Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2741/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt əsasında hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki , o Yuxarı Seyfəli kəndində ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edir və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən Sənayə və Məişət Qaz sayğacını kalibrləmə laboratoriyasının Qaz Sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2\3-5-5020\Q002 №-li Aktına əsasən G-4 markalı ******* №li sayğaca ümumi baxışın keçirilməsi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın çıxış plasmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması, nəticədə qaz itkisinin yaranması kimi qeydlər həmin aktda göstərilmişdir. Halbuki, evində istifadə olunan qazın sayğacı istifadəyə tam yararlı olmasına, istifadə olunan qazın sayğac tərəfindən qeydə alınmasında heç bir problemin olmaması barədə nəzarətçinin qeydlərinə baxmayaraq cavabdehin əməkdaşları həmin sayğacın rəhbərliyin göstərişi ilə dəyişdirilməli olmasını bildirdilər. Sayğacın çıxarılması zamanı o iştirak etmiş, sayğacı çıxarıb yük maşınına atdılar və onun iştirakı ilə heç bir baxış keçirilməmişdir. Ancaq, ona verilən aktda guya həmin sayğaca laboratoriyada onun iştirakı olmadan baxış keçirilərkən qeyd olunan qüsurlar müəyyən edilmişdir. Sözün həqiqi mənasında dəyişdirilən sayğacda heç bir qüsur olmamış, istifadə olunan qaz sərfiyyatını da normal surətdə qeydə alınmışdır. Ancaq, həmin sağacın yerinə qoyulmalı olan təzə sayğacın əvəzinə isə işlənmiş və köhnə sayğac quraşdırdılar. Cavabdehin əməkdaşları isə heç bir hüquqi əsasları olmadan onun sayğacı barəsində məlum aktı tərtib etməklə 1036 (bir min otuz altı) manat məbləğində əsassız borcun olması barədə saldoda qeyd etmişlər. Məhkəmə iclasında iddiaçı iddianın İddiaçı məzmununa uyğun izahat verərək 1036 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azərqaz” İB–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, tərtib olunmuş aktdan da göründüyü kimi iddiaçının qeyd etdiyi sayğaca müdaxilə edilmiş, müdaxilə səbəbindən də iddiaçıya 1036,8 manat cərimə hesablanmışdır. Aktda müdaxilə barədə qeydlər aparılmışdır. Belə ki, sayğac dəyişdirildikdən sonra əvvəlki sayğaca laboratoriya şəraitində iddiaçının iştirakı olmadan baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik cızıq izləri müəyyən edilmiş, xətalar təyin edilə bilməmiş, sayğacın giriş yivli birləşməsi deformasiyaya uğramış, deformasiyanı aradan qaldırmaq mümkün olmamışdır. Sayğacın kipliyə və istismara yararsız olması müəyyən edilmişdir. İddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış ELSTER mexaniki tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacın istifadə müddəti bitdiyi üçün yeni Elster tipli qaz sayğacı ilə əvəz edilmişdir. ELSTER mexaniki tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməmişdir. İş materiallarında olan Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 1036,80 manat borc hesablanmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, daxili nomrə ******* olan sayğaca ümumi baxışın keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfidən əzilib və daxili qulaqcılırında əzik-cızıq izləri var, xətalar təyin edilməmişdir. Sayğacın giriş yivli birləşməsi deformasiyaya uğrayıb. Deforamsiyanı aradan qaldırmaq mümkün deyil. Sayğac kipliyə yararsızdır. Sayğac istismara yararsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğacın yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarda əzik cızıq izləri və digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə abonent İddiaçı adına hesablanmış 1036 manat (bir min otuz altı) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2741/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2741/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver