Məhkəmə qərarları › İş №2(076)-2676/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2676/2023

18.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2676/2023 18.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2016-cı il tarixli 4Ə-636 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə yazılı vəsatət təqdim edərək bildirdi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindəki çıxarışdan görünür ki, etibarnaməyə xx.xx.2023-cü ildə xitam verilmiş, iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 260, 263-264, 267- 268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar