Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2726/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 3119 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X2 ünvan 1ində özünə məxsus evdə vəfat edənə qədər yəni, 2015-ci ilədək yaşamışdır. Anasının vəfatından sonra həmin evdə heç kim yaşamamış, ev sahibsiz olaraq qalmışdır. Bu barədə Qaracəmirli kənd İƏD-dən verilmiş xx.xx.2023-cü il tarixli 185 saylı arayışda da qeyd edilmişdir. Həmin evdə quraşdırılmış Elster markalı, 10275700 №-li qaz sayğacı cavabdehin əməkdaşlarının iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT əsasında “Sayğacın mexaniki plastmas qapağı gövdədən aralanmasına görə yenisi ilə əvəzlənməsi” səbəbindən sayğac dəyişdirilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarıının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir ki, həmin aktda qazdan istifadəçi olaraq Qocayeva Minayənin həmin aktın tərtibində iştirak etməsi, ancaq akta imza etməkdən imtina etməsi qeyd edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, həmin aktda mərhum anamın yaşamış olduğu evdə quraşdırılmış Elster markalı, 10275700 №-li qaz sayğacının mexaniki plasmas qapağı gövdədən tamamilə aralanmasına görə qazın keçməsi, hesablama mexanizminin nasaz vəziyyətdə olması, sərfiyyatı qeydə alınmaması, dəymiş ziyanın heasblanaraq ödənilməsi qeyd edilmişdir. Nəticədə saxta akt əsasında mərhum anasının adına tərtib edilmş əsassız borc adı ilə anası cavabdehə 3119 (üç min bir yüz on doqquz) manat məbləğində borclu olması saldoda öz əksini tapmışdır. Deməli, cavabdehin mərhum anası-Minayə Qocayevaya qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 3119 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 3119 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azərqaz” İB–nin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə akt tərtib olunmmuş, akt üzrə iddiaçıya 3110,4 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, Qocayeva Minayə ilə istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və 10275700 nömr\li sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması, qaz keçsə də hesablama mexanizmi açıq vəziyyətdə sərfi qeyd etməməsi aşkar edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4783/Q001 nömrəli 03 may 2023-cü il tarixli aktdan görünür ki, 10275700 nömrəli Socar G 4 tipli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qaz keçsə də sərfi qeydə almaması müəyyən edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədə görünür ki, X2 xx.xx.2014-cü ildə durğunluq pnevmoniyasından ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli akta “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” görünür ki, Elster tipli, G-4 markalı, 10275700 nömrəli yerinə sayğac Zenner tipli, G-4 markalı, **********1 nömrəli quraşdırılmışdır. İş materiallarında olan seriya RX №0000005 çıxarışdan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində, Tofiq İsmayılov küçəsində ev 35 İddiaçı adına qeydə alınmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsədə, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X6 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın hesablama mexanizminin qoruycu qapağının gövdədən tamamilə aralanması, hesablama mexanizmi açıq vəziyyədədir, sayğac istismara yararsız olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə X1 adına hesablanmış 3110,40 manat (üç min bir yüz on manat qırx qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2726/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2726/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver