Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2688/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1540 (bir min beş yüz qırx) manat məbləğində borcun silinməsi və 30+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adına hesablanmış 1555,20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 03 mart 2023-cü il tarixində istifadəmdə olan qaz sayğacının qapağının yan tərəfdən əzilməsi müəyyən olunmuş və onun iştirakı təmin olunmadan akt tərtib olunmuş və həmin akt əsasında ona 1540 manat cərimə hesablanmışdır. Əsas olaraq göstərmişdirlər ki, guya onun tərəfindən sayğaca müdaxilə olunub. Lakin sayğac küçədə yerləşir və nəzarətçi həmin sayğaca istədiyi vaxt nəzarət edə bilir. 3 ildən çoxdur ki, sayğacdan problemsiz istifadə edir. Hər gün istifadəsində olan sayğaca nəzarət edir. Bir gün sayğacın işləmədiyini görmüş. Dərhal da aidiyyatı üzrə məlumat vermişdir. Bundan sonra komissiya gəlmiş, sayğaca texniki baxış keçirilmişdir. Məlum olmuşdur ki, sayğac işləmir. Dərhal sayğacı dəyişmişlər. Ona isə 1540 manat cərimə yazmışlar. Sayğacın təhlükəsizlik blompları üzərində olub. Blomplar onun iştirakı ilə açılıb və sayğaca daxil olan borudan çoxlu sayda xırda dəmir qırıntıları- boru pasları tökülmüşdür. Hesab edir ki, o, heç birqayda pozuntusu törətmədiyi halda, sayğacda yaranmış nasazlığa görə o məsuliyyət daşımamalıdır. Məhkəmə iclasında iddiaçının vəkili X3 iddianın məzmununa uyğun izahat verərək, Şəmkir rayonu Aşağı Seyfəli kəndində istifadəyə görə İddiaçı adına hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkilin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 486 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********6 nömrəli qaz sayğacın yararlı əvəzetmə səbəbindən yeni Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Zenner tipli, G-4 markalı, **********6 nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməsi qeyd edilməmişdir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması” barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2-13-5-3112-1 nömrəli aktın surətindən görünür ki, Zenner tipli, G-4 markalı, **********6 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, sayğacın hesablama mexanizmini qoruyan şüşənin üzərinə vurulan zavod plastmas plomblarının və plomb yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2-13-5-3112-1 nömrəli akta əsasən **********6 nömrəli sayğacın hesablama mexanizmini qoruyan şüşənin üzərinə vurulan zavod plastmas plastmas plomblarının və plomb yuvasının ətrafında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, İddiaçı adına olan ünvan 1 ünvanından çıxarılmış G-4 markalı **********6 nömrəli sayğacda MSK - 14-2-2/3-5-3212-1 nömrəli xx.xx.2023-cü il tarixli akt aşkar edilmiş qüsur nəticəsində yaranmış qaz itkisinin əvəzinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən bərpa edilməsi qeyd olunmuşdur. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “yararlı əvəzetmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsur aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama müxanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod palstmas plomblarının və plomb yuvasının ətrafında əzik-cızıq izləri var. Buna görə, itirilmiş qazın 4387 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, **********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, qaz sayğacı çıxarılarkən aktda onun sayğacda hər hansı qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsədə, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın sayğacın hesablama müxanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod palstmas plomblarının və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat iyirmi qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2688/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2688/2023
12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver