Məhkəmə qərarları › İş №2(076)-2745/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2745/2024

09.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2745/2024 09.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı 432 manat məbləğində borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Çənlibel kəndində yaşayır. Yaşadıqları fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı mərhum əri X2 adına qeyd edilmişdir. X9 07 avqust 2021-ci il tarixdə vəfat etmişdir. "Azəriqaz” İB-nin əməkdaşları onlara məxsus evdə yerləşən Elster G-4T tipli, zavod nömrəsi ******* olan sayğacı 18 iyun 2021ci ildə yenisi ilə, yəni Zenner tipli, zavod nömrəsi **********5 saylı sayğacla əvəz etmişlər. 21 yanvar 2022-ci il tarixdə isə, ******* saylı akt tərtib edərək ******* saylı sayğacın çıxış plastmas borusunun deşildiyini qeyd etmişlər və onlara həmin akt üzrə 432.00 manat borc hesablamışlar. Onlar heç vaxt sayğaca müdaxilə etməmişlər. Sayğac yenisi ilə əvəz edilərkən onlara köhnə sayğacın nasazlığı və əzik olması barədə heç bir məlumat verilməmiş, köhnə sayğaca laboratoriya şəraitində baxış keçirilərkən onların iştirakları təmin edilmədən əsassız olaraq akt tərtib edilmişdir. Əgər sayğacın çıxış plastmas borusunda deşik vardırsa bu o demək deyil ki, onların təqsiri ucbatından baş vermişdir. Hesab edir ki, təbii X6nın pozulması halına görə itirilmiş qazın bərpası üçün 432.00 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Əsassız hesablanmış pulun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 432 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Çənlibel kəndində yerləşən istehlakçı X5 məxsus sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmaqla sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18 iyun 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, X5 məxsus Şəmkir Rayonunun Çənlibel kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster G-4T markalı ******* nömrəli sayğac Zenner G-4-T markalı **********5 nömrəli sayğacla əvəz edilmişdir İşdə olan abonentin saldosundan görünür ki, 2022–ci ilin yanvar ayına Şəmkir rayonu, Çənlibel kənd sakini olan abonent X2 adına 432 manat borc hesablanmışdır. İşdə olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçı tərəfindən sayğaca müdaxilə ilə bağlı yazılmış 31.01. 2022-ci il tarixli ******* nömrəli akt əsasında dəymiş ziyanın həcmi olaraq 4320 m3 təbii qaz sərfi hesablanmışdır. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Şəmkir Rayonunun Çənlibel kəndində ölmüşdür. İşdə olan Nikah şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 arasında xx.xx.1992-ci il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində onun mərhum əri X2 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2022–ci il tarixdə baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməklə sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən xx.xx.2022–ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya 432 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə 432 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun mərhum əri X2 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022–ci il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X6”nın pozulması ilə bağlı xx.xx.2022–ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 432 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının sayğaca müdaxilə etməsi, habelə sayğacın çıxış plastmas borusunun deşilməsinin aşkarlanması təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim etməmiş, ona görə də xx.xx.2022–ci il tarixli ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X6nın pozulması halına görə hesablanmış 432 manat cərimə borcu silinməlidir. Məhkəmə həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X6nın pozulmasına görə tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar