Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2712/2023 04.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 torpaq sahəsinin faktiki istifadədə olması faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Alıyev X1 rayonu Ağlavaşlı kndində yerləşən JN- 048F kod 504-08018 saylı torpaq sahəsinin 1992-ci il tarixdən onların istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçilər ərizələrində torpaq sahəsinin JN-048 Kod 50408018 nömrəli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcud olmasını və qardaşı X2 adının qeyd edilməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Göründüyü kimi ərizəçi ərizəsində torpaq sahəsinin qardaşının adına qeyd edilməsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmasını qeyd etmişdir. Hüquqi əhəmiyyətli faktın təsdiqi isə yalnız özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxsin həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olduğu halda və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmadığı halda mümkündür. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması və ya qeydə alınmış hüquqmüəyyənedici sənəddə hər hansı dəyişikliyin aparılması məhkəmələrin yox, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinin səlahiyyətlərinə aiddir. Belə olan halda ərizəçi ilk növbədə hüquq müəyyənedici sənədi vermiş orqana sənəddə düzəliş edilməsi barədə müraciət etməlidir. Beləliklə, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, ərizəçiyə hüquq müəyyənedici sənəddəki yanlışlığa düzəliş edilməsi üçün həmin orqana müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 torpaq sahəsinin faktiki istifadədə olması barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə hüquq müəyyənedici sənəddəki yanlışlığa düzəliş edilməsi üçün həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2712/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2712/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver