmiş NDM 014113 nömrəli və NDM 014416 nömrəli aktlar tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, aktlar tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17–2–ci maddəsinin tələblərinə uyğun olaraq istehlakçının iştirakı təmin olunmamış, istehlakçının aktı imzalamaqdan imtina edib–etməməsi bu barədə aktda müvafiq qeyd aparılmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq aktlar tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi, kənar xətdən istifadə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən aktlar tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Həmçinin, yoxlama zamanı istehlakçının iştirakının təmin olunması müəyyən edilməmiş, habelə, cavabdehin əməkdaşı tərəfindən tərtib edilmiş aktların qanuna uyğun olması barədə mötəbər sübut təqdim edilməmişdir. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə tərtib edilmiş xx.xx.2018–ci il tarixli NDM 014113 nömrəli akt əsasında hesablanmış 768,35 manat borc və xx.xx.2019–cu il tarixli NDM 014416 nömrəli akt əsasında hesablanmış 640,31 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2018–ci il tarixli NDM 014113 nömrəli akt əsasında hesablanmış 768,35 (yeddi yüz altmış səkkiz manat otuz beş qəpik) manat borc və xx.xx.2019–cu il tarixli NDM 014416 nömrəli akt əsasında hesablanmış 640,31 (altı yüz qırx manat otuz bir qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar