Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2698/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair DƏDRX-dən Çıxarışın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair DƏDRX-dən Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 keçmiş əri, Cavabdeh2 isə qaynıdır. Cavabdeh1 ilə nikahlarını xx.xx.2009-cu ildə Şəmkir rayonu Düyərli kəndi üzrə İƏD-də 48 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Gülmira, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə cavabdehlə faktiki olaraq ayrılmışlar. İddiası əsasında nikahları Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2628/2021 saylı qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri, cavabdehin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair Şəmkir rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddiası Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsi ilə təmin edilərək, ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarış əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.11 2022-ci il tarixli 2(104)-2631/2022 saylı qətnaməsi ilə təmin edilməmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 1541/2022 saylı saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2631/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1230/2023 saylı qərarı ilə təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2631/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1230/2023 saylı qərarını icra olunması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həmin qərarı təqim edərkən cavabdehin əməkdaşları Cavabdeh1 tərəfindən həmin həyətyanı torpaq sahəsinin Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, yəni iddiası üzrə mülki işin Şəmkir rayon Məhkəməsinin icraatında olduğu zaman 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsi əsasında qardaşı Cavabdeh2 bağışlamışdır. Nəticədə Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış, Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Deməli, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi üzrə aralarında pay tələbinə dair iddiası üzrə məhkəmə mübahisəsi olduğunu bilməsinə baxmayaraq, həmin torpaq sahəsi üzərində məhkəmə tərəfindən həbsin qoyulmamasından sui-istifadə edərək məlum bağışlama müqaviləsini bağlayaraq torpaq üzərində mülkiyyət hüququnu özgəninkiləşdirməklə, həmin torpaqdan ona çatası paydan onu məhrum etməyə çalışmışdır. Ona görə cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.20238-cü il tarixli ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur. Odur ki, cavabdeh, Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmış, Şəmkir, rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 Cavabdeh2 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Şəmkir rayon 1 saylı Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələri hər hansı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 və İddiaçı nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci ildə 238 nömrəli akt qeydi ilə Şəmkir Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmış və nikah pozulduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 13 sentyabr 2010-cu ildə X3, 25 iyul 2013-cü ildə X4 və 08 mart 2012-ci ildə X5 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 1541/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı 1/2 hissədə müəyyən edilməsi qət edilmiş, həmçinin həmin qətnamə ilə X2 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri vəsait hesabına xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsini Düyərli Bələdiyyəsindən satın aldığı, həmin torpaq sahəsinin Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Cavabdeh1 adına qeydə alındığı müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2631/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1230/2023 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2631/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4Ə-528 saylı reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, **********88 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus 0.1095 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2- 4107/2023 saylı məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsində götərilən **********88 reyestr nömrəli “Çıxarış”da qeyd olunan 0.1095 ha torpaq sahəsini Cavabdeh1, Şəmkir rayonu 1 saylı notariat ofisində bağlanılan xx.xx.2023-cü il tarixli, 4Ə-528 saylı bağışlama müqaviləsi ilə Cavabdeh2 bağışlamış və nəticədə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli “Çıxarış” verilmişdir. Bu səbəbdən də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1541/2022 nömrəli qətnaməsinin icrası mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X2 xx.xx.2009-cu ildə nikahlarını Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Gülmira, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqları anadan olmuşdur. X2 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri vəsait hesabına xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsini Düyərli Bələdiyyəsindən satın almışlar, həmin torpaq sahəsinin Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh1 adına qeyd edilmişdir. Cavabdeh1 ilə X2 arasında olan nikah 19 oktyabr 2021-ci ildə pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsi ilə Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı 1/2 hissədə müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2631/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1230/2023 saylı qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2631/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsini 25 aprel 2023-cü il tarixdə 4Ə- 528 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmış, Şəmkir, rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 Cavabdeh2 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə qiymət verilməsi üçün aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, mübahisəli əmlak iddiaçı X1 razılığı olmadan cavabdehlər arasında özgəninkiləşdirmə əqdi sayılan bağışlamanın predmeti olmuşdur. Həyətyanı torpaq sahəsinin iddiaçı Müjgan İsmayılova ilə Cavabdeh1 birgə nikahı zamanı əldə olunduğunu nəzərə alsaq, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Ailə Məcəlləsinin 32-ci maddələrinin tələbinə görə həmin torpaq sahəsi onların ümumi birgə mülkiyyəti sayılırdı və yenə də Mülki Məcəllənin 225.6-cı və 667.1-ci, Ailə Məcəlləsinin isə 33.1, 33.3 və 33.4-cü maddələrinin tələbinə görə belə ümumi birgə mülkiyyəti arvadın notarial qaydada təsdiqlənmiş razılığı olmadan ərin bağışlaması yolverilməz idi. Əlavə olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama real müqavilədir və yalnız hədiyyə alanın hədiyyəni faktiki olaraq qəbul etdiyi halda bağlanmış sayılır. Araşdırılmış sübutlardan isə görünür ki, cavabdehlər arasındakı bağışlama müqaviləsi formal olaraq, görüntü naminə sadəcə olaraq rəsmiləşdirilmiş, bağışlanılmış torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 faktiki sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı cavabdehlər heç bir sübut təqdim etməmişlər. Bu isə onu təsdiq edir ki, cavabdehlər arasındakı bağışlama real olaraq baş tutmamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmənin fikrinə görə, bütün bu sadalanan halların hamısı mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığını təsdiq edir və bu barədə iddia təmin olunmalıdır. Bundan başqa, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə “əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”. Göründüyü kimi, mülki qanunvericilik “iradəni” əqdin zəruri elementlərindən biri kimi nəzərdə tutmuşdur. İradə əqd tərəfinin əqd bağlayan zaman məqsədini, arzusunu, bu məqsəd və arzuya çatmaq üçün öz əqli və fiziki imkanlarını heç bir kənar təsir olmadan könüllü olaraq istiqamətləndirməsini nəzərdə tutan mülki-hüquqi kateqoriyadır. Hazırki mübahisə üzrə “bağışlama” əqdinə münasibətdə X1 “iradə ifadəsi” onu nəzərdə tutur ki, Müjgan İsmayılova əri Cavabdeh1 nikah dövründə əldə etdikləri əmlakın onun payına düşən hissəsini digər cavabdeh olan Cavabdeh2 bağışlamasına razı olmalı və könüllü olaraq bu razılığını ifadə etməli idi. Lakin, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə X1 Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsində ½ hissədə payı müəyyən edilmiş, Cavabdeh1 isə Cavabdeh2 25 aprel 2023-cü il tarixdə mübahisəli torpaq sahəsini bağışlamışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi haqqında bağışlama müqaviləsi bağlanarkən müqavilənin predmeti olan torpaq sahəsinin ½ hissəsi üzərində məhkəmə qərarı ilə Müjgan İsmayılovanın payı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, həmin müqavilə X1 1/2 hissədə payına aid hissədə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2023cü il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsi müqavilə torpaq sahəsinin X1 1/2 hissədə payına aid hissədə etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də qismən təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış torpaq sahəsinin X1 1/2 hissədə payına aid hissədə ləğv edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına və yuxarıda sadalanan Qanunvericilik normalarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 Cavabdeh2 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsi torpaq sahəsinin X1 1/2 hissədə payına aid hissədə etibarsız hesab edilməli, xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsi qismən etibarsız hesab edildiyindən Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarış torpaq sahəsinin X1 1/2 hissədə payına aid hissədə ləğv edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şəmkir, rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə, 4ə- 528 saylı reyestr nömrəli bağışlama müqaviləsi X1 payına aid hissədə (1/2 hissədə) etibarsız hesab edilsin. Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli çıxarış X1 payına aid hissədə (1/2 hissədə) ləğv edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2698/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2698/2023
07.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver