Məhkəmə qərarları › İş №2(076)-274/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-274/2023

11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-274/2023 11.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Bayramov Vüsal Rafik oğlunun katibliyi, ərizəçilərin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, Ərizəçilər Süleymanova (Məmmədova) Leyli Suren qızının və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Süleymanova (Məmmədova) Leyli Suren qızı və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonunun Fizuli kəndi ərazisində yerləşən 1.03 ha dövlət pay torpaq sahəsinə görə onlar ərizəçilərə və ailə üzvülərinin adına tərtib olunmuş JN 0049 KOD 50414047 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçilərə münasibətdə onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlardır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonunun Fizuli ərazisində onlara və ailə üzvülərinə 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə görə onların və ailə üzvülərinin adına JN 0049 KOD 50414047 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunub. Həmin dövlət aktında ərizəçi Süleymanova (Məmmədova) Leyli Suren qızının adı Leyla, Ərizəçi2 adı isə Sevil kimi qeyd olunmuşdur. Hazırda onlar həmin sənəddə qeyd olunmuş torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq və eyni zamanda X2 miras qalmış əmlaka görə qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmək istəyirlər. Lakin onların adında olan yanlışlıq həmin torpaq sahəsinə görə mülkiyyət hüququna dair Çıxarış almaqlarına mane olur. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. İstəyirlər ki, məhkəmə qeyd olunan sənədin ərizəçilərə münasibətdə onlara məxsus olması faktını müəyyən etsin. Məhkəmə iclası zamanı ərizəçilərin nümayəndəsi (vəkili) X12 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN 0049 KOD 50414047 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X10, X6, X11, X7, X8 və X3 1.03 ha torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X1, atası X4r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. X1, atası X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçlərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X10, X6, X11, X9, Ərizəçi2 və X3 1.03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 0049 KOD 50414047 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçi Süleymanova (Məmmədova) Leyli Suren qızının adı Leyla, Ərizəçi2 adı isə Sevil kimi yazılmışdır. Hazırda ərizəçilər dövlət aktında ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə və dövlət qeydiyyatına aldıra bilmir. Həmin sənədin “Süleymanova (Məmmədova) Leyli Suren qızı və Ərizəçi2”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş Şəmkir rayon AİK artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçilər olması nəzərə alınaraq, JN 0049 KOD 50414047 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın Süleymanova (Məmmədova) Leyli Suren qızına və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar